Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-3034/2024 19.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi ilə, X3 barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli EXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxılmağa hazırlanması zamanı, məhkəmə MÜƏYYƏNETDİ: X3 məhkəməyə müraciət edərək barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli EXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, qərardan ilkin şikayət Qaradağ Rayon Məhkəməsinə 15 noyabr 2024-cü il tarixdə daxil olmuşdur. Həmin şikayət müddət ötürülməklə verildiyindən, müddətin bərpasına dair üzrlü səbəblər göstərilməklə hər hansı vəsatət əlavə edilmədiyindən şikayət əlavə olunmuş sənədlərlə bərabər 16 noyabr 2024-cü il tarixli qərardad əsasında geri qaytarılmışdır. Qərardan şikayət verən şəxs ona geri qaytarılmış xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın üzərinə “xx.xx.2024 Y.Həsənov” qeydləri əlavə olunmuş həmin qərarı məhkəməyə təqdim etmiş, şikayət ərizəsində isə həmin qərarı xx.xx.2024-cü il tarixdə aldığını qeyd etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qərardan şikayət vermiş şəxs onu xx.xx.2024-cü il tarixdə aldığı halda, həmin qərar əlavə olunmaqla ilkin şikayət ərizəsinin hansı üslubla xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim olunması halı qeyri-müəyyəndir. Bundan əlavə xx.xx.2024-cü il tarixli EXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın üzərinə əlavə olunmuş “xx.xx.2024 Y.Həsənov” qeydlərinin həmin qərarı qəbul etmiş səlahiyyətli şəxsə və ya həmin orqanın müvafiq səlahiyyətli şəxsinə aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, qeyd olunmuş nöqsanlar aradan qalxmadığına görə şikayət və ona əlavə olunmuş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli EXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalı, həmçinin şikayətçiyə inzibati tənbeh vermə haqqında iş üzrə qərardan şikayət verilməsi müddətinin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli EXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılsın. X1 barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli EXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi müddətinin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ şikayətçi X2 izah edilsin. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-3034/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-3034/2024
19.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver