Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-3036/2024 17.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidməti 1-ci ərazi X8 İdarəsinin nümayəndələri X1 və X3, Şəxs QSC-nin etibarnamə üzrə nümayəndəsi X5 iştirakları ilə, Şəxs QSC barəsində İXM-nin 518.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon Məhkəməsinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidmətinin 1-ci ərazi X8 İdarəsi tərəfindən Şəxs QSC-nin İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Tərtib edilmiş 07 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görsənir ki, 07 noyabr 2024-cü il tarixdə Qaradağ rayonu, Lökbatan ŞTQ ünvanında yerləşən istehsalat və anbar sahəsində planlı YTM zamanı YTQN:01-2001 bənd, 6.1-610, 8.1-8.8, 9.1-9.12, 10.1-10.4 və 1.9-1.9.12 pozulması faktı aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidmətinin 1-ci ərazi X8 İdarəsinin nümayəndəsi, böyük inspektor X6 öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, bu ilin 01-07 noyabr tarixlərdə Qaradağ rayonu, Lökbatan ŞTQ ünvanında yerləşən istehsalat və anbar sahəsində planlı yoxlama keçirilmiş, yoxlama zamanı Şəxs QSC tərəfindən YTQN:01-2001 bənd, 6.1- 610,8.1-8.8, 9.1-9.12, 10.1-10.4 və 1.9-1.9.12 pozulması faktı aşkar edilmişdir. Belə ki, Şəxs QSC tərəfindən yanğın təhlükəsizliyi ilə bağlı müvafiq sənədlər yoxlamanı aparan əməkdaşlara təqdim edilməmişdir. Həmçinin yoxlama zamanı aşkar edilmişdir ki, QSC tərəfindən elektrik qurğuları yoxlanılaraq akt tərtib edilməmiş, daxili yanğın su kranları tam komplektləşdirilməmiş, avtomatik yanğın söndürən siqnalizasiya qurğusuna texniki qulluq göstərilməmiş, ilkin yanğın söndürən alət və vasitələrlə tam təmin olunmamış, yanğın təhlükəsizliyi tələbləri yerinə yetirilməmişdir. Qeyd olunan pozuntuların aradan qaldırılması və müvafiq sənədlərin təqdim edilməsi üçün şirkətə vaxt verilsə də 07 gün müddətində həmin sənədlər təqdim edilməmişdir. Bütün bu halların nəzərə alınaraq Şəxs QSC barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidməti 1-ci ərazi X8 İdarəsinin nümayəndəsi X4 öz izahatında QSC barəsində tərtib edilmiş protokolu müdafiə edərək göstərmişdir ki, bütün hüquqi şəxslər yanğın təhlükəsizliyi qaydalarına əməl etmədilir. Yoxlama ilə bağlı şirkətlərə qabaqcadan məlumat verilmişdir. Lakin 07 noyabr 2024-cü il tarixdə Şəxs QSC-də yoxlama zamanı yuxarıda sadalanan pozuntulara yol verilməklə yanaşı müvafiq yanğın təhlükəsizliyi ilə bağlı sənədlər QSC-yə yeddi gün vaxt verilməsinə baxmayaraq də təqdim edilməmişdir. Odur ki, Şəxs QSC barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs QSC-nin etibarnamə üzrə nümayəndəsi X7 öz izahatında təmsil etdiyi şirkət barəsində tərtib edilmiş protokolu qəbul etməyərək göstərmişdir ki, 07 noyabr 2024-cü il tarixdə Şəxs QSC-də yoxlama zamanı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidməti 1-ci ərazi X8 İdarəsinin nümayəndələri yalnız QSC-də müəyyən fotoşəkillər çəkərək çıxıb getmişlər. Onlar yanğın təhlükəsizliyi ilə bağlı müvafiq sənədləri istəsələr də QSC-nin fəaliyyət göstərdiyi ofis bağlı olduğundan sənədləri vaxtında təqdim edə bilməmişlər. Bütün bunların nəzərə alınaraq təmsil etdiyi şirkət barəsində İXM-nin 518.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs QSC tərəfindən yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulması və ya yerinə yetirilməməsi faktı öz təsdiqini tapır. Buna görə də məhkəmə hesab edir ki, Şəxs QSC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Bu fakt iş materiallarına əlavə edilmiş sənədlər də öz təsdiqini tapır. Belə ki, iş materialalrına əlavə edilmiş 07 noyabr 2024-cü il tarixli, 3093 saylı yanğıntexniki müayinə aktından aydın olur ki, Şəxs QSC tərəfindən elektrik qurğuları yoxlanılaraq akt tərtib edilməmiş, daxili yanğın su kranları tam komplektləşdirilməmiş, avtomatik yanğın söndürən siqnalizasiya qurğusuna texniki qulluq göstərilməmiş, ilkin yanğın söndürən alət və vasitələrlə tam təmin olunmamış, yanğın təhlükəsizliyi tələbləri yerinə yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 518.1 maddəsinə görə mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci, 114-115, 117 və 152.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan, onu surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-3036/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-3036/2024
17.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver