Məhkəmə qərarları › İş №3(002)-3039/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-3039/2024

21.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-3039/2024 21.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 38-ci PB-nin sahə rəisi, polis mayoru X2, Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis kapitanı X3, Qaradağ rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfərləri, polis serjantı X5, X9 və X10, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxx 1983-cü ildə Zəngilan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsi, 12 saylı yataqxanada yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206, 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PB-dən 21 noyabr 2024-cü il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 3(002)-3039/2024 saylı inzibati xəta haqqında material daxil olmuşdur. Bundan başqa Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PB-dən 21 noyabr 2024-cü il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair 3(002)-3040/2024 saylı inzibati xəta haqqında material daxil olmuşdur. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 3(002)-3040/2024 saylı, 21 noyabr 2024cü il tarixli qərardadı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 3(002)-3040/2024 saylı material bir icraatda, yəni 3(002)-3039/2024 saylı ilə birləşdirilmişdir. İş materiallarında olan 21 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və işdə olan sənədlərdən aydın olur ki, Şəxs 20 noyabr 2024-cü il tarixdə, saat təqribən 21:00 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində polisin qanuni tələblərinə tabe olmamış, polis bölməsinin iş fəaliyyətini pozmuşdur. İş materiallarında olan 21 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və işdə olan sənədlərdən aydın olur ki, 14 noyabr 2024-cü il tarixdə vətəndaş Şəxs müayinəsi zamanı sidik nümunəsindən MET (+) və THC (+) aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 38-ci PB-nin sahə rəisi, polis mayoru X6 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 20 noyabr 2024-cü il tarixdə, saat təqribən 21:00 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində sərxoş vəziyyətdə ictimai yerdə nalayiq söyüşlər söyən zaman polisin qanuni tələblərinə tabe olmamış və ictimai qaydanı pozmaqda davam etmişdir. Buna görə də həmin şəxs saat təxminən 22:00 radələrində polis bölməsinə gətirilmişdir. Bundan sonra həmin şəxs polis bölməsində olarkən də polisin iş fəaliyyətini pozmuşdur. Lakin sərxoş olduğu üçün onun barəsində protokol ayıldıqdan sonra, yəni 21 noyabr 2024-cü il tarixdə tərtib edilərək məhkəməyə gətirilmişdir. Odur ki, onun barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Hal-hazırda tərtib etdiyi protokolu müdafiə edərək törədilmiş inzibati xətanın xarakteri nəzərə alınmaqla Şəxs barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis kapitanı X11 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ RPİ-nin 38-ci PB-nın təhqiqatçısı, polis baş leytanantı X4 18 noyabr 2024-cü il tarixli, “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, ev 12-də yaşayan Şəxs Qaradağ RPİ-nin 38-ci PB-də izahat verərək; 14 noyabr 2024-cü il tarixdə, səhər saatlarından etibarən Sahil qəsəbəsində yerləşən kafelərin birində spirtli içki qəbul etdiyini qeyd etmişdir. O, 14 noyabr 2024-cü il tarixdə Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən avtobus dayanacağında olarkən yerdən bir ədəd hazır bükülmüş vəziyyətdə siqaretə bənzər büküm tapmış və həmin bükümdə siqaret tütünü ilə qurudulmuş marixuananın olduğunu aşkar etmişdir. Şəxs narkotik vasitəni istifadə etmək məqsədi ilə həmin bükümü cibinə qoyaraq oradan uzaqlaşmışıdr. O narkotik maddə olan qurudulmuş marixuananı çəkdikdən sonra yenidən həmin dayanacağa qayıtmış, özünü qeyri adekvat apardığı üçün orada olan polis əməkdaşları tərəfindən 38-ci PB- nə dəvət edilmişdir. Material üzrə Şəxs sərxoşluq dərəcəsini müəyyən edilməsi məqsədi ilə tibbi müayinəyə aparılmış və ******* №-li tibbi rǝyǝ əsasən onun orta dərəcəli sərxoş olduğu müəyyən edilmişdir. Materail üzrə 15 noyabr 2024-cü il tarixli 3275 nömrəli aktda qeyd edilmişdir ki, Şəxs götürülmüş sidik nümunəsində MET(+) vǝ THC(+) aşkar edilmişdir. 15 noyabr 2024-cü il tarixli 7281 nömrəli rəydə qeyd edilmişdir ki, müayinə zamanı Şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Belə olan halda isə verilən rəyə əsasən Şəxs hərəkətlərində İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xǝta olması öz təsdiqini tapdığından, material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs haqqında inzibati qaydada tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Odur ki, onun barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Hal-hazırda tərtib etdiyi protokolu müdafiə edərək törədilmiş inzibati xətanın xarakteri nəzərə alınmaqla Şəxs barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı X15 öz izahatında göstərmişdir ki, 20 noyabr 2024-cü il tarixdə, saat təqribən 21:00 radələrində Qaradağ rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfərləri, polis serjantı X14 və X16 ilə birlikdə xidmətdə olarkən Sahil qəsəbəsi, M.Seyidov küçəsində iki nəfər şəxsin yüksək səslə nalayiq ifadələr işlətdiyini görmüş və həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər. Onlara qayda pozuntusu törətdiklərini bildirdikdən sonra onları 38-ci PB-ya dəvət etmişlər. Həmin şəxslər onların qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişlər. Onlar həmin vətəndaşlara təkrar irad bildirib bölməyə dəvət edərkən həmin şəxslər onlara müqavimət göstərərək onların ünvanına çox kobud şəkildə nalayiq ifadələr işlətməyə başlamışlar. Onlar bölməyə təmin olunmuş, bölmədə məlum olmuşdur ki, həmin şəxslər X7 və Şəxsdur. Odur ki, Şəxs barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfərləri, polis serjantı X14 və X16 öz izahatlarında polis serjantı X10 dediklərini təsdiq edərək Şəxs barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında göstərmişdir ki, 20 noyabr 2024cü il tarixdə, saat təqribən 21:00 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində içkili halda bir neçə şəxslə mübahisə etmiş, bu zaman həmin əraziyə polis əməkdaşları yaxınlaşmışlar. O içkinin təsiri altında olduğundan polisə qarşı nalayiq ifadələr işlətmişdir. Hazırda törətdiyi əməldən peşiman olduğunu bildirərək barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, özü artıq iki ilə yaxındır ki, Niderland Krallığında yaşayır. Orda olarkən narkotik vasitə olan marixuandan istifadə etmişdir. Bundan başqa polis bölməsində olarkən sərxoş olduğu üçün orada qalmış və səhəri günü, yəni 21 noyabr 2024-cü il tarixdə barəsində inzibati xəta haqqında prtokol tərtib edilərək məhkəməyə gətirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X22 Ambulator X1 15 noyabr 2024-cü il tarixli, 7281 nömrəli rəyindən aydın olur ki, müayinə zamanı Şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstələyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi norkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş 20 noyabr 2024-cü il tarixli, 2/64355 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan aydın olur ki, Şəxs oğlu 24 noyabr 2024-cü il tarixdə, saat 22:10 radələrində sərxoşluq vəziyyətinin yoxlanılması ilə əlaqədar keçirilən tibbi müayinədən keçməkdən imtina etmişdir. İş materillarına əlavə edilmiş Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PB-nın təhqiqatçısı, polis baş leytanantı X12 tərəfindən qəbul edilmiş 18 noyabr 2024-cü il tarixli, “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarın nəticə hissəsindən aydın olur ki, Şəxs barəsinə İXM-nin 206-cı maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Məhkəmə, toplanmış inzibati materialı nəzərdən keçirərək və izahatları dinləyərək hesab edir ki, Şəxs törətdiyi inzibati xətalar öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs həqiqətən də polisin ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamış, ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri törətmiş və narkotik vasitələrin qanunsuz istehlakı ilə məşğul olmuşdur. Məhkəmə iaraşdırması zamanı məlum olmuşdur ki, Şəxs 20 noyabr 2024-cü il tarixdə, axşam təxminən saat 22:00 radələrində polis bölməsinə gətirilmiş və sərxoş olduğu üçün barəsində 21 noyabr 2024-cü il tarixdə protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Odur ki, bu hal cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati “həbs” növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 20 noyabr 2024-cü il tarixdən, saat 22:00-dan hesablansın. 3.Həbs müddətinin sonu 20 dekabr 2024-cü il tarix saat 22:00 müəyyən edilsin. 4.Şəxs narkomaniyadan məcburi mülaicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. 5.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ RPİ-nin 38-ci PB-nə həvalə edilsin. 6.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar