Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-304/2022 30.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şəxs iştirakı ilə, xx xxxxxx 1983-cü ildə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsindən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs barəsində Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-sı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İşdə olan İXP ******* saylı 10 yanvar 2022-ci il tarixli protokoldan və işə əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs EQ ******* saylı, 04 oktyabr 2021-ci il tarixli protokol üzrə qəbul edilmiş inzibati cərimə növündə qərarı qanuni qüvvəyə mindiyi gündən 03 ay ərzində icra etməmişdir. Buna görə də onun barəsində İXM-nin 529.3-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs tərtib olunmuş protokolla razılaşmayaraq bildirmişdir ki, 04 oktyabr 2021-ci il tarixli EQ ******* saylı protokol üzrə qəbul edilmiş inzibati cərimə növündə qərarın icrasını yerinə yetirmişdir. Buna görə də barəsində başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-na rəsmi məlumat verilsədə nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də heç bir məlumat verməmişdir. Məhkəmə işə İXM-nin 61.3-cü maddəsinə əsasən nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, Şəxs izahatını, onun məhkəməyə təqdim etdiyi sənədləri və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs məhkəməyə təqdim etdiyi “Web Portal”dan verilmiş çıxarışdan aydın olur ki, Şəxs 04 oktyabr 2021-ci il tarixli EQ ******* saylı protokol üzrə qəbul edilmiş inzibati cərimə növündə qərarın icrasını yerinə yetirmişdir. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin qeyd hissəsinin birinci bəndində göstərilir ki, bu Məcəllənin 529.1-ci və 529.2 maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs İXP ******* saylı 10 yanvar 2022-ci il tarixli protokol üzrə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə inzibati məsuliyyətdən azad edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-304/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-304/2022
30.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver