Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-3041/2024 21.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Qaradağ RPİ-nin 38-ci PB-nin polis sahə rəisi, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxx 1968-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Qaradağ RPİ-nin 38-ci PB-nın polis sahə rəisi, polis mayoru X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 38-ci PB-nın polis sahə rəisi, polis mayoru X4 protoklu müdafiə edərək bildirmişdir ki, Qaradağ RPİ-nin PPXB-nın polis əməkdaşları raportla məruzə etmişdir ki, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində “QAZ” 24 markalı avtomaşında iki nəfər şəxsin oğurluqda şübhəli olması səbəbindən polis bölməsinə gətirilmiş və Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, ev 37, mənzil 1-də yaşayan Şəxs narkotik maddələrin qəbulu ilə məşğul olmasını bildirmişdir. Tərtib olunmuş raport "Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı" kitabında 1062 sayla qeydiyata alınmışdır. Faktla bağlı Qaradağ RPİ-nin 38-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Ramin Vəkilov tərəfindən araşdırılma aparılaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji mərkəzindən alınmış xx.xx.2024-cü il tarixli 2665 saylı rəyindən müəyyən edilmişdir ki, vətəndaş Şəxs yoxlama zamanı THC+ adlanan pereparatlardan sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Baş təhqiqatçı polis mayoru Ramin Vəkilov tərəfindən toplanmış material əsasında Azərbaycan Respublikası CPM-nin 39.1.2 və 212-ci maddələrini rəhbər tutaraq cinayət işinin başlanmasını rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə 21 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati protokol tərtib edilmişdir. O, öz izahatında protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə izahatında törətdiyi əməli etiraf edərək səhvini başa düşdüyünü, törətdiyi əməldən peşiman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmiş, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs narkotik vasitələrin qanunsuz istehlakı ilə məşğul olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 Ambulator X1 10 oktyabr 2024-cü il tarixli, 6743 nömrəli rəyindən aydın olur ki, Şəxs kannabiodlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Qaradağ RPİ-nin 38-ci PB-nın baş təhqiqatçısı, polis mayoru Ramin Vəkilovun 17 oktyabr 2024-cü il tarixli “cinayət işi başlanılmasının rədd edilməsi barədə” qərarının nəticə hissəsinə əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən, material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qərarın surəti aidiyyəti əməkdaşa həvalə olunması, qərarın surətinin məlumat üçün ibtidal araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qaradağ rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və barəsində narkomaniyadan məcburi müalicənin olmasını nəzərə alaraq hesab edir ki, şəxsin barəsində inzibati həbs növündə tənbeh tədbirinin seçilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 16 (on altı) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 21 noyabr 2024-cü il tarixdən, saat 14:40-dan hesablansın. 3.Şəxs narkomaniyadan məcburi mülaicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. 4.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ RPİ-nin 38-ci PB-nə həvalə edilsin. 5.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-3041/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-3041/2024
21.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver