Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-3042/2024 09.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, Qaradağ RPİ 10-cu PŞ-nin xx.xx.2024-cü il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Qaradağ RPİ 10-cu PŞ-nin xx.xx.2024-cü il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-ci il tarixində yaşadığı ünvanda bir it saxladığına görə Qaradağ Rayon Polis şöbəsi tərəfindən İXM-nin 290.1.1-ci maddəsi rəhbər tutularaq qarar qəbul edilmişdir. Qərar inzibati xəta haqqında ******* saylı protokol əsasında tərtib edildikdə İXM-nin 290.1.1 maddəsini əsas gətirərək tərtib edən orqan dəlil və ya sübut göstərə bilməmişdir. Həm protokol, həm onun əsasında qərar pozuntularla tərtib edilib. Hadisənin predmeti haqqında protokolda "vət. X2 park yaşayış kompleksində ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və ya yetişdirilməsinə” göstərilsə də, hansı müvafiq icra icra hakimiyyəti orqanının, həmin orqanın müəyyən etdiyi qadağan edilmiş yer barədə və "müvafiq icra icra hakimiyyəti orqanının müəyyən etdiyi sənədi və hadisə haqqında digər təfərrüatlar da göstərilməmişdir. Hadisənin predmetini təsdiq edən sübut sadəcə bu cümlə ilə göstərilib "ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və ya yetişdirilməsinə". Halbuki bu sübutlar olduğu yerin ünvanı və məzmunu mütləq göstərilməlidir. İnzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitədən istifadə olunmuşdursa, onun növü, modeli, markası, tipi, göstəriciləri və.s qeyd olunmalıdır. Protokol və həm də qərarda imzası qoyulmalı olduğu yerdə protokol və qərarı tərtib edən şəxsin qolu ilə onun tam adı yazılıb. Onun imzası deyil, o, imza qoymamışdır. Protokolu ona göstərməmişlər, imzalamaq təklif etməyiblər. Protokolda həmçinin göstərilir ki, o, X5, izahat verməkdən imtina etmişdir. (bunu təsdiq edən heç bir tərtib edilmiş akt yoxdur). Bu yalandır, izahat vermişdir. Özü tərəfindən bunları demək istəyir. Yuxarıda göstərilən ünvanda ailəsi ilə yaşayır bə bir it saxlayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-cu il 9 mart tarixli, 38 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Republikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaların 2-ci hissəsinə ("Heyvanların saxlanması şərtləri") əsasən baytarlıq, sanitariya-gigiyena, səs-küy və digər normalan pozmamaqla, şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə bir it və iki pişik saxlamağa icazə verilir. Qeyd olnan qaydalarda yalnız çoxmərtəbəli binaların ayrıca mənzillərində ev heyvanlarının sayı müəyyən edilib, həyət evlərində və həyətyanı sahələrdə belə məhdudiyyət yoxdur. Heyvanı mütəmadi olaraq baytarlıq nəzarətindən keçirilirlər. Bu iti öz istəyi ilə öz evinə götürmüş və bir ildən çox müddətdir ki, saxlayır. Yuxarıda göstərilən "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydalarında 8-ci hissədə ("Heyvanların saxlanması qaydalarına nəzarət"), 8.1.2 maddəsində göstərildiyi kimi "daxili işlər orqanları müvafiq qanunvericilik aktlarına uyğun olaraq, heyvanların saxlanması haqqında qaydaları pozan şəxslər barədə tədbirlər görülməsi üçün ərazi baytarlıq idarələrinə məlumat verir". Halbuki, protokolu tərtib edən orqan tərəfindən Baytarlıq İdarəsinə və hətta Qaradağ rayon İcra Hakimiyyətinə belə məlumat verilməyib, hansısa mübahisə yaradan nüanslar olsa belə, onların aradan qaldırılması haqqında təkliflər və ya hər hansı bir tədbirlər görülməyib. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X5 şikayəti müdafiə edərək, bildirmişdir ki, inzibati xəta haqqında protokol qəbul edildiyi gün ona məxsus it qonşuluqda yaşayan 16 yaşına çatmamış şəxs tərəfindən, onun məlumatı olmadan buruntaqsız gəzdirilmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq onun barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş Qaradağ RPİ 10-cu PŞ-nin sahə inspektoru X7 protokolu müdafiə etdiyini bildirərək, qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, həmin ərazidə yaşayan sakinlər də bu haldan narazı olduqlarını şikayət ərizələri yazmaqla bildirmişlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş şahid X4 ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında X1 olduğu itini buruntaqsız küçədə gəzdirmişdir. Yanında olan sahə inspektoru ona yaxınlaşaraq törətdiyi inzibati xətanın mahiyyətini ona izah etmiş və onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Bu hadisəyə dair tərəfindən videoçəkiliş aparılsa da, hazırki tarixə həmin görüntülər mobil telefonundan silindiyindən məhkəməyə təqdim edə bilmir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə X5 itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsi xətasına yol vermiş və buna görə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 290.1.4-cü maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş şikayət ərizəsinin surətindən görünür ki, digər sakinlər tərəfindən X5 barəsində verilmiş şikayət xx.xx.2024-cü il tarixə aiddir. Belə ki, məhkəməyə səlahiyyətli orqan tərəfindən X1 olduğu itini buruntaqsız ümumi məhəllədə və küçədə gəzdirməsinə dair mötəbər sübut təqdim edilməmişdir. Həmçinin, məhkəməyə təqdim edilmiş, sakinlər tərəfindən yazılmış şikayət ərizəsinin inzibati xətanın törədildiyi gündən daha əvvəlki tarixə aid olduğunu nəzərə alaraq, məhkəmə bu ərizəni həmin inzibati xətanın protokolda göstərilmiş tarixdə törədilməsini faktını sübut edən sənəd olaraq hesab etmir. Eyni zamanda qərarı qəbul etmiş səlahiyyətli şəxs inzibati xətanın törədildiyi günü əks etdirən hər hansı videogörüntü və ya fotoşəkil məhkəməyə təqdim etməmişdir. Eləcə də məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol və ya qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü hesab edilərək, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Odur ki, İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və həmin şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən isə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Qaradağ RPİ 10-cu PŞ-nin xx.xx.2024-cü il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin olunsun. Qaradağ RPİ 10-cu PŞ-nin xx.xx.2024-cü il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-3042/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-3042/2024
09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver