Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-3044/2024 17.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şikayət vermiş şəxs X1 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Şikayət vermiş şəxs X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin 06 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməklə, həmin inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri kobud şəkildə pozulmaqla barəsində onun iştirakı olmadan xx.xx.2024-cü il tarixində MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin inzibati tənbeh vermə haqqında qərarda göstərilmişdir ki, X2 xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək nəqliyyat vasitələrini parklayan kimi, X7 isə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək "xxxx" MMC-də təmizlikçi kimi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Belə ki, xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla o, İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Onun iştirakı olmadan barəsində qəbul edilmiş yuxarıda qeyd olunun xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surəti xx.xx.2024cü il tarixli, 3-17-5/2-80653/2024 nömrəli məktubla ünvan 1 ünvanına göndərilmiş və həmin qərarın surəti ona xx.xx.2024-cü il tarixində rəsmi qaydada verilmişdir. Barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tenbeh vermə haqqında qərarı aşağıdakı əsaslara görə qanunsuz və əsassız hesab edir. İlk öncə məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X8 barəsində xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı İXM-nin tələblərini pozmaqla onun bu barədə məlumatı olmadan, eyni zamanda iştirakını təmin etmədən qəbul etmişdir. Qeyd etmək istəyir ki, X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən ünvan 1 ünvanına göndərilmiş xx.xx.2024-cü il tarixli bildiriş xx.xx.2024-cü il tarixində onun ünvanına daxil olmuşdur (müvafiq poçt qəbzi şikayətə əlavə olunur). Belə ki, o, X6 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli bildirişindən xx.xx.2024-cü il tarixində rəsmi qaydada xəbərdar olmuşdur. Lakin buna baxmayaraq, İXM-nin tələbləri pozulmaqla barəsində qanuni və əsaslı olmayan MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar xx.xx.2024-cü il tarixində X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmişdir. Beləliklə, X6 Xidmətinin Bakı şəhər İdarəsi barəsində MN № ******* nömrəli inzibati tənbeh verma haqqında qərarı xx.xx.2024-cü il tarixində onun bu barədə məlumatı olmadan və iştirakı təmin edilmədən qəbul etməklə mənim İXM-nin 61.1-ci maddəsində göstərilən hüquqlarını (inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; izahat vermək; sübutlar taqdim etmək, vəsatət va etirazlar vermak; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qarardan şikayət vermək və digər hüquqlar) kobud şəkildə pozmuşdur. Əlavə olaraq bildirmək istəyir ki, İXM-nin 61.3-cü maddəsinin tələbinə əsasən, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Göründüyü kimi, barəsində xx.xx.2024cü il tarixli, MN № ******* nömrəli inzibati tanbeh vermə haqqında qərar qəbul edərkən X6 Xidmətinin Bakı şəhər İdarəsi İXM-nin yuxarıda sadaladığı maddələrinin tələblərini pozmuşdur. Hesab edir ki, İXM-nin yuxarıda qeyd olunun maddələrinin tələbləri pozulmaqla barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı sayıla bilməz. Belə olan təqdirdə həmin inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməlidir. Digər bir tərəfdən, qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Qaradağ rayon Prokurorluğundan daxil olan məlumatlar əsasında və İXM-nin tələbləri pozulmaqla onun iştirakı olmadan birtərəfli qaydada aparılan inzibati xəta haqqında iş üzrə icraat İXM-nin tələblərinə uyğun olmamış, belə ki, iş üzrə bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi tədbirlər görülməmiş, yalnız daxil olan məlumat əsasında barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, xx.xx.2024-cü il tarixli qərarda adları keçən vətəndaşlar X2 və X7 inzibati orqana dəvət edilərək onların izahatı alınmaqla zəruri araşdırma aparılmamış, eyni zamanda həmin vətəndaşlarla "xxxx" MMC arasında hər hansı bir əmək münasibətinin yaranıb-yaranmaması halı araşdırılmamışdır. Bununla da hesab edir ki, qeyd olunan halda mənin təqsirliliyimi sübut edən kifayət qədər dəlil (sübut) toplanılmamış və X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İXM ilə müəyyən edilmiş prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Belə ki, qanunvericiliyin tələbinə əsasən dövlət orqanlarından (qurumlardan) məlumatların daxil olması inzibati xəta haqqında iş üzrə icraata başlama səbəblərindən biridir, lakin inzibati araşdırma tələb olunduğu halda, inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs bu barədə qərardad qəbul etməklə işin bütün hallarını araşdırmalıdır. Lakin məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, iş materiallarından da göründüyü kimi, X6 Xidmətinin Bakı şəhər İdarəsi barəmdə xx.xx.2024-cü il tarixli, MN No ******* nömrəli inzibati tənbeh verma haqqında qərar qəbul edərkən qanunvericiliyin imperativ norma kimi müəyyən etdiyi bu tələblərini də açıq-aşkar şəkildə pozmuşdur. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində qeyd olunub ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 135.1-ci madəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmişdir. Belə ki, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (İXM, maddə 135.1.1); hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması (İXM, maddə 135.1.2); bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması (İXM, maddə 135.1.6) inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Əlavə olaraq, bidirmək istəyir ki, barəmdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İXM-nin yuxarıda qeyd olunan maddələrinin tələbləri kobud şəkildə pozulmaqla qəbul edilmiş, qanuni və əsaslı olmayan xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda adları göstərilmiş şəxslər - Azərbaycan Respublikasının vətəndaşları X2 və X7 "xxxx" MMC-nin işçiləri deyil və həmin şəxslər "xxxx" MMC tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməmişlər. Belə ki, həmin şəxslərlə "xxxx" MMC arasında heç vaxt heç bir əmək münasibəti olmamışdır. Göründüyü kimi, işin bu halları da qərarı qəbul etmiş inzibati orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən araşdırılmadan, İXM-nin tələbləri pozulmaqla barəsində qanunsuz və heç bir hüquqi əsası olmayan xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qeyd etdiyi əsaslara görə də qanuni və əsaslı olmadığından ləğv edilməklə, həmin inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsi barədə müvafiq qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, əməldə inzibati xəta hadisəsi olmadıqda, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. İXM-in 75-ci maddəsinin tələbinə əsasən, inzibati xətalar haqqında işlərə baxılarkən sübut edilməli olan hallardan biri də inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallardır. İXM-nin 105.1-ci və 114.2.1-ci maddələrinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 110.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilər. İXM-nin 129.5-ci maddəsinin tələbinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. İXM-nin 130.1-ci maddəsinə görə, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qararın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rasmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Qeyd etmək istəyir ki, barəsində məlumatı olmadan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN No ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surəti mənə rəsmi qaydada xx.xx.2024-cü il tarixində verilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X1 nümayəndəsi Vəkil öz izahatında şikayəti müdafiə edərək göstərmişdir ki, X6 Xidməti tərəfindən heç bir inzibati araşdırma aparılmadan Qaradağ rayon Prokurorluğunun “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarına əsasən fiziki şəxsin barəsində əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hansı ki, prokurorluğun qeyd olunan qərarının tarixi və nömrəsi “22 oktyabr 2024-cü il, 24-1-2-2/313-1554-1” olmasına baxmayaraq inzibati tənbehvermə haqqında qərarda tamamilə başqa bir, yəni tarixi və nömrəsi fərqli olan “18 oktyabr 2024-cü il tarixli, 24-1-2-2/313-1550-1” saylı qərara istinad edildiyi göstərilmişdir. Bundan başqa prokurorluğun qərarında ancaq hüquqi şəxs kimi "xxxx" MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınsa da nədənsə həmin qərarla fiziki şəxs X3 barəsində qərar qəbul edilmişdir. Bundan başqa inzibati tənbeh vermə haqqında qərarda adları qeyd olunan vətəndaşlar X2 və X7 təmsil etdiyi şəxs tərəfindən hər hansı bir əmək münasibətlərinə cəlb edilməmişlər. Eləcə də Əmək Müfəttişliyi tərəfindən qeyd olunan inzibati araşdırma barədə onlara vaxtında məlumat verilməmiş və inzibati araşdırmada onların iştirakı təmin edilməmişdir. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməklə, həmin inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə rəsmi qaydada təkrarən məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmiş və qeyd olunan inzibati materialla əlaqədar məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında qərarı və ona əlavə olunmuş sənədləri, şikayətçinin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, X3 barəsində qəbul edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 06 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən araşdırılması üçün həmin orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin 06 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından aydın olur ki, X2 xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək nəqliyyat vasitələrini parklayan kimi, X7 isə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək "xxxx" MMC-də təmizlikçi kimi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyi üçün "xxxx" MMC-nin direktoru X3 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş 30 oktyabr 2024-cü il tarixli, 3-17-5-2/-H-77355/2024 saylı bildirişin surətindən aydın olur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə Qaradağ Rayon Prokurorluğunun 18 oktyabr 2024-cü il tarixli 24-1-2-2/313-1550-1 nömrəli inzibati xəta haqqında qərarı üzrə inzibati xəta haqqında işə baxılması 06 noyabr 2024-cü il tarixdə saat 11:00-a təyin olunmuş, nəticədə "xxxx" MMC-nin direktoru X3 qeyd olunan vaxtda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində X6 Xidmətinin Bakı şəhər İdarəsinə (Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova 107. Əlaqe telefonu: 012 ***-**-** daxili: 6065) çağrılmışdır. İş materiallarına Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin poçt göndərişlərinin izlənilməsi barədə çıxarışından aydın olur ki, həmin bildiriş xx.xx.2024-cü il tarixdə Sahil Ticarət Mərkəzinə çatdırılmışdır. Lakin "xxxx" MMC-nin direktoru X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində 06 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qəbul olunmuşdur. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qaradağ rayon Prokurorluğunun qeyd olunan qərarının tarixi və nömrəsi “22 oktyabr 2024-cü il, 24-1-2-2/313-1554-1” olmasına baxmayaraq inzibati tənbehvermə haqqında qərarda tamamilə başqa bir, yəni tarixi və nömrəsi fərqli olan “18 oktyabr 2024-cü il tarixli, 24-1-2- 2/313-1550-1” saylı qərara istinad edilmiş, eləcə də prokurorluğun qərarında ancaq hüquqi şəxs kimi "xxxx" MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, şikayət vermiş şəxs X3 barəsində qəbul edilmiş 06 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar İXM-nin tələbləri pozulmaqla qəbul edilmişdir. Azərbaycn Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq İXM-nin 134-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 3000 (üç min) manat məbləğində cərimə edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 06 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılıb baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılsın. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-3044/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-3044/2024
17.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver