Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-3045/2024 27.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən 2024-cü ilin (aylıq) 4-əmək (işçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında) hesabat oktyabr ayı üzrə noyabr ayının 18-də, yəni üç gün gecikmə ilə təqdim edilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika İdarəsinin nümayəndəsi X2 bildirdi ki, tərtib olunmuş inzibati xəta haqqında protokolu müdafiə edir. Həmçinin, hüquqi şəxsin məhkəməyə ünvanlamış olduğu izahat özünümüdafiə xarakteri daşıyır. Belə ki, izahatda qeyd olunana əsasən həmin hesabatın səlahiyyətli orqana gecikmə ilə təqdim edilməsi səbəbini ölkə ərazisində keçirilən “COP-29” beynəlxalq konfransına əsasən işçilərin yalnız 30% hissəsinin müəssisədə çalışması ilə əlaqələndirmişdir. Lakin, bu beynəlxalq tədbir cari ilin noyabr ayının 12-dən noyabr ayının 22-dək olan tarixləri əhatə etmişdir. Beləliklə, hüquqi şəxs tərəfindən daha əvvəlki tarixlərdə, yəni 1 noyabr 2024-cü il tarixdən etibarən də hesabatın təqdim edilməsi mümkün olmasına baxmayaraq, etinasızlıq göstərilərək gecikmə ilə təqdim olunmuşdur. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin hüquqi ünvanına qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə yazılı izahat təqdim etmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəməyə Şəxs MMC tərəfindən ünvanlanmış izahatdan görünür ki, Şəxs MMC Bakı şəhəri Statistika İdarəsinin 19 noyabr 2024-cü il tarixli, MN ******* saylı protokolunda qeyd edildiyi kimi, 2024-cü ilin oktyabr ayı üçün 15 noyabr 2024-cü il tarixdə təqdim olunmalı olan “4 əmək" hesabatı 3 gün gecikmə ilə, 18 noyabr 2024-cü il tarixdə təqdim etmişdir. Bakı şəhərində təşkil edilən COP-29 tədbiri ilə əlaqədar olaraq müəssisənin iş rejimində müəyyən dəyişikliklər edilmiş və əməkdaşların bir hissəsi növbəli şəkildə işə çıxmışdır. Bu səbəbdən hesabatın təqdim edilməsində gecikmə baş vermişdir. Yuxarıda göstərilən üzrlü səbəbləri, gecikdirilən günlərin (16-17 noyabr) şənbə və bazar günlərinə təsadüf etdiyini və eyni zamanda belə halın təqvim ili ərzində ilk dəfə baş verdiyini nəzərə alaraq icraata xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 2024-cü ilin (aylıq) 4-əmək (işçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında) hesabat oktyabr ayı üzrə noyabr ayının 18-də, yəni üç gün gecikmə ilə təqdim edilmişdir. Bununla da, Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 389-cu maddəsinə əsasən statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 25 fevral 2014-cü il 15/06 №li qərarı ilə təsdiq edilmiş 4-əmək №-li formaya uyğun olaraq bütün müəssisələr – hüquqi şəxslər və (və ya) onların filial və nümayəndəlikləri hesabatı yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron formada (məlumatı) www.stat.gov.az internet səhifəsində real-vaxt rejimində təqdim etməlidir: - kiçik sahibkarlıq subyekti olmayanlar aylıq dövriliklə, hesabat ayından sonrakı ayın 15-dək; -kiçik sahibkarlıq subyektləri rüblük dövriliklə, hesabat rübündən sonrakı ayın 18-dək. Məhkəmə hesab edir ki, hüquqi şəxsin məhkəməyə ünvanlamış olduğu izahat özünümüdafiə xarakteri daşıyır. Belə ki, izahatda qeyd olunana əsasən həmin hesabatın səlahiyyətli orqana gecikmə ilə təqdim edilməsi səbəbini ölkə ərazisində keçirilən “COP- 29” beynəlxalq konfransına əsasən işçilərin yalnız 30% hissəsinin müəssisədə çalışması ilə əlaqələndirmişdir. Lakin, bu beynəlxalq tədbir cari ilin noyabr ayının 12-dən noyabr ayının 22-dək tarixləri əhatə etmişdir. Həmin tarixlərdə işçilərin yalnız 30%-nin işə çıxarılması barədə Azərbaycan Respublikası Nazirlər kabinetinin müvafiq qərarının 1 noyabr 2024-cü il tarixədək mövcud olduğunu nəzərə alaraq, məhz noyabr ayının 1-dən etibarən hüquqi şəxs inzibati xətaya səbəb olmuş hərəkətləri icra edə bilərdi. Beləliklə, hüquqi şəxs tərəfindən daha əvvəlki tarixlərdə də hesabatın təqdim edilməsi mümkün olmasına baxmayaraq etinasızlıq göstərilərək gecikmə ilə təqdim olunmuşdur. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialının əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 389-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-3045/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-3045/2024
27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver