Məhkəmə qərarları › İş №3(002)-3048/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-3048/2024

10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-3048/2024 10.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şikayət vermiş şəxs X8 etibarnamə üzrə nümayəndəsi X12 iştirakları ilə, Şikayət vermiş şəxs X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin 05 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X15 şikayətlə məhkəməyə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhəri İdarəsinin 05 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə ona 1000 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın verilməsilə əsas olaraq onun işə götürən olaraq Müdafiə Nazirliyinin N nomrəli hərbi hissənin əsgər yeməkxanasının mülki işçisi, X2 xx.xx.2024-cü il tarixdə saat 09:25 radələrində hərbi hissənin tibb məntəqəsinə "Sol ǝlin üst səthinin həşərat sancması" ilə bağlı "Respublika Təcili və X9 Stansiyası" publik hüquqi şəxsin 20 saylı bölməsinin xx.xx.2024-cü il tarixli məlumatı əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər idarəsində araşdırma aparıldığı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"nın 1.2-ci bəndində nəzərdə tutulan hallarda işçilərin səhhətinin pozulması qeyd edilmişdir. Hesab edir ki, inzibati xətanın törədilməsinə dair qərar qanunsuz və əsassız olduğundan qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin və müvafiq münasibətləri tənzimləyən sahə və qanunvericilik aktlarının normalarına və təməl prinsiplərinə tamamilə uyğun olmadığından ləğv edilməlidir. Belə ki, N nömrəli hərbi hissənin, əsgər yeməkxanasının mülki qulluqçusu, X2 xx.xx.2024-cü il tarixdə saat 09:25 radələrində hərbi hissənin tibb məntəqəsinə "Sol əlin üst səthinin həşərat sancması" diaqnozlu xəsarətlə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin 23 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə baxılması xx.xx.2024- cü il tarixli qərarı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə daxil olmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsi Azərbaycan Respublikası ərazisində istehsalatda baş verən bədbəxt hadisələrin təhqiq edilməsinin və uçota alınmasının vahid qaydasını müəyyən edir. Belə ki, AR Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 saylı Qərarı ilə "İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları" təsdiq edilmişdir. Bu qaydalar fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Respublikanın ərazisində yerləşən bütün müəssisələrdə tətbiq edilir. Həmçinin, bu qaydalar, müəssisə yaradılmadan əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikası səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının bayrağı altında üzən gəmilərdə şelf qurğularında və digər iş yerlərində tətbiq edilir, o cümlədən işəgötürənin xammalından (materialından) istehsal vasitələrindən istifadə etməklə əmək funksiyasını evində yerinə yetirən işçilərə şamil olunur. Eyni zamanda, bu qaydalar dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq mühafizə orqanlarının qulluqçularına, onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla (əgər göstərilən aktlarla həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütövlüklə əhatə olunmayıbsa), istehsalat təcrübəsi keçən tələbə və şagirdlərə, müəssisələrdə işə cəlb edilən hərbi qulluqçulara, məhkəmə hökmlərinin icrası yerində işləyən məhkumlara, təbii fəlakətin nəticələrini qaldırılmasına, habelə hərbi və fövqaladə vəziyyət rejimində işlərin görülməsinə cəlb edilən şəxslərə şamil edilir. İstehsalatda baş verən bədbəxt hadisələrin tədqiqi aşağıdakı hallarda aparılır: əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin işəgötürənin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən, -müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatlarda işə gedərkən yaxud işdən qayıdarkən, -müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində, -keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməclik tədbirləri keçirildiyi müddətdə; -işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetiriməsinə cəlb edildiyi müddətdə, -istehsal avadanlıqları və obyektlərində qəza zamanı: -növbə istirahətində olan işçilər (bələdçi, refricerator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay və hava nəqliyyatlarının ekipac üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt; -işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ictimai nəqliyyatda yaxud piyada gedərkən), həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin) tapşırığını yerinə yetirərkən fəaliyyət göstərdikləri müddətdə: -işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrinin şəxsi minik maşınında yerinə yetirdiyi vaxt, -əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirdikdə, yaxud o öldürüldükdə; -əmək vəzifələrini yerinə yetirərkən itkin düşmələr, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurmalar, yanmalar, donmalar, suda boğulmalar, ildırım vurmalar, heyvan və həşaratlarla təmas nəticəsində dəymiş zədələnmələr, həmçinin təbii fəlakətlər (zəlzələlər, sürüşmələr, daşqınlar, qasırğalar və s.) zamanı. Formasından və növündən asılı olmayaraq istehsalatda baş vermiş bədbəxt hadisələr üçün işəgötürən məsuliyyət daşıyır. Eyni zamanda, istehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar işçinin Xəsarətlə və ya ölümü ilə nəticələndikdə hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır:

1. Təbii ölüm (yalınz məhkəmə-tibb ekspertizasının rəyi ilə təsdiqlənir);

2. Özünə qəsd, intihar hadisələri və cinayət törədərkən (hüquq-mühafizə orqanları tərəfindən təsdiq edilməlidir);

3. Şəxsi məqsədlər üçün hər hansı bir işlə məşğul olarkən,

4. Dəniz istehsalat obyektlərində çimərkən,

5. Balıq ovlayarkən (əgər əmək fəaliyyəti ilə bağlı deyilsə);

6. İşçilərin öz təşəbbüsü ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirilərkən,

7. Texniki spirtlərin, narkotik ve diger bu cür maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan alkoqol zəhərlənməsi və onunla bağlı ürək dayanması, insult, astiksiya, hərəkətlərin koordinasiyasının pozulması ve fikrin dumanlanması səbəblərindən baş vermiş bədbəxt hadisələr. Bədbəxt hadisə baş verdikdə hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri işəgötürənə dərhal məlumat verməlidirlər İşəgötürən isə işçiyə ilk tibbi yardımın göstərilməsini, onun tibb hissəsinə və ya digər müalicə idarəsinə çatdırılmasını təşkil etməyə. Hadisə baş vermiş iş yerindəki şəraiti və avadanlıqların vəziyyətini hadisənin baş verdiyi anda olduğu kimi saxlamağa borcludur. İstisna olaraq qeyd etmək lazımdır ki, əgər bu vəziyyət ətrafdakılara ziyan yetirmirsə onda işəgötürən tərəfindən saxlanmalıdır. Baş vermiş hadisənin ağırlıq dərəcəsindən asılı olmayaraq, işəgötürən hadisə barədə bölgə və yaxud da birbaşa X11 (bundan sonra DOM). X20 X5 və Dağ-Mədən Nəzarəti Komitəsinə (əgər hadisə bu komitənin nəzarətində olan obyektlərdə baş vermişdirsə) məlumat verməlidir. Həmçinin, məlumat, yuxarı mərkəzi icra hakimiyyəti orqanına və Respublika Həmkarlar İttifaqı Konfederasiyasına (əgər işçilər həmkarların üzvüdürsə) telefonla və yaxud da teleqrafla verilir. Eyni zamanda, işçiyə tibbi yardım göstərmiş tibb idarələri bu hadisə barədə DƏM-əmlak münasibətləri məlumat verməlidirlər. Hadisə baş verdikdə işəgötürən bədbəxt hadisənin tədqiqatını vaxtında aparılmasını, tədqiqatın aparılmasına, şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin baş vermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə cavabdehdir. Bədbəxt hadisələrin təhqiq edilməsinə əsas işəgötürənin, zərərçəkənin, mətbuat vasitələrinin, hüquq-mühafizə orqanlarının, tibb müəssisələrinin, Respublikada fəaliyyət göstərən əməyin mühafizəsinə nəzarət orqanlarının və həmkarlar ittifaqlarının şifahi məlumatları ola bilər. Bu məlumatlar araşdırılır və lazım olan hallarda komissiya yaradılır. Ağırlıq dərəcəsindən asılı olmayaraq, bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı DƏM-in rəisinin əmri ilə yaradılmış komissiya tərəfindən aparılır. İki-dörd işçinin ölümü və əlahiddə ağır nəticəli (beş və daha artıq işçinin həlak olduğu halda) bədbəxt hadisələrin (qəzaların) təhqiqatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmri ilə yaradılan komissiya tərəfindən aparılır. Baş vermiş bədbəxt hadisələrin təhqiqat komissiyası tərəfindən 20 gün müddətində aparılır və xüsusi təhqiqat aktı tortib edilir. İşəgötürən hər ilin sonunda İZ formalı aktlara əsasən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş formalarda istehsalatda bədbəxt hadisələr nəticəsində zərərçəkənlər haqqında hesabat tertib edir. İşəgötürən istehsalatda baş vermiş bədbəxt hadisənin səbəblərinin təhlili, onların sex vǝ digər bölmələrin əmək kollektivlərində müzakirəsini, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması üzrə tədbirlərin hazırlanmasını və həyata keçirilməsini təmin etməyə borcludur. Azərbaycan Respublikası üzrə bədbəxt hadisələrin uçotu müəssisələrdə, X10, Dövlət Statistika Komitəsində aparılır. N nömrəli hərbi hissənin, əsgər yeməkxanasının mülki qulluqçusu, X2 xx.xx.2024cü il tarixdə saat 09:25 radələrində hərbi hissənin tibb məntəqəsinə "Sol əlin üst səthinin həşərat sancması" diaqnozu ilə müraciət etməsi faktı üzrə araşdırma aparılarkən N nömrəli hərbi hissənin tibb xidməti rəisi vəzifəsini icra edən, tibb xidməti kapitanı Sənan Tomayev xx.xx.2024-cü il tarixli 5855 qeydiyyat nömrəli raportla yuxarı komandanlığa məruzə etmişdir ki, yeməkxananın mülki qulluqçusu, X6 xx.xx.2024-cü il tarixdə saat 09:25 radələrində hərbi hissənin tibb məntəqəsinə "Sol əlin üst səthinin həşərat sancması" diaqnozu ilə müraciət etməsi ilə bağlı N nömrəli hərbi hissə komandirinin huquq işləri üzrə köməkçisi, ədliyyə mayoru X21 tərəfindən xidməti araşdırma aparılmışdır. Həmin faktla bağlı izahatı alınmış N nomrəli hərbi hissənin, əsgər yeməkxanasının mülki qulluqçusu, X6 öz izahatında, xx.xx.2024-cü il tarixdə saat 09.25 radələrində əsgər yeməkxanasında hərbi hissənin şəxsi heyəti üçün günorta yeməyi hazırlayarkən soğan soyduğunu. soğan soyduğu zaman soğanlar olan kisədən soğan çıxararkən əlini hansısa həşəratın sancdığını hiss etdiyini və əlini həmin kisədən çıxardığı zaman adını bilmədiyi qara rəngli həşəratın onu sancdığını gördüyünü və yüksək səslə "ah" çəkdiyini, daha sonra onun səsinə hərbi hissənin əsgər yeməkxanasının baş aşpazı. Lalə Cəbrayılovanın gələrək əlinin üst səthinin qızardığını və şişdiyini gördüyünü, daha sonra ondan nə baş verdiyini soruşduqda, sonuncuya əlinin üst səthinin qara rəngli həşəratın sancdığını bildirdiyini, daha sonra baş aşpaz, Lalə Cəbrayılovanın onu dərhal hərbi hissənin tibb məntəqəsinə göndərdiyini, tibb məntəqəsində onu tibb xidməti kapitanı Sənan Tomayevin qəbul edərək ona bədən baxışı keçirtdiyini, keçirmiş olduğu bədən baxışı zamanı onun sol əlinə "Sol əlin üst səthinin həşərat sancması" diaqnozunu qoyduğunu bildirmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq N nömrəli hərbi hissənin, əsgar yeməkxanasının mülki qulluqçusu. X7 barəsində toplanmış araşdırma materialina prossesual qərarın qəbul edilməsi zərurəti olmadığından araşdırma materialının Azərbaycan Respublikası Müdafiə nazirinin 24 nömrəli qərarının 3.27 maddəsinin 3.27.3cü bəndinə əsasən hərbi hissənin nizami hissəsində işə alınması və bununla bağlı müvafiq olaraq ərazi hərbi prokuroruna məlumat verilməsi məqsədə uyğun hesab edilmişdir. N nömrəli hərbi hissənin əsgər yeməkxanasının mülki işçisi, X2 xx.xx.2024-cü il tarixdə saat 09:25 radələrində hərbi hissənin tibb məntəqəsinə "Sol ǝlin üst səthinin həşərat sancması" diaqnozu ilə müraciət etməsi faktı üzrə toplanmış araşdırma materialı Azərbaycan Respublikası Müdafiə nazirinin 24 nömrəli qərarının 3.27 maddəsinin 3.27.3cü bəndinə əsasən prosessual qərar qəbul etmək zərurəti olmadığından N nömrəli hərbi hissənin nizami hissəsində işə alınması bardə Bakı Hərbi Prokurorluğuna hərbi hissənin xx.xx.2024-cü il tarixli 1884 nömrəli məktubu ilə məlumat verilmişdir. Bundan başqa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər İdarəsinin 05.09 2024-cü il tarixli məktubundan görünür ki, 659 nömrəli Hərbi hissənin mülki işçisi X2 xx.xx.2024-oü ii tarixdə xəsarət alması ilə bağlı "Respublika Təcili və X9 Stansiyası" pubiik hüquqi şəxsin 20 saylı bölməsinin xx.xx.2024-cü il tarixli məlumatı verdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 saylı Qərarına uyğun olarq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər İdarəsinə məlumat verilmiş və müvafiq araşdırma aparılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələr tərəfindən hərbi xidmət əleyhinə inzibati xətaları törətmiş şəxslər barəsində tənbeh tətbiq olunarkən onların Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında, dövlətimizin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsində müstəsna xidmətləri, habelə şəxsiyyətini xarakterizə edən müsbət hallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq yüngülləşdirici hal qismində nəzərə alınmalıdır. O, polkovnik X15, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. xx.xx.2000-ci il darixdən bu günə qədər Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçir. Xidməti dövründə ona iki dəfə növbədən kənar hərbi rütbə verilmişdir. Azərbayan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Baş naziri və Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən aşağıdakı ordeni və medalları ilə təltif olunmuşdur:

1. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubiley" medalı;

2. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) yubiley" medalı;

3. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) yubiley" medalı; 4.Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley

5. "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal;

6. "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal:

7. "Qüsursuz xidmətə gorə 1-ci dərəcəli medal: 8 igidliyə görə" medalı

9. "Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medal;

10. "Hərbi xidmətdə fərqlənməyə görə 2-ci dərəcəli medal;

11. "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medal;

12. Azərbaycan Respublikasının "Qarabağ" ordeni;

13. "Füzulinin azad olunmasına görə" Azərbaycan Respublikasının medali;

14. "Zəngilanın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı;

15. "Xocavəndin azad olunmasına görə" Azərbaycan Respublikasi medali,

16. "Vətən müharibəsi iştirakçısı Azərbaycan Respublikasının medali. Göründüyü kimi, N nömrəli hərbi hissənin əsgər yeməkxananın mülki işçisi, X2 xx.xx.2024-cü il tarixdə saat 09:25 radələrində herbi hissənin tibb məntəqəsinə "Sol əlin üst səthinin həşərat sancmasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər İdaresi xəsarət kimi qiymətləndirilməsi hesab edirəm ki, yuxarda qeyd edilən normaların tələblərinə ziddir. Məhkəmənin 03 dekabr 2024-cü il tarixli iclasında iştirak edən şikayət vermiş şəxs X15 öz izahatında barəsində qəbul edilmiş protokola etiraz edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 09:25 radələrində onun komandiri olduğu hərbi hissədə əsgər yeməkxanasının mülki işçisi X2 əlini demsəinə görə həşarat sancmış, ona əvvəlcə hərbi hissədə ilkin tibbi yardım göstərilmiş, səhhətində heç bir problem olmasa da hər ehtimala qarşı daha sonra əməkdaş mülki xəstəxanaya aparılmışdır. O xəstəxanda olarkən tibb işçiləri hadisə barədə Əmək Müfəttişliyinə məlumat vermişlər. Burada nə hər hansı bədbəxt hadisə, nə də gizlətmə faktı yoxdur. Odur ki, bütün bu qeyd etdiklərinin nəzərə alınaraq barəsində qəbul edilmiş X16 Xidmətinin Bakı şəhəri İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin 03 dekabr 2024-cü il tarixli iclasında iştirak edən şikayət vermiş şəxs X8 etibarnamə üzrə nümyəndəsi Müdafiə Nazirliyinin Hüquq İdarəsinin dövlət qulluqçusu X13 öz izahatında protokolu qəbul etməyərək göstərmişdir ki, həşərat sancması əmək travması sayıla bilməz, çünki mülki qulluqçu işçisi X6 həmin hadisə nəticəsində heç bir xəsarət almamışdır. Baş verən hadisə gizlədilməmiş, hadisə barədə ilkin tibbi yardım xidmətinə, əməkdaşın müalicə aldığı xəstəxanaya və daha sonra Hərbi Prokurorluğa məlumat verilmişdir. Bundan başqa hadisə avqust ayında baş versə də inzibati xəta haqqında protokol noyabr ayında tərtib olunmuşdur. Bütün bu qeyd etdiklərinin nəzərə alınaraq X8 barəsində qəbul edilmiş X16 Xidmətinin Bakı şəhəri İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin 03 dekabr 2024-cü il tarixli iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X22 öz izahatında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhəri İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını müdafiə edərək göstərmişdir ki, inzibati xətanın baş verməsinə səbəb hadisənin gizlədilməsi deyil, hadisə barədə X16 Xidmətinə məlumat verilməməsi olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində göstərilir ki, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə məsuliyyət yaranır. Baş vermiş hadisənin bəxdbəxt hadisə olub-olmadığını X16 Xidməti müəyyən edir. Odur ki, bütün bu qeyd etdiklərinin nəzərə alınaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhəri İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, hadisə barədə məlumat onlara hərbi hissə tərəfindən deyil, xəstəxana tərəfindən verilmişdir. Məhkəmənin 10 dekabr 2024-cü il tarixli iclasında iştirak edən şikayət vermiş şəxs X8 etibarnamə üzrə nümayəndəsi X21 öz izahatında qeyd etmişdir ki, baş verən hadisə zamanı N nomrəli hərbi hissənin əsgər yeməkxanasının mülki işçisi, X3 ilkin tibbi yardım göstərildikdən sonra hər ehtimala qarşı o X24 Bakıya, xəstəxanaya göndərilmişdir. X31 əməkdaşları bildirmişlər ki, onlar özləri Əmək Müfəttişliyinə hadisə haqda məlumat verəcəklər. Onlar da arxayın olaraq öz tərəflərindən hərbi prokurorluğa və digər qurumlara məlumat vermişlər. Bundan başqa baş verən hadisə bədbəxt hadisə sayıla bilməz. Belə ki, X1 hər hansı problem olmadığı və hər hansı bir xəsarət almadığı üçün o, həmin gün işə qayıtmışdır. O növbəli iş rejimində işlədiyindən, yəni bir gün işdə, iki gün evdə olduğundan ondan izahatı iki gün sonra iş vaxtı almışdır. Odur ki, N nomrəli hərbi hissənin əməkdaşları tərəfindən hadisə barədə hərbi prokurorluğa məlumat verilməsini, hadisənin Müdafiə Nazirliyinin hərbi hissədə baş verən travmatizm hallarının qeydiyyatı kitabında qeydiyyata alınmasını və X4 həşərat sancmasının bədbəxt hadisə olmamasını nəzərə alaraq X8 barəsində qəbul edilmiş X16 Xidmətinin Bakı şəhəri İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında qərarı və ona əlavə olunmuş sənədləri, şikayətçinin, onun nümayəndələrinin, həmçinin X16 Xidmətinin etibarnamə üzrə nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, X15 barəsində qəbul edilmiş 05 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin 05 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından aydın olur ki, N nömrəli Hərbi Hissənin işçisi X6 ilə 08 avqust 2024-cü il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə barədə X15 tərəfindən DƏMX-nə hadisə baş verən gün məlumat verilmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Tibb Xidməti rəisi vəzifəsini icra edən tibb xidməti kapitanı Sənan Tomayevin N nömrəli hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin müvininə ünvanladığı 08 avqust 2024-cü il tarixli və N nömrəli hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin müvini vəzifəsini müvəqqəti icra edən mayor Babək Ağayevin N nömrəli hərbi hissənin komandirinə ünvanladığı və rəsmi qeydiyyatdan keçmiş 08 avqust 2024-cü il tarixli raportlardan görünür ki, yeməkxananın mülki qulluqçusu X2 xx.xx.2024-cü il tarixdə, saat 09:25 radələrində hərbi hissənin tibb məntəqəsinə “sol əlin üst səthinin həşərat sancması” diaqnozu ilə müraciət etməsi, bu faktın araşdırılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş 19 avqust 2024-cü il tarixli izahatında X6 göstəmişdir ki, o mülki işçi kimi xx.xx.2015-ci il tarixdən N nömrəli hərbi hissədə yuxarıda qeyd olunan vəzifədə işləyir. Dövlət tərəfindən ona düşən bütün təminatlarla vaxtlı-vaxtında təmin olunur. Faktla bağlı bunu deyə bilər ki, xx.xx.2024-cü il tarixdə 09:25 radələrində əsgər yeməkxanasında hərbi hissənin şəxsi heyəti üçün günorta yeməyi hazırlayarkən soğan soyurmuş. Soğan soyduğu zaman soğanlar olan meşoqdan soğan çıxararkən əlini hansısa həşəratın sancdığını hiss etmiş və əlini meşoqdan çıxardığı zaman adını bilmədiyi qara rəngli həşəratın onu sancdığını görmüş və yüksək səslə "ah" çəkmiş, daha sonra onun səsinə hərbi hissənin əsgər yeməkxanasının baş aşpazı Cəbrayılova Lalə gələrək əlinin üst səthinin qızardığını və şişdiyini görmüşdür. Daha sonra ondan nə baş verdiyini soruşduqda ona əlinin üst səthinin qara rəngli həşəratın sancdığını bildirmiş, o da onu dərhal hərbi hissənin tibb məntəqəsinə göndərmişdir. Tibb məntəqəsində onu tibb xidməti kapitanı Sənan Tomayev qəbul etmiş və ona bədən baxışı keçirtmişdir. Keçirtmiş olduğu bədən baxışı zamanı onun sol əlinə "Sol əlin üst səthinin həşərat sancması" diaqnozunu qoymuşdur. Şikayətə əlavə edilmiş N nömrəli hərbi hissəsinin komandiri, polkovnik Ceyhun Bağırov tərəfindən Bakı hərbi Prokurluğuna ünvanlanmış 20 avqust 2024-cü il tarixli məktubun surətindən aydın olur ki, N nömrəli hərbi hissənin əsgər yeməkxananın mülki işçisi, X2 xx.xx.2024-cü il tarixdə saat 09:25 radələrində hərbi hissənin tibb məntəqəsinə "Sol əlin üst səthinin həşərat sancması" diaqnozu ilə müraciət etməsi fakti üzrə toplanmış araşdırma materialı Azərbaycan Respublikası Müdafiə nazirinin 24 nömrəli qərarının 3.27 maddəsinin 3.27.3-cü bəndinə əsasən prosessual qərar qəbul etmək zərurəti olmadığından N nömrəli hərbi hissənin nizami hissəsində işə alınmışdır. Şikayətə əlavə edilmiş sənədlərdən aydın olur ki, baş vermiş hadisə barədə N saylı hərbi hissənin əməkdaşları tərəfindən dərhal təcili tibbi yardıma məlumat verilərək şəxs Azərbaycan Respublikasının Tibbi Ərazi Bölmələrini X19 X28 Tibbi Mərkəzə çatdırılmış və baş vermiş hadisə ilə bağlı müvafiq araşdırma aparılmışdır. X16 Xidmətinin məhkəməyə təqdim etdiyi Tibbi Ərazi Bölmələrini X19 X28 Tibbi Mərkəzin 18 sentyabr 2024-cü il tarixli məktubundan aydın olur ki, xx.xx.1975-ci il təvəllüdlü X6 xx.xx.2024-cü il tarixdə, saat 11:19-da X26 müraciət etmişdir. Qeyd olunan məktubda Diaqnoz: T63.3 əqrəb sancması kimi göstərilsə də şəxsin almış olduğu xəsarətlərin nədən ibarət olması, (o cümlədən xəstənin vəziyyəti, xəsarətin forması, dərəcəsi, xarakteri və lokalizasiyası) qeyd edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli, “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının 1.3cü bəndində göstərilir ki, istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət — əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2014-cü il № 269 nömrəli Qərarının 3.1-ci bəndində göstərilmişdir: Yüngül xəsarətlərə aşağıdakılar aid edilir: 3.1.1. sağlamlığın qısa müddətdə (21 gündən az) pozulmasına səbəb olan xəsarətlər; 3.1.2 11-12-ci qabırğalar istisna olmaqla, bir qabırğanın fraqmentlərinin yerini dəyişməyən sınığı; 3.1.3. burun sümüyünün cərrahi müdaxilə tələb etməyən deformasiyasız sınığı; 3.1.4. əl və ayaq barmaqlarının falanqa sümüklərinin sadə (yerini dəyişməyən, qəlpəsiz) sınıqları (əllərin 1-ci barmaqları, ayaqların 1, 2 və 3-cü barmaqları istisna olmaqla); 3.1.5. cərrahi tikilən və ya cərrahi tikişə ehtiyacı olan yaralar; 3.1.6. baş beyin silkələnməsi; 3.1.7. sağlamlığı qısa müddətə pozan digər zədələnmələr; 3.1.8. əmək qabiliyyətinin cüzi (10%-ə qədər) dayanıqlı itirilməsinə səbəb olan zədələnmələr. Göründüyü kimi Müdafiə Nazirliyinin N nomrəli hərbi hissənin əsgər yeməkxanasının mülki işçisi, X2 xx.xx.2024-cü il tarixdə saat 09:25 radələrində hərbi hissənin tibb məntəqəsinə "Sol ǝlin üst səthinin həşərat sancması” dərəcəsinə görə bədbəxt hadisə nəticəsində alınmış xəsarət hesab edilə bilməz. Belə ki, həmin hadisə nəticəsində işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halı baş verməmiş, eləcə də onda hadisədən sonra yuxarıda qeyd olunan xəsarətlərə aid edilən hər hansı bir hal aşkar edilməmişdir. Əgər işçinin sağlamlığının qəflətən və kəskin pozulması halı baş versə idi o ən azından həmin gün müvafiq müayinə və müalicələrə məruz qalmaqla işə qayıda və öz əmək vəzifələrini yerinə yetirə bilməzdi. Lakin araşdırma zamanı müəyyən olunmuşdur ki, şəxs elə həmin gün müayinədən sonra xidməti işinə qayıdaraq işini davam etdirmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, baş vermiş hadisə işəgötürən tərəfindən hadisə baş verən gün rəsmiləşdirilməklə araşdırma aparılmış və hadisənin hər hansı bir formada gizlədilməsi niyyəti aşkar edilməmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, şikayət vermiş şəxs X14in əməlində inzibati xəta tərkibi yoxdur. Buna görə də məhkəmə hesab edir ki, 05 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar İXMnin tələbləri pozulmaqla qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və İXM-in 105 və 134cü maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

X8 şikayəti təmin edilsin. X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən 1000 (bir min) manat məbləğində cərimə edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 05 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar