Məhkəmə qərarları › İş №3(002)-305/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-305/2024

25.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-305/2024 25.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, Şəxs, X9, X7, X10, X12, X11 və X4 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialın baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Qaradağ rayon Məhkəməsinə bir icraatda 24 yanvar 2024-cü il tarixdə X9 barəsində İXM-nin 442-ci maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, 26 dekabr 2023-cü il tarixli, X10 barəsində İXM-nin 442-ci maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, 26 dekabr 2023-cü il tarixli, X11 barəsində İXM-nin 442-ci maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, 26 dekabr 2023-cü il tarixli, Şəxs barəsində İXM-nin 442-ci maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, 26 dekabr 2023-cü il tarixli, X7 barəsində İXM-nin 442-ci maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, 26 dekabr 2023-cü il tarixli, X12 barəsində İXM-nin 442-ci maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, 26 dekabr 2023-cü il tarixli, və X4 barəsində İXM-nin 442-ci maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, 26 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolları və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər natamam olduğundan onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, qeyd olunan protokollar ayrı-ayrı inzibati material formasında məhkəməyə göndərilməli olduğu halda İnzibati Xətalar Məcəlləsinin tələblərinə zidd olaraq bir inzibati iş kimi məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsində göstərilmişdir ki, Bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bundan başqa İXM-nin 442-ci maddəsinin sanksiyasında inzibati xətanın bilavasitə obyekti olmuş malların müsadirəsi imperativ hal kimi nəzərdə tutulmuşdur. Lakin daxil olmuş inzibati materiallarda müsadirə edilməsi nəzərdə tutulmuş malların siyahısı, halhazırda harda saxlanılması və ümumiyyətlə belə bir malların mövcudluğu barədə heç bir sübut aşkar edilməmişdir. Yuxarıda adı çəkilən şəxslərdən aşkar edilməsi ehtimal olunan maddi sübutlar İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun götürülməli və sənədləşdirilməli idi. Yəni, yuxarıda adı çəkilən şəxslərdən götürülməsi ehtimal olunan pirotexniki vasitələr maddi sübut kimi tanınmamış, nədən və hansı pirotexniki vasitələrdən ibarət olması sadalanmamış, onların fotoşəkli çəkilməmiş, inzibati xəta haqqında protokolda qeyd edilməmiş və işə əlavə edilməmişdir. İXM-in 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən və İXM-nin 109-cu maddəsini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİM: Şəxs, X3, X2, X5, X8, X6 və X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ RPİ-dən daxil olmuş inzibati material onu tərtib etmiş orqana geri qaytarılsın. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar