Məhkəmə qərarları › İş №3(002)-3057/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-3057/2024

25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-3057/2024 25.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə rəisi, polis kapitanı X3, Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin, yol-patrul xidməti inspektoru, polis baş serjantı X1 və operator, polis baş serjantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1978-cu ildə Şamaxı rayonu, Muğanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, faktiki evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Aşağı Güzdək kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan aydın olur ki, Şəxs 24 noyabr 2024-cü il tarixdə, saat 22:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən texniki baxış mərkəzində YPX əməkdaşlarına tabesizlik etmiş və onların ünvanına nalayiq söyüşlər işlətməklə ictimai qaydanı pozmaqla xırda xuliqanlıq hərəkətləri törətmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə 25 noyabr 2024-cü il tarixdə MN ******* saylı protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə rəisi, polis kapitanı X7 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, vətəndaş Şəxs 24 noyabr 2024-cü il tarixdə, axşam saat 22:00 radələrində sərxoş vəziyyətdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən texniki baxış mərkəzində YPX əməkdaşlarına tabesizlik etmiş və onların ünvanına nalayiq söyüşlər işlətməklə ictimai qaydanı pozmuşdur. Odur ki, onun barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Hal-hazırda tərtib etdiyi protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində müvafiq tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yol-patrul xidməti inspektoru, polis baş serjantı X4 öz izahatında bildirmişdir ki, 24 noyabr 2024-cü il tarixdə, axşam saat 22:00 radələrində Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində xidmətdə olarkən “X11” markalı, ** ER *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxla əmri verilmiş, sürücüyə yaxınlaşıb özlərini təqdim etmiş və törətdiyi qayda pozuntusu ona izah olunmuşdur. Bu zaman sürücüdən kəskin spirt qoxusu gəldiyi üçün alkotesterdən keçirilmiş, sürücünün sərxoş vəziyyətdə olduğu aşkarlanmışdır. Eyni zamanda sürücünün sürücülük hüququ olmadığı müəyyən edilmişdir. Avtomobil Qaradağ rayonu, “Sədərək” TM-nın yaxınlığında yerləşən DİN-in mühafizə olunan duracağa aparılan zaman sürücü, yəni X5 atasına zəng edərək törətdiyi əməli ona bildirmiş, telefonda özünü Raufun atası kimi təqdim edən Rəşad al şı şəxs şəxs polisin, konkret onların və ailə üzvlərinin ünvanına ən kobud şəkildə ağır formada təhqiramiz ifadələr işlətməyə başlamışdır. Avtomobil duracağa təmin olunandan sonra həmin şəxs yenidən onlara yaxınlaşaraq sərxoş halda onların xidməti fəaliyyətinə mane olmağa başlamış və nalayiq ifadələr işlədərək avtomobilin cərimə meydançasından çıxarılmasını tələb etmişdir. Nəticədə onlar hadisə yerinə 9696 saylı çağırışla ƏÇPA-nın əməkdaşlarını dəvət etmiş və sürücünü maşınına əyləşdirərək 10-cu PŞ-ya gətirmişlər. Orada məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Odur ki, sonuncunun barəsində ağır tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin operatoru, polis baş serjantı X6 öz izahatında Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yol-patrul xidməti inspektoru, polis baş serjantı X1 verdiyi izahatı təsdiq edərək hadisə vaxtı bir yerdə xidmətdə olduqlarını və Şəxs onların ünvanına işlətdiyi ifadələri lentə aldıqllarını bildirərək protokolun təmin olunmasını və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olsa da faktiki olaraq ailəsi ilə birlikdə Abşeron rayonu, Aşağı Güzdək kəndində yaşayır, faktiki olaraq evlidir. 24 noyabr 2024-cü il tarixdə, axşam saatlarında evdə şam yeməyi yedikdən sonra spirlti içki qəbul etmişdir. Axşam saat təxminən 22:00 radələrində oğlu X5 ona zəng edərək əmisi oğlu Aminin maşınını idarə etdiyini, Müşfiqabad qəsəbəsində yol polisi əməkdaşlarının onu saxladığını və avtomobili cərimə meydançasına apardıqlarını bildirmişdir. O isə telefonu polis əməkdaşlarına verməsini bildirmiş, telefonda polis əməkdaşlarından avtomobili cərimə meydançasına aparmamalarını xahiş etmişdir. Polislər isə ona Lökbatan qəsəbəsində yerləşən cərimə meydançasına gəlməsini bildirmişlər. O içkili və əsəbi olduğu üçün xatırlmadığı kobud ifadələr işlətdiyini bildirmişdir. Bundan sonra o cərimə meydançasına gəlmiş, orada ypx əməkdaşlarına iradını bildirərək avtomobilin cərimə meydançasından çıxarılmasını xahiş etmişdir. Bu zaman aralarında mübahisə yaranmış və hadisə yerinə ƏÇPA-nın əməkdaşları çağırılmışdır. Bundan sonra heç bir müqavimət göstərməyərək könüllü olara polis bölməsinə getmişdir. O öz izahatında daha sonra əsəbi olduğunu, polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməsini tam xatırlamadığını bildirərək barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs əməlində onun ictimai qaydanı qəsdən pozaraq xırda xuliqanlıq əməli törtəməsi öz təsdiqini tapsa da onun polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair hissədə xitam verilməli və o, İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı tərəflərin iştirakı ilə Şəxs telefon danışığını özündə əks etdirən səs yazısı dinlənirlərkən onun polisin və polisin ailə üzvlərinin ünvanına nalayiq və kobud formada təhqiramiz ifadələr işlətdiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 24 noyabr 2024-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan ayın olur ki, Şəxs qeyd olunan hadisə ilə əlaqədar 25 noyabr 2024cü il tarixdə, gecə saat 01:00-da tutulmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş 24 noyabr 2024-cü il tarixli, 2/65244 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan aydın olur ki, Şəxs 24 noyabr 2024-cü il tarixdə, saat 23:15-də tibbi müayinədən keçirilərkən onun yüngül dərəcə sərxoş olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati “həbs” növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından həmin maddə üzrə başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. 2.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 12 (on iki) gün müddətinə inzibati qaydada həbs edilsin.

3. Şəxs təyin edilmiş inzibati həbs müddətinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan yəni, 25 noyabr 2024-cü il tarixdən, gecə saat 01:00-dan hesablansın. 4.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ RPİ-nin 10-cu PŞ-na həvalə edilsin. 5.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar