Məhkəmə qərarları › İş №3(002)-3067/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-3067/2024

10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-3067/2024 10.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şəxs etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 16 noyabr 2024-cü il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallarından aydın olur ki, rəsmiləşdirmə mərkəzindən Əməliyyat və təhqiqat şöbəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli 3-33- 1800/012/004197 nömrəli raportda qeyd edilmişdir ki, İran İslam Respublikasından 30AB107/30AB108 nömrəli yük nəqliyyat vasitəsi ilə "xxxx" MMC-nin (VÖEN: **********) ünvanına idxal edilmiş və Sumqayıt Gömrük İdarəsində xx.xx.2024-cü il tarixli **********8908 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan edilmiş mallara Xocəsən gömrük terminalında gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı xx.xx.2024-cü il tarixli **********8908 sorğu nömrəli gömrük bəyannaməsinin 5-ci mal mövqeyində bəyan edilən, çəkisi 110 kq təşkil edən, üzərində “MAHOOON” sözləri yazılmış 10 kardon qutu, hər qutuda 100 bağlama, hər bağlamada 100 ədəd olmaqla, cəmi 100000 ədəd “polietilen torbalar”ın mikrometr cihazı vasitəsi ilə ölçülməsi zamanı qalınlığının 15 mikrondan az olduğu müəyyən edilmişdir. Gömrük orqanı tərəfindən aşkarlanmış mallar Mərkəzi Gömrük Ekspertizası İdarəsinə xx.xx.2024-cü il tarixli 3-33-1800/2-001560/2024 nömrəli müraciət məktubu ilə polieten torbaların mikron ölçüsünün müəyyən edilməsindən ötrü göndərilmiş və xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən xx.xx.2024-cü il tarixli **********8908 sorğu nömrəli gömrük bəyannaməsinin 5-ci mal mövqeyində bəyan edilən, çəkisi 110 kq təşkil edən, üzərində “MAHOOON” sözləri yazılmış 10 kardon qutu, hər qutuda 100 bağlama, hər bağlamada 100 ədəd olmaqla, cəmi 100000 ədəd “polietilen torbalar”ın qalınlığının 5,76 mikron olduğu müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin direktoru X4 izahatında bildirmişdir ki, gömrük yoxlamasında şəxsən iştirak etmişdir. Gömrük yoxlaması zamanı idxalı qadağan olunmuş qalınlığı 15 mikrondan az olan “polietilen torbalar” yükü aşkar edilmişdir. **********8908 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən digər malları isə təhvil götürmüşdür. Dəfələrlə polietilen torbalar tərəflərindən idxal olunub, əvvəl belə bir hal yaşanmayıb. Bu hal onların təqsirindən baş verməyib. Gömrük orqanına təqdim etdikləri **********6858 sorğu nömrəli qısa idxal bəyannaməsinin və **********8908 sorğu nömrəli gömrük bəyannaməsinin 5-ci mal mövqeyində sifariş verdikləri politilen torbaların mikron ölçüsü qeyd olunmuşdur. Ümumilikdə 5080 kq polietilen torba sifariş vermişlər və 4970 kq polietilen torbanın qalınlığı sifarişlərinə uyğun 15 mikrondan yuxarı çıxmışdır. Gömrük yoxlaması zamanı qalınlığı 15 mikrondan az çıxmış 110 kq polietilen torbalara gəldikdə isə xahiş etmişdir ki, baş verən faktı qəsdən və ya ehtiyatsızlıqdan törədilmiş inzibati xəta kimi qiymətləndirilsin, çünki onların burada heç bir təqsiri yoxdur. Gömrük orqanına çəkisi 5080 kq polietilen torbalara uyğun ödəniş etmişlər, həmin 110 kq polietilen torbalar ekspertiza nəticəsində qalınlığı 15 mikronda yuxarı olacağı təqdirdə belə təhvil götüməyəcəyək və həmin 110 kq üçün ödənilən əlavə gömrük ödənişlərini də geri tələb etməyərək dövlətin xeyrinə imtina edirlər. Həmin polietilen torbalara görə ödədikləri gömrük ödənişlərini geri tələb etmək əlavə sənədləşdirmə proseduru tələb edir, onlar isə işlərinin çoxluğuna görə ehtiyac görmürlər, çünki 110 kq polietilen torbanın dəyəri və onlar üçün ödənilən ödənişlər cüzi məbləğ təşkil edir. Mövcud qanunvericiliyin tələblərini pozmamışlar. Qəsdən və ya ehtiyatsızlıqla hər hansı bir əməli törətməyə çalışmamışlar. Baş verən əməl bizim təqsirləri nəticəsində baş verməyib. Xahiş etmişdir ki, nəzərə alınsın. "xxxx" MMC-nin direktoru Hüseynov Aslan xx.xx.2024 tarixli 3-33-1800/1- 004381/2024 nömrəli müraciət məktubu ilə Sumqayıt Gömrük İdarəsinə müraciət edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixli **********8908 sorğu nömrəli gömrük bəyannaməsi ilə idxal olunan mallara gömrük orqanı tərəfindən baxış keçirilən zaman aşkarlanmış çəkisi 110 kq təşkil edən, üzərində “MAHOOON” sözləri yazılmış 10 kardon qutu, hər qutuda 100 bağlama, hər bağlamada 100 ədəd olmaqla, cəmi 100000 ədəd “polietilen torbalar” yükü "xxxx" MMC-nin sifarişinə uyğun deyildir və İran İslam Respublikasına geri qaytarılmasını xahiş etmişdir. "xxxx" MMC-nin direktoru Hüseynov Aslan xx.xx.2024 tarixli 3-33-1800/1- 004381/2024 nömrəli müraciət məktubuna xx.xx.2024-cü il tarixli 3-33-1800/2- 001632/2024 nömrəli məktub ilə cavab olaraq bildirilmişdir ki, xx.xx.1999-cu il tarixli 678 nömrəli “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 46cı maddəsinə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağandır. "xxxx" MMC tərəfindən idxal edilən qalınlığı 15 mikrondan aşağı olan mallar barəsində məhkəmə orqanı tərəfindən yekun qiymət veriləcək. Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli “Ətraf mühitin mühafizəsi” haqqında 678-İQ nömrəli qanununun 46-cı maddəsinə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Nəticədə, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt xx.xx.2024-cü il tarixli 3-33-1800/012/004197 nömrəli raport, xx.xx.2024-cü il tarixli **********8908 sorğu nömrəli gömrük bəyannaməsi, xx.xx.2024-cü il tarixli gömrük yoxlaması, hüquqi şəxsin direktorunun izahatı, Mərkəzi Gömrük Ekspertizası İdarəsinin xx.xx.2024-cü il tarixli ekspert rəyi və işdə olan digər sənədlərlə tam və kifayət qədər təsdiq olunur. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X3 öz izahatında Şəxs MMC barəsində tərtib edilmiş prokolu qəbul etməyərək bildirmişdir ki, təmsil etdiyi şirkət tərəfindən X2 ümumilikdə 5080 kq polietilen torba sifariş verilmiş və 4970 kq polietilen torbanın qalınlığı sifarişlərinə uyğun 15 mikrondan yuxarı çıxmışdır. Yalnız onlara məlum olmayan səbəbdən gömrük yoxlaması zamanı qalınlığı 15 mikrondan az çıxmış 110 kq polietilen torbalar aşkar edilmişdir. Bu pozuntunun səbəbkarı Şəxs MMC deyil İran İslam Respublikasından həmin yükləri göndərən ixracatçıdır. Nümayəndə bundan əlavə öz izahatında göstərmişdir ki, protokolu tərtib etmiş orqanın müraciəti əsasında və onların nəzdində olan ekspertiza idarəsi tərəfindən keçirildiyi üçün həmin rəyin qərəzsizliyi şübhə altına alınır. Bu səbəbdən qeyd olunan rəy mötəbər sübut kimi qiymətləndirilə bilməz. Aşkar edilmiş 110 kq polietilen torbalar az miqdarda olmaqla onların dəyəri çox cüzi bir miqdar təşkil edir və həmin məbləğə görə şirkət heç vaxt bilərəkdən belə bir pozuntu törətməzdi. Bütün bu qeyd etdiklərinin nəzərə alınaraq Şəxs MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4 maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, 275.4-cü maddəsində göstərilir ki, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə – inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: AZ1040, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərardan, onu surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar