Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-3070/2024 27.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şəxs MMC-nin vəkili Vəkil iştirakı ilə, AZ0800, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X3 və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon Məhkəməsinə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X3 və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Tərtib edilmiş 18 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görsənir ki, 09 avqust 2024-cü il tarixdə Qaradağ rayonu Korgöz qəsəbəsi daş karxanaları ünvanından dövlət qeydiyyat nömrə nişanı ** JN *** nömrəli, “MAN” markalı yük avtomobili vasitəsilə 21 m3 həcmində qarışıq süxur kütləsinin yerin təkindən icazə olmadan istifadə edilmişdir. Məhkəmənin 24 dekabr 2024-cü il tarixli iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X3 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 öz izahatında tərtib edilmiş protokolu müdafiə edərək bildirmişdir ki, tərəflərindən İdarənin müvafiq sərəncamına əsasən 09 avqust 2024-cü il tarixdə Qaradağ rayonu xidməti ərazisində “Ətraf mühitin mühafizəsi haqqında”, “Yerin təki haqqında” və mövcud ekoloji qanunvericilik aktlarının icrasına nəzarət məqsədilə keçirilən monitorinqlər zamanı Qaradağ rayonu, Korgöz qəsəbəsində daş karxanalarından dövlət qeydiyyat nişanı nömrə nişanı ** JN *** nömrəli “MHN” markalı yük avtomobili vasitəsilə ümumilikdə 21 m3 həcmində qarışıq süxur kütləsinin daşınması faktları aşkar edilmişdir. Aparılan araşdırma müddətində yük avtomobilinin sürücü daşıdığı xammalın karxanadan götürüldüyünü bildirsə də özünə və nəqliyyat vasitəsinə aid sənədi təqdim etməkdən imtina etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, qeyd olunan avtomaşın Şəxs MMC-yə məxsus olmaqla həmin şirkətin yükünü daşımışdır. Bununla bağlı Şəxs MMC-yə “Yerin təki haqqında” Azərbaycan Respublikaının qanunun tələbləri izah olunaraq aşkar olunmuş faktlarla əlaqədar barəsində akt və protokol tərtib olunacağı bildirilsə də və rəsmi məktublar göndərilsə də Şəxs MMC-nin nümayəndəsi araşdırmada iştitak etməmişdir. Odur ki, Şəxs MMC-nin İXM-nin 228-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi (vəkili) Vəkil təmsil etdiyi şirkət barəsində tərtib edilmiş protokolu qəbul etməyərək göstərmişdir ki, “MAN” markalı, ** JN *** dövlət qeydiyyat nişanlı yük avtomobili Şəxs MMC-nin mülkiyyətində olsa da həmin avtomobil 01 avqust 2024-cü il tarixli icarə müqaviləsinə əsasən fərdi sahibkar X1 verilmiş, sonuncu da 01 yanvar 2024-cü il tarixli "xxxx" MMC ilə bağladığı xidmət müqaviləsi əsasında həmin MMC-yə məxsus yüklərin daşınması ilə məşğul olmuşdur. Odur ki, bütün bunların nəzərə alınaraq təmsil etdiyi şirkət barəsində İXM-nin 228-ci maddəsi ilə başlanılmış icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs MMC-nin mülkiyyətində olan “MAN” markalı, ** JN *** dövlət qeydiyyat nişanlı yük avtomobili vasitəsilə Qaradağ rayonu, Korgöz qəsəbəsində daş karxanalarından dövlət qeydiyyat nişanı ** JN *** nömrəli “MHN” markalı yük avtomobili vasitəsilə ümumilikdə 21 m3 həcmində qarışıq süxur kütləsi daşınmışdır. Buna görə də məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXMnin 228-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarına əlavə edilmiş DİN-in BDYPi-nin 06 sentyabr 2024-cü il tarixli məktubundna aydın olur ki, “MAN TGA 18.440 Yük” markalı, ** JN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdən Şəxs MMC-nin adına qeydiyyatdadır. Məhkəmə iclasının gedişində Şəxs MMC-nin vəkili Vəkil Şəxs MMC ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X2 arasında bağlanmış 01 avqust 2024-cü il tarixli icarə müqaviləsini və fərdi sahibkar X2 ilə "xxxx" MMC arasında yük daşımalarına dair bağlanmış 01 yanvar 2024-cü il tarixli xidmət müqaviləsini təqdim etsə də həmin müqavilələrin qanunvericliyin tələblərinə uyğun müvafiq qeydiyyatdan keçməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X3 və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC-yə müvafiq protokolun tərtib edilməsi barədə məlumatla bağlı ünvanlanmış 28 oktyabr 2024-cü il tarixli məktub və qəbul edilmiş protokolun surətinin göndərilməsi barədə ünvanlanmış 20 noyabr 2024-cü il tarixli məktublar Şəxs MMC tərəfindən rəsmi qaydada alınmış, lakin həmin şirkətin nümayəndəsi protokolun tərtibi zamanı iştirak etməmiş və hər hansı etiraz və ya vəsatət təqdim etməmişlər. Bu hal bir daha Şəxs MMC-nin yuxarıda qeyd olunan inzibati xətanı törtəməsinə dəlalət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində göstərilir ki, icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati tənbehin növünü seçərkən inzibati xəta törədən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs MMC tərəfindən ilk dəfə inzibati xətanın törədilməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yüngülləşdirici halı nəzərə alıb hesab edir ki, Şəxs MMC-nin barəsində İXM-nin 228-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimənin aşağı həddə tətbiq edilməsi daha məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: AZ0800, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-3070/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-3070/2024
27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver