Məhkəmə qərarları › İş №3(002)-3072/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-3072/2024

04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-3072/2024 04.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Dadaşova Şəfa Əliövsət qızı Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 24595678 saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə baxaraq МÜƏYYƏN ЕТDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 24595678 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları araşdıraraq hesab edir ki, protokollar və materiallar səlahiyyəti olan şəxs tərəfindən düzgün tərtib olunmuşdur və natamam deyildir. Bu məsələnin baxılması hakimin səlahiyyətinə aiddir, işə baxılmasının təxirə salınması, iş barəsində zəruri olan əlavə materialların tələb edilməsi və ekspertizanın təyin edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 38 və 39-cu maddələrində nəzərdə tutulan hallar mövcud deyildir. Azərbaycan Respublikasının İXM-nin 34.2-ci maddəsinə əsasən, X1 məhkəməyə daxil olmuş digər şikayəti üzrə 3(002)-3072/2024 saylı material bir icraatda 3(002)- 3019/2024 saylı iş nömrəsi ilə birləşdirilməli, qeyd olunan inzibati xəta haqqında işlərə eyni vaxtda baxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 34.4. Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 34, 106, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A А L D İ: Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 24595678 saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayət üzrə 3(002)-3072/2024 saylı material bir icraatda, yəni 3(002)-3019/2024 saylı işlə birləşdirilsin. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar