Məhkəmə qərarları › İş №3(002)-3073/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-3073/2024

29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-3073/2024 29.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, X1 ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: X5, məhkəməyə ərizə ilə müraciət edərək X6 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ Polis polkovnik-leytenantı X8 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qərarın, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ polis polkovnik leytenantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2024- cü il tarixli qərarın, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qərarın icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, X5 üç ayrı-ayrı inzibati qərarlardan şikayət ərizəsini bir şikayətdə birləşdirərək məhkəməyə müraciət etmişdir. Bundan başqa X5 şikayət ərizəsinə barəsində qərar qəbul edilmiş X3 adından məhkəməyə müraciət etmək hüququna malik olmasına dair hər hansı bir sənəd əlavə etməmişdir. Şikayətçiyə izah edilməlidir ki, barəsində qərar qəbul edilmiş şəxs tərəfindən (və ya səlahiyyətli nümayəndəsi tərəfindən) hər bir inzibati tənbehvermə haqqında qərar üzrə ayrı-ayrılıqda şikayət ərizəsi verməklə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində göstərilir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərindən aydın olur ki, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəlləsinin 109.1.6-cı maddəsinin tələbindən aydın olur ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 110 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X5 tərəfindən verilmiş şikayət geri qaytarılsın. X4 izah edilsin ki, mübahisələndirdiyi inzibati tənbeh vermə haqqında qərarları şikayət ərizəsinə əlavə etməklə həmin qərarlardan, barəsində qərar qəbul edilmiş şəxs tərəfindən (və ya səlahiyyətli nümayəndəsi tərəfindən) hər bir inzibati tənbehvermə haqqında qərar üzrə ayrı-ayrılıqda şikayət ərizəsi verməklə məhkəməyə müraciət edə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar