Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-308/2021 29.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Qaradağ Rayon Məhkəməsinin hakimi Mürsəlov Rufan Kamil oğlu, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.1, 333.1 və 329.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati materialın icraata qəbul edilməsi məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhər Baş Polis İdarəsi Dövlət X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.1, 333.1 və 329.1-ci maddələri ilə inzibati xəta haqqında material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş materialları araşdıraraq hesab edirəm ki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, iş materiallarına Şəxs sürücülük vəsiqəsi əlavə edilməmiş, eləcə də şəxsin sürücülük hüququnun olub-olmamasına dair hər hansı bir sənəd təqdim edilməmişdir. Bundan başqa təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs İXM-nin 332.1, 333.1 və 329.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin protokola sürücülük vəsiqəsinin də əlavə edildiyi qeyd edilsə də iş materiallarına sürücülük vəsiqəsi əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs İnzibati Xətalar Məcəlləsinin 332.1, 333.1 və 329.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X1 geri qaytarılsın. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-308/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-308/2021
29.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver