Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-3097/2024 09.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, X1 iştirakı ilə, X1 DİN-in BDYPİ-nin 19 noyabr 2024-cü il tarixli EQ 24686982 nömrəli qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək DİN-in BDYPİ-nin 19 noyabr 2024-cü il tarixli, EQ 24686982 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati cərimənin silinməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 19 noyabr 2024-cü il tarixli, EQ 24686982 saylı inzibati tənbeh vermə haqqında qərardan X1 şikayəti və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətdə göstərilmişdir ki, DİN-nin BDYPİ-nin 1911.2024-cü il tarixli, EQ 24686982 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, qanunsuz və əsassız olaraq, İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə 600 manat məbləğində cərimə edilmişdir. Əsas kimi isə xx.xx.2024-cü il tarixli EQ 24686982 saylı protokol və inzibati xəta haqqında işin digər materilları götürülmüşdür. Tərtib olunan protokola digər iş materiallarına görə, xx.xx.2024-cü il, saat 18:32-də M-2 47.9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsi Bakı istiqamətində MAN TGA 18.480 yük markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərəkən iri qabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi nəticəsində Azərbaycan Respublikası İXP-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində 600 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Bildirmək istəyir ki, yazılmış cərimə əsassızdır. Belə ki, ərizəyə əlavə etdiyi sənəddən də görsəndiyi kimi avtomobili yüklədiyi ərazidən 39 ton 940 kq, çəki ilə xx.xx.2024-cü il tarixdə, saat 14:27 radələrində ərazidən çıxmışdır. Yükü boşaltdığı əraziyə isə 39 ton, 720 kq, çəki ilə xx.xx.2024-cü il tarixdə, saat 22:31 radələrində çatmışdır. Kamera görüntülərində limit 40 ton qeyd edilmiş, idarə etdiyi avtomobilin yükü isə 42 ton, 350 kq kimi qeyd edilmişdir. İdarə etdiyi yük avtomobili hərəkətdə olan zaman saxlanılmamış və yük avtomobillər üçün nəzərdə tutulmuş tərəziyə çıxardılmamışdır. Əsassız olaraq ona belə bir cərimə tətbiq edilmişdir. Bu səbəbdən hesab edir ki, qərar ləğv edilməli və əsassız olaraq yazılmış cərimə silinməlidir. Məhkəmə iclasında iştirak edən X2 öz izahatında verdiyi şikayəti müdafiə edərək göstərmişdir ki o, 19 noyabr 2024-cü il tarixdə idarə etdiyi MAN TGA 18.480 yük markalı, ** HJ *** dövlət qeydiyyat nişanlı avtomaşınla İmişli rayonundan qum yükləyərək Bakı şəhəri Şüvəlan qəsəbəsinə gətirmişdir. Ona 19 noyabr 2024-cü il tarixdə yazılmış cərimə əsassızdır. Belə ki, ərizəyə əlavə etdiyi müvafiq qəbzlərdən də görsənir ki, idarə etdiyi Man TGA 18.480 yük markalı, ** HJ *** dövlət qeydiyyat nişanlı avtomobili yüklədiyi ərazidən 39 ton 940 kq, çəki ilə xx.xx.2024-cü il tarixdə saat 14:27 radələrində ərazidən çıxmışdır. Yükü boşaltdığı əraziyə isə 39 ton, 720 kq, çəki ilə xx.xx.2024-cü il tarixdə saat 22:31 radələrində çatmışdır. Yük boşalarkən çəkinin nisbətən az olması yolda hərəkətdə olarkən qumun dağılmasının qarşısının alınması üçün səpilmiş suyun quruması ilə əlaqədar olmuşdur. Kamera görüntülərində limit 40 ton qeyd edilmiş, idarə etdiyi avtomobilin yükü isə 42 ton, 350 kq kimi qeyd edilmişdir. İdarə etdiyi yük avtomobili hərəkətdə olan zaman saxlanılmamış və yük avtomobillər üçün nəzərdə tutulmuş tərəziyə çıxardılmamışdır. Əsassız olaraq ona belə bir cərimə tətbiq edilmişdir. Qeyd etidklərini "xxxx" MMC-dən ona verilmiş çəki qəbzi də göstərir. Həmin qəbzə əsasən 19 noyabr 2024-cü il tarixdə yük doldurma yerini tərk edərkən idarə etdiyi yük avtomobilinin brutto çəkisi 39940 kiloqram olmuşdur. Bütün bunların nəzərə alınaraq DİN-in BDYPİ-nin 19 noyabr 2024-ci il tarixli EQ 24686982 saylı qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onun idarə etmiş olduğu avtomobil ikioxlu dartıcı üçoxlu yarımqoşquya qoşulmaqla kombinə edilmiş nəqliyyat vasitəsi növünə aiddir və maksimum kütləsi 40 tondur. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. O cümlədən bununla bağlı məhkəməyə hər hansı bir material təqdim edilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş DİN-in BDYPİ-nin 19 noyabr 2024-cü il tarixli qərarın surətindən aydın olur ki, vətəndaş X2 19 noyabr 2024-cü il tarixli EQ 24686982 saylı protokola əsasən M-2, 47.9 km Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində 19 noyabr 2024-cü il tarixdə, saat 18:32-də MAN TGA 18.480 yük markalı, ** HJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Həmin cərimənin yazılmasına əsas olunmuş fotoşəkildən aydın olur ki, MAN TGA 18.480 yük markalı, ** HJ *** dövlət qeydiyyat nişanlı avtomobil 19 noyabr 2024-cü il tarixdə, saat 18:30-də Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində tərəzidən keçərkən limit 40000 kiloqram olduğu halda daşıdığı yüklə birlikdə avtomobilin çəkisi 42350 kq olmuşdur. Məhkəmə, şikayəti və ona əlavə olunmuş sənədləri, şikayətçinin izahatını araşdıraraq hesab edir ki, X2 barəsində DİN-in BDYPİ tərəfindən tərtib edilmiş 19 noyabr 2024-ci il tarixli EQ 24686982 nömrəli qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, DİN-in BDYPİ qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş və iş üçün əhəmiyyət kəsb edən sənədləri, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin irəli sürdüyü sübut və faktları təkzib edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Bundan başqa şikayətçinin məhkəməyə təqdim etdiyi "xxxx" MMC-dən ona verilmiş çəki qəbzində də aydın olur ki, sürücü 19 noyabr 2024-cü il tarixdə, saat 14:27 radələrində yük doldurma yerini tərk edərkən idarə etdiyi yük avtomobilinin brutto çəkisi 39940 kiloqram olmuşdur. Bundan başqa şikayətçinin məhkəməyə təqdim etdiyi "xxxx" MMC-dən ona verilmiş çəki qəbzində də aydın olur ki, sürücü 19 noyabr 2024-cü il tarixdə, saat 22:31 radələrində yük boşaldarkən yük avtomobilinin brutto çəkisi 39720 kiloqram olmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X2 yuxarıda qeyd olunan vaxtda idarə etdiyi avtomobilin maksimim kütləsi 40 tonu keçməmişdir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarına əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşquya qoşulmaqla kombinə edilmiş nəqliyyat vasitələri üçün icazə verilən maksimum kütlə parametri 40 tondur. Həmin Qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Azərbaycn Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə, yuxarıda qeyd olunanlara əsasən və İXM-in 114, 115, 128-131-ci və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair DİN-in BDYPİ-nin 19 noyabr 2024-ci il tarixli EQ 24686982 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-3097/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-3097/2024
09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver