Məhkəmə qərarları › İş №3(002)-3104/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-3104/2024

27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-3104/2024 27.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, xx.xx.1984-cü il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(002)-3104/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarının icrasına xitam verilməsinə dair vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(002)-3104/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək onun nəqliyyat vasitələrini idarə etmə hüququ 06 ay müddətə məhdudlaşdırılmışdır. Şəxs məhkəməyə müraciət edərək barəsində olan cəriməni tam ödədiyini, ona görə də, nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 ay müddətə məhdudlaşdırılmasına dair Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(002)-3104/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarının icrasına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(002)-3104/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarının icrasına xitam verilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən edilmişdir ki, Şəxs nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 ay müddətə məhdudlaşdırılmasına səbəb xx.xx.2024-cü il tarixli, EQ 22991787 saylı inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən 3 ay müddətinə icra etməməsi olmuşdur. Asanpay ödəniş portalından əldə olunmuş və iş materiallarına əlavə olunmuş məlumatdan görünür ki, xx.xx.2024-cü il tarixli, EQ 22991787 saylı inzibati tənbeh vermə haqqında iş üzrə elektron qərara əsasən tətbiq edilmiş cərimə və ona hesablanmış dəbbə pulu, tam şəkildə ödənilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ərizəsi təmin edilməli və Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(002)-3104/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarının icrasına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-52, 118, 145 və 152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Şəxs nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 ay müddətə məhdudlaşdırılmasına dair Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(002)- 3104/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarının icrasına xitam verilsin. Qərarın icrası Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar