Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-311/2021 08.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Şəxs (bundan sonra-Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə 00100-2021/20 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, iş üzrə materialları və ona əlavə edilmiş sənədləri baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, "Şəxs” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına Özbəkistandan 1094 saylı xx.xx.2020-ci il tarixli invoys sənədi ilə 30R773SA/904807AA nömrə nişanlı yük avtomobilində daxil olaraq Bakı Baş Gömrük İdarəsində **********0409 sorğu nömrəli xx.xx.2020-ci il tarixli, Gömrük Bəyannaməsi ilə rəsmiləşdirilmiş yükə baxış keçirilən zaman bəyannamənin 2-ci mal mövqeyində malın adı “SHİVAKİ” markalı qaz peçləri qeyd olunduğu halda, faktiki olaraq 131 ədəd “SHİVAKİ” markalı paltaryuyan maşın aşkar olunmuşdur. İpək yolu gömrük postunda daxil olmuş xx.xx.2020-ci il tarixli, 34/024/024692 nömrəli raporta əsasən, 30R773SA/904807AA nömrə nişanlı yük avtomobilində daxil olaraq Bakı Baş Gömrük İdarəsində **********0409 sorğu nömrəli xx.xx.2020-ci il tarixli Gömrük Bəyannaməsinin 2ci mal mövqeyi üzrə bəyan edilmiş malın adı 31-ci qrafada “131 ədəd SHİVAKİ markalı elektrikli qaz peçi ” qeyd olunmuş, lakin həmin mallara dair 1094 saylı, xx.xx.2020-ci il tarixli invoys sənədində “131 ədəd SHİVAKİ markalı paltaryuyan maşını qeyd olunmuş, həmçinin faktiki olaraq da paltaryuyan maşının olduğu müəyyən olunmuşdur. Gömrük Bəyannaməsinin 2-ci mal mövqeyi üzrə bəyan edilmiş malın adı “qaz peçləri” qeyd olunsa da, 33-cü qrafasındakı malın XİF MN üzrə kodu paltaryuyan maşınına dair verilmiş kod olduğu üçün əlavə gömrük ödənişləri yaranmamışdır. Göründüyü kimi "Şəxs” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilərkən müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatlar vermişdir. Səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxxxxxx 2020-ci il tarixli raportdan görünür ki, Bakı Baş Gömrük İdarəsinin “ipək Yolu” gömrük postundan daxil olmuş 34/024/024692 saylı xx.xx.2020-ci il tarixli raportda ünvan 1 ünvanda qeydiyyatda olan "Şəxs" MMC-nin ünvanına Özbəkistan Respublikasindan 30R773SA/304807AA nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə daxil olmuş və BBGİ-də **********0409 saylı GB-ilə bəyan edilən yüklərə "Şəxs" MMC-nə məxsus olan anbarda baxış keçirilmiş və baxış zamanı 2-ci mal mövqeyinde qeyd olunan malın adı 131 ədəd Shivaki markali elektrikli qaz peçləri qeyd olunduğu halda, 131 ədəd Shivaki markali paltaryuyan aşkar olunduğu göstərilmişdir; Araşdırma zamanı "Şəxs" MMC-nin nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, qeyd olunan nəqliyyat vasitəsində şirkətin adına gələn bütün yüklərə dair mal müşayiət sənədləri gömrük bəyannaməsinə qoşma olaraq əlavə edilmişdir və bütün sənədlərdə 131 ədəd paltaryuyan maşını göstərilmişdir. Bəyannamələri hazırlayan zaman vaxt məhdudiyyəti olduğu üçün köhnə şablonların üzərində yazılır. Paltaryuyan maşının elektrikli qaz peçi olaraq bəyannamədə göstərilməsi sirf texniki səhv olmuşdur. Çünki gömrük bəyannaməsində də malın kodu, dəyəri təqdim olunan invoys sənədi üzrə elektrikli qaz peçinə yox, paltaryuyan maşına aiddir; ’ipək Yolu” gömrük postundan daxil olmuş xx.xx.2020-ci il tarixli 34/024/024692 nömrəli, raporta əsasən, 30R773SA/904807AA nömrə nişanlı yük avtomobilində daxil olaraq Bakı Baş Gömrük idarəsində **********0409 sorğu nömrəli xx.xx.2020-ci il tarixli Gömrük bəyannaməsinin 2-ci mal mövqeyi üzrə bəyan edilmiş malın adı 31-ci qrafada “131 ədəd SHİVAKİ markalı elektrikli qaz peçi” qeyd olunmuş, lakin həmin mallara dair 1094 saylı, xx.xx.2020-ci il tarixli invoys sənədində “131 ədəd SHİVAKİ markalı paltaryuyan maşını” qeyd olunmuş, həmçinin faktiki olaraq da paltaryuyan maşını olduğu müəyyən olunmuşdur. Gömrük bəyannaməsinin 2-ci mal mövqeyi üzrə bəyan edilmiş malın adı “qaz peçləri” qeyd olunsa da, 33-cü qrafasındakı malın XİF MN üzrə kodu paltaryuyan maşınına dair verilmiş kod olduğu üçün əlavə gömrük ödənişləri yaranmamışdır; "Şəxs” MMC-nin nümayəndəsi X2 xx.xx.2021-ci il tarixli 00100-2021/20 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır; Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(103)-2132/2020 nömrəli qərarına əsasən Şəxs» Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törtəməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş amaterialları yenidən baxılması üçün Bakı şəhəri Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində qeyd olunmuşdur ki, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusigömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Xüsusi gömrük prosedurlar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 166-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddə tranzit (beynəlxalq və daxili tranzit); saxlanc (müvəqqəti saxlanc və gömrük anbarlarında saxlanc); sərbəst zona; xüsusi istifadə (müvəqqəti idxal və son istifadə); emal (daxildə və xaricdə emal) prosedurları xüsusi gömrük prosedurları kimi sadalansa da, sərbəst dövriyyə üçün gətirilən malların bu prosedurlara aid olması qeyd edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən gömrük bəyannaməsində düzgün məlumatların verməməsi sübuta yetirilsə də, həmin bəyannamə ilə mallar xüsusi gömrük prosedurunda yerləşdirilmədiyindən, inzibati xətanın bütün əlamətləri mövcud deyildir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib Şəxs MMC-yə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyil. Şəxs MMC-nin əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, Şəxs Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 55, 114-115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-311/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-311/2021
08.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver