Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-3113/2024 09.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketinin Azərbaycan Respublikasındakı filialının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketinin Azərbaycan Respublikasındakı filialı “Renault Duster” minik markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs barəsində məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmiş, bununla da, Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketinin Azərbaycan Respublikasındakı filialının etibarnamə üzrə nümayəndəsi X2 izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə hüquqi şəxs tərəfindən səlahiyyətli orqana şirkət filialının faktiki ünvanının Bakı şəhəri, Nərimanov rayonu, O.Kərimov 44 olduğu barədə məlumat verilmiş, həmin orqan tərəfindən bu məlumat xx.xx.2022-ci il tarixdə təhvil alınmışdır. xx.xx.2024-cü ildə həmin sorğu hüquqi şəxsin əvvəlki ünvanına poçt şöbəsi tərəfindən çatdırılmış, lakin həmin sorğu düzgün ünvana göndərilmədiyindən başqa şəxs tərəfindən qəbul edilməkdən imtina edilmişdir. Bildirişin hüquqi şəxsin səlahiyyətli orqana öncədən məlumat verildiyi ünvanına göndərilmədiyini nəzərə alaraq, hüquqi şəxs tərəfindən sürücü barədə qanunvericiklə müəyyən edilmiş müddət ərzində məlumat verilməsi mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq, inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Qaradağ Rayon DYPŞ-nə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, Qaradağ Rayon DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə Qaradağ Rayon DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Ona görə də, Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketinin Azərbaycan Respublikasındakı filialının barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Qaradağ RPİ-nin DYPŞ-nin Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketinin Azərbaycan Respublikasındakı filialının qeydiyyatda olduğu ünvana, yəni ünvan 2dığı xx.xx.2024-cü il tarixli sorğudan görünür ki, həmin şirkətin mülkiyyətində olan “Renault Duster” minik markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 iş günü müddətində verilməməsinə görə hüquqi şəxs (vəzifəli şəxs) barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. İş materiallarına əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Qaradağ RPİ-nin DYPŞ-nin Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketinin Azərbaycan Respublikasındakı filialının qeydiyyatda olduğu ünvana, yəni ünvan 3rğu məktubu təhvil alınmaqdan imtina edilmişdir. İş materiallarına əlavə edilmiş Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Qaradağ RPİ-nin DYPŞ-nə ünvanlanmış məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə hüquqi şəxs tərəfindən səlahiyyətli orqana şirkət filialının faktiki ünvanının Bakı şəhəri, Nərimanov rayonu, O.Kərimov 44 olduğu barədə məlumat verilmiş, həmin orqan tərəfindən bu məlumat xx.xx.2022-ci il tarixdə təhvil alınmışdır. Məhkəmə iş materiallarına əsasən hesab edir ki, Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketinin Azərbaycan Respublikasındakı filialı inzibati qanunvericiliyin 347-ci maddəsi ilə müəyyən edilmiş 5 günlük müddəti ötürməmişdir. Bununla da, Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübut edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketinin Azərbaycan Respublikasındakı filialının barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketinin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-3113/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-3113/2024
09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver