Məhkəmə qərarları › İş №3(002)-313/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-313/2021

02.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-313/2021 02.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Qaradağ Rayon Məhkəməsinin hakimi Mürsəlov Rufan Kamil oğlu, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair DİN-nin NBPİ-nin X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialın icraata qəbul olunmasının mümkünlüyünə məhkəmə iclasından kənar prosessual qaydada baxaraq, MÜƏYYƏN ETDİM: DİN-nin NBPİ-nin X1 İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında material daxil olmuşdur. Məhkəmə, daxil olmuş materialı və inzibati xəta haqqında protokolu nəzərdən keçirib hesab edir ki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, iş materiallarına, Şəxs maddi sübut kimi götürülmüş bir ədəd 12 çaplı ov tüfəngi və altı ədəd 12 çaplı tamlığı pozulmamış patronlar əlavə edilməmiş və həmin əşyalar qanunvericiliyin tələblərinə uyğun formada rəsmiləşdirilməmiş, eləcə də əşyaların götürülməsinə dair İXM-nin 94-cü maddəsinin tələblərinə əsasən “əşyaların götürülməsi” barədə protokol tərtib edilməmişdir. Bundan başqa iş materiallarına, əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokolda hal şahidlərinin iştirakı göstərilsə də, iş materiallarına hal şahidlərinin şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd əlavə edilməmiş, o cümlədən inzibati xəta haqqında protokolda bu barədə heç bir qeyd aparılmamışdır. Bundan başqa iş materiallarına, götürülmüş maddi sübutların müvəqqəti saxlanc üçün kimə və hara təhvil verilməsi barədə heç bir qeyd aparılmamışdır. Bundan başqa iş materiallarına, maddi sübutların fotoşəkilləri əlavə edilməmiş və maddi sübutlar inzibati xəta haqqında protokolda göstərilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 69.1-ci maddəsində göstərilir ki, işin nəticəsində maraqlı olmayan yetkinlik yaşına çatmış şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz. 69.2. Şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. 69.3. Hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir. 69.4. İnzibati xəta haqqında iş üzrə prosessual hərəkətlər barəsində hal şahidlərinin qeydləri protokolda göstərilir. 69.5. İnzibati xəta haqqında iş üzrə icraatda hal şahidləri bu Məcəllənin 67-ci maddəsinə uyğun olaraq şahid kimi sorğu-sual edilə bilərlər. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilri ki, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. 77.2. Maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. 77.3. İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 94.1-ci maddəsində göstərilir ki, inzibati xətanın baş verdiyi yerdə və ya fiziki şəxsin şəxsi axtarışı zamanı, yaxud onun əşyalarına və ya nəqliyyat vasitəsinə baxış zamanı aşkar edilmiş və iş üçün sübut əhəmiyyəti olan əşyaların və sənədlərin, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olan predmetin götürülməsi inzibati xəta haqqında iş üzrə icraatı aparan vəzifəli şəxs tərəfindən iki hal şahidinin iştirakı ilə həyata keçirilir. 94.3. Əşyaların və sənədlərin götürülməsi haqqında protokol tərtib olunur. 94.4. Əşyaların və sənədlərin götürülməsi haqqında protokolda aşağıdakılar göstərilir: 94.4.1. protokolun tərtib edildiyi tarix və yer; 94.4.2. protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 94.4.3. əşyaları və sənədləri götürülən şəxs barəsində məlumat; 94.4.4. əşyaların və sənədlərin götürülməsi üçün əsaslar; 94.4.5. götürülən sənədlərin növü və rekvizitləri; 94.4.6. götürülən əşyaların növü, miqdarı və digər eyniləşdirmə əlamətləri, o cümlədən silahın markası, modeli, seriyası və nömrəsi, döyüş sursatının növü və miqdarı barədə məlumatlar. 94.5. Əşyaların və sənədlərin götürülməsi haqqında protokolda fotoşəkillərin çəkilməsi, videoyazı barədə qeyd aparılır. Fotoşəkillərin, videoyazının tətbiq edilməsi nəticəsində əşyaların və sənədlərin götürülməsi ilə bağlı əldə edilmiş materiallar müvafiq protokola əlavə olunur. 94.6. Əşyaların və sənədlərin götürülməsi haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, əşyaları və ya sənədləri götürülən şəxs, habelə hal şahidləri tərəfindən imzalanır. Əşyaları və ya sənədləri götürülən şəxs protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. 94.7. Protokolun surəti, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, yaxud onun qanuni nümayəndəsinə təqdim edilir. 94.8. Götürülən əşyalar və sənədlər yerindəcə qablaşdırılır və möhürlənir. Götürülmüş əşyalar və sənədlər inzibati xəta haqqında işə baxılanadək, əşyaları və sənədləri götürən səlahiyyətli orqanların (vəzifəli şəxslərin) müəyyən etdikləri yerlərdə saxlanılır. 94.9. Götürülmüş odlu silah, onun patronları, digər silah və döyüş sursatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada saxlanılır. 94.10. Götürülmüş tez xarab olan mallar barəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada sərəncam verilir. 94.11. Götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yenidən istehsala göndərilir və ya məhv edilir. 94.12. Məhv edilməli olan narkotik vasitələrin və psixotrop maddələrin, etil spirtinin, alkoqollu və tərkibində spirt olan məhsulların nümunələri inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi günədək saxlanılır. 94.13. İnzibati xəta haqqında iş üzrə qərarda götürülmüş əşyalar və sənədlər barədə məsələlər bu Məcəllənin 115.4-cü maddəsinə uyğun olaraq həll olunur. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan Azərbaycan Respublikası DİN-nin NBPİ-nin X1 İdarəsinə geri qaytarılsın. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar