Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-3150/2024 23.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin 05 oktyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan X12 tərəfindən verilmiş şikayətə Qaradağ rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Zəngilan rayonu, Həkəri dayanacaq ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 3 ünvanında yaşayan X12 ərizə ilə ünvan 4əsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ 23988847 saylı protokol üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, 05 oktyabr 2024-cü il tarixdə atası X4 məxsus olan xx.xx.2023-cü il tarixində Bakı şəhəri 53 saylı notariat ofisində verilmiş 7E-6301 reyestr nömrəli etibarnamə əsasında idarə etdiyi KİA SORENTO markalı 77LH575 dövlət qeydiyyat nişanlı avtomobilə Yasamal rayonu Mətbuat prospektində xx.xx.2024-cü il tarixli EQ 23988847 saylı protokol üzrə xx.xx.2024-cü il tarixində saylı elektron qərar qəbul edilmişdir. Elektron qərar xx.xx.2024-cü il tarixində nəqliyyat vasitəsinin mülkiyyətçisi olan atası hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 2-ci qrup əlil, təqaüdçü, işsiz X2 ASAN ödəniş sistemindəki şəxsi kabinetinə yerləşdirilmişdir. Qərardan Yasamal Rayon Məhkəməsinə şikayətimiz əsasında Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-5403/2024 nömrəli iş üzrə xx.xx.2024 tarixli Qərarı ilə inzibati tənbehvermə haqqında Qərar ləğv edilmiş və iş yenidən baxılması üçün geri göndərilmişdir- İXM-nin 135.1.6 maddə ilə müəyyən edilmiş halda (işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması). Qərar inzibati orqan tərəfindən icra olunmamış, və atası - X6 xx.xx.2024-cü il tarixində DİN-ə müraciət edərək qərarın icra olunması, cərimənin ləğv edilməsi istiqamətində köməklik göstərilməsini xahiş etmişdir. Qərar ləğv olunaraq iş yenidən araşdırılmaq əvəzinə atasının kabinetindən silinərək, eyni tarixli qərarla xx.xx.2024-cü il tarixində onunm kabinetinə yüklənmişdir. Onlar protokol tərtib edildiyi tarixdə saat 17:25 radələrində anası X1 yaranmış problemlə əlaqədar həmin ərazidə yerləşən 19 nömrəli Şəhər Poliklinikasına getmişlər. Anasına Həkim - Nevroloq terefinden "G45.0-Vertebrobazilyar arterial sistem sindromu" diaqnozu qoyulmuş ve müvafiq ambulator müalice teyin edilmişdir. Qeyd etmişdir ki, anası mütemadi uzun illərdir baş-beyinle əlaqedar bir çox xəstəliklərdən əziyyət çəkir, 2019-cu ildə beyin əməliyyatı keçirib. Həmin ərazidə nəqliyyat vasitesini saxlamaq üçün yer tapıb poliklinikada həkimə yaxınlaşmışlar (təsdiqedici sənəd əlavə olunur). xx.xx.2024-cü il tarixində atasının telefonuna baxan zaman AsanPay-dən qanunvericiliyin müvafiq tələblərinə uyğun olmayan SMS bildirişin gəldiyini görmüşdür. Daha sonra şəxsi kabinetə baxdığı zaman Azərbaycan Respublikasının İXM-nin 346.9. maddəsinə əsasən "Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə" altmış manat məbləğində və 2 bal cərimə edildiyini görmüşdür. Hələ də düşünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ 23988847 saylı protokol üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli elektron qərar tamamilə əsassızdır və qanunsuz olaraq qəbul edilmişdir. Belə ki, 05 oktyabr 2024-cü il tarixdə saat 17:25 radələrində atası X5 məxsus olan xx.xx.2023-cü il tarixində Bakı şəhəri 53 saylı notariat ofisində verilmiş 7E-6301 reyestr nömrəli etibarnamə əsasında idarə etdiyi KİA SORENTO markalı 77LH575 dövlət qeydiyyat nişanlı avtomobili anasının səhhəti ilə əlaqədar təcili müraciət etməli olduqları 19 nömrəli Şəhər Poliklinikasının binasının yaxınlığında saxlamışdır. Avtomobili saxladığı yer səki deyil, yolun yalnız bir tərəfində ağacların əkilməsi üçün nəzərdə tutulmuş torpaq örtüklü hündürlük maneəsi ilə binanın qarşısını ayıran (eni texmini 5-7 metr, uzunluğu 15- 20 metr olan) yolun asfalt örtüyüdür. Əgər həmin yerdə səki tələblərinə cavab verən meyar olardısa, istifadəsində olan nəqliyyat vasitəsinin texniki imkanı onu səkidə saxlamağa imkan verməzdi. Həmçinin həmin yerdə nəqliyyat vasitəsinin saxlanması vətəndaşların gediş-gəlişinə heç bir maneə törətmir. Binada yaşayan şəxslər, tibb müəssisəsinə müraciət edən şəxslər mütəmadi olaraq öz nəqliyyat vasitələrini burada park edirlər. Bundan əlavə qeyd edilən yer avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuşdur. Ona görə də o, həmin maddədə (İXM 346.9) göstərilən heç bir tələbi pozmamışdır. Buna görə də hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən müəyyən edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ 23988847 saylı protokol üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli elektron qərar tamamilə əsassızdır, qanunsuz olaraq qəbul edilmiş və bu halda inzibati tənbeh etmə haqqında qərar verilə bilməz. Bundan əlavə, əslində mövcud olmayan inzibati xəta hadisəsini bilavasitə aşkar etmiş səlahiyyətli vəzifəli şəxs tərəfindən icraat da düzgün aparılmamış, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.6.cı maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.6.-cı maddəsinə əsasən, bu Məcəllənin 346.1 346.2, 346.4-346.9, 346-1.1-346-1.4 və 346-1.6- 346-1.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qerar operativ neqliyyat vasitesinde quraşdırılmış bort-kompüter vasitesile tertib olunaraq dərhal müvafiq icra hakimiyyeti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminde yerleşdirilir ve baresinde inzibati xeta haqqında iş üzre icraat aparılan şexso homin qorar barədə bu Mecollonin 125.2.1 ve 125.2.2-ci maddelerinde nezerde tutulmuş qaydada melumat verilir. Lakin qanunvericiliyin tələbləri pozulmaqla çıxarılmış qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulmamışdır. Bundan əlavə həmin Mecellənin 124.6.-cı maddəsində qeyd edilmiş məlumatlandırma ilə bağlı Məcəllənin 125.2.2-ci maddəsinə müvafiq olaraq tətbiq olunmalı olan prosedur da düzgün icra olunmamışdır. Belə ki, İXM-nin 125.2.2.-ci maddəsinə əsasən, eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xeta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı ve daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir. Lakin qanunvericiliyin tələbləri pozulmaqla SMS bildirişdə törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği əks olunmamış, elektron kabinetdə də törətdiyi xətanın qısa məzmunu, aşkar edilmə saatı, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi öz əksini tapmamışdır. Bundan əlavə, operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunsa belə guya sübut kimi əlavə olunan foto şəkillərin üzərində bu bort-kompüterə aid məlumatlar, GPS məlumatları, tarix, saat, yer və məkan barədə məlumatlar öz əksini tapmamışdır. Təqsir qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməlidir. Qanunda nəzərdə tutulmamış qaydada şəxsin təqsiri sübuta yetirilə bilməz. Bütün göstərilənlərə əsasən hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir. Hər bir halda protokolda şəxsin inzibati məsuliyyətə səbəb olan dəqiq əməli (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) göstərilməli, həmin əməlin törədilməsi ilə şəxs razılaşmadıqda, protokolda diger sübutlara istinad edilməklə, şəxsin konkret əməl törətməsini qərar qəbul etmiş səlahiyyətli orqan sübut etməlidir. Bundan sonra həmin protokol və sübutlar əsasında inzibati tənbeh qərarı çıxarıla bilər. Çünki İXM-in 75-ci maddəsinə də əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. Sübutların nədən ibarət olması isə İXM-də dəqiq müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan diger halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifeli şexsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xetalar haqqında işlər üzrə sübutlar sayılır. Bu melumatlar maddi sübutlarla, baresinde inzibati xəta haqqında iş üzre icraat aparılan şexsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitelerin göstericileri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminde. habele diger dövlet informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Mocollo ile müeyyən edilmiş digər protokollarla müəyyən edilir. Hazırkı iş üzrə yuxarıda qeyd edildiyi kimi, şikayətçi inzibati xətanın mövcudluğu ilə razılaşmadığı üçün əvvəl protokol tertib edilərək, tərəfin iştirakı ilə onun inzibati xəta törədib- törətməməsi araşdırılmadan, baresinde birbaşa qərar qəbul edildiyindən, həmin qərar işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasının nəticəsi olaraq qəbul edilmiş qərar hesab edile bilməz. Bununla da hemin qerarda İXM-nin 76.1-ci maddesinde sadalanmış konkret hər hansı bir sübuta, hemçinin İXM-nin 77-83-cü maddələrində müəyyən edilmiş hər hansı bir sübut növünə istinad edilməmişdir. Her hansı bir şəxs barəsində inzibati məsuliyyetin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tartib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tertib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Səlahiyyətli orqanın qərarında qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib- törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM-nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədibtörətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da hesab edilməlidir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-nin inzibati xəta kimi müəyyən edilmiş maddesinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə celb edilə bilmez. Konkret əməl İXM-də inzibati xeta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin tŏredilmesinde teqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikden sonra inzibati məsuliyyətə cəlb edile bilər. Qərarda şəxsin ictimai münasibətlərə qesd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli, həmin əməlin hansı sübutlarla müəyyən edilməsi qeyd edilməli və həmin əməlin İXM-in hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması qərarda öz əksini tapmalıdır. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Qeyd edilənlərə əsasən hesab edir ki, təqsir qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs hemin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmesi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmçinin nəzərə alınmalıdır ki, inzibati orqan Məhkəmənin qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün geri göndərilməsi barədə qərarını icra etməmiş, sadəcə cəriməni "addan ada" keçirmişdir. Ona görə də düşünür ki, qərar Məhkəmə tərəfindən ləğv edilməli, başlanmış iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Əlavə olaraq, nəzərə alınmalıdır ki, mövcud qanunvericiliyə qəbul edilmiş inzibati tenbehvermə haqqında qərar 24 saat ərzində şəxsin şəxsi kabinetinə yüklənməlidir. İnzibati orqan isə xx.xx.2024-cü il tarixli qərarını xx.xx.2024-cü il tarixində şəxsin kabinetinə yükləmişdir. Məhkəmənin 13 dekabr 2024-cü il tarixli iclasında iştirak edən şikayət vermiş şəxs X12 öz izahatında verdiyi şikayəti müdafiə edərək göstərmişdir ki, 05 oktyabr 2024-cü il tarixdə atasına məxsus, etibarnamə əsasında idarə etdiyi “Kia Sorento minik” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı avtomobili Yasamal rayonu, Mətbuat prospektində yerləşən 19 saylı şəhər poliklinikanın yanında saxlamış, lakin atası X6 cərimə olunmuşdur. Belə ki, atası İXM-nin 346.9-cu maddəsinə əsasən “Nizamlanma vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və durmasına görə” 60 manat məbləğində və 2 bal cərimə edilmişdir. O, bu qərardan Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət vermiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 3(004)-5403/2024 saylı, 18 oktyabr 2024-cü il tarixli qərarı ilə onun şikayəti qismən təmin olunmuş, DİN BDYPİ-nin 05 oktyabr 2024-cü il tarixli, EQ 23988847 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün DİN BDYPİ-nə göndərilmişdir. Bundan sonra, yəni 08 oktyabr 2024-cü il tarixdə həmin cərimə onun adına yazılmışdır. Əslində isə onun əməlində heç bir inzibati xəta tərkibi yoxdur. Belə ki, “Kia Sorento minik” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı avtomobili saxladığı yer səki olmamışdır. Bütün bu qeyd etdiklərinin nəzərə alınaraq barəsində barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ tərəfindən tərtib edilmiş 05 oktyabr 2024-cü il tarixli, EQ23988874 saylı qərarın icrasına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası DİN-in Baş X14 İdarəsinə rəsmi qaydada təkrarən məlumat verilməsinə baxmayaraq qeyd olunan təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş, bunun səbələri barədə də məhkəməyə heç bir məlumat verilməmiş və iş üzrə materiallar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin 05 oktyabr 2024-cü il tarixli, EQ23988874 saylı inzibati protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana geri qaytarılmalıdır. Şikayətə əlavə edilmiş 05 oktyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X12 05 oktyabr 2024-cü il tarixdə, Yasamal rayonu, Mətbuat prospektində iyi “Kia Sorento minik” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı avtomobili nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə İXM 346.9-cu maddəsi ilə təqsirli bilinərək elektron qaydada 54 manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı qeyd olunan inzibati pozuntunun X12 tərəfindən törədilməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X7 pozulmuş hüquqlarının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası DİN-in BDYP tərəfindən 05 oktyabr 2024-cü il tarixli EQ23988874 saylı inzibati protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İXM-nin 128, 129, 133-137 ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X7 05 oktyabr 2024-cü il tarixli, EQ 23988874 saylı protokol üzrə İXM-nin 346.9-cu maddəsinə əsasən inzibati tənbeh edilməsinə dair qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılıb baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində ünvan 4əsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-3150/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-3150/2024
23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver