Məhkəmə qərarları › İş №3(002)-3151/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-3151/2024

03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-3151/2024 03.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə inspektoru, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Xocalı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, Xocalı rayonunda qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, məcburi köçkünlər şəhərciyində yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1 və 510-cu maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN 17971649 nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Müşfiqabad qəsəbəsi, məcburi köçkünlər şəhərciyi ərazisində ictimai qaydanı kobud surətdə pozaraq nalayiq söyüşlər söyərək, polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə inspektoru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Müşfiqabad qəsəbəsi, məcburi köçkünlər şəhərciyi ərazisində ictimai qaydanı kobud surətdə pozaraq nalayiq söyüşlər söyərək, polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Əlilliyini nəzərə alaraq, Şəxs barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, hadisə baş verən gün qonşusu ilə nəqliyyat vasitəsini saxlama yeri üstündə mübahisə etmişdir. Bu zaman mülki geyimli iki şəxs ona yaxınlaşmış, lakin o, həmin şəxslərin polis olduğunu bilməmişdir. Onlar xidməti vəsiqələrini təqdim etdikdən sonra onların polis əməkdaşı olduğunu bilmiş, lakin qonşusu ilə mübahisə edərkən əsəblərini cilovlaya bilməyərək söyüş söydüyünə görə polis şöbəsinə məcburi şəkildə gətirilmişdir. O, gətirilərkən polisə müqavimət göstərmişdir. Lakin hazırda peşmandır, bir daha anoloji əməllərə yol verməyəcəkdir. Barəsində yüngül tənbeh tədbirinin seçilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin sualına cavab olaraq Şəxs bildirdi ki, polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilərkən hüquq və vəzifələri ona izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona qarşı fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. İ dərəcə əlilliyi olan şəxsdir. Himayəsində azyaşlı övladları və xəstə valideynləri vardır. Məhkəmə iclasında iştirak edən şahid X3 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində inzibati ərazidə xidmətdə olarkən Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, məcburi köçkünlər şəhərciyi ərazisində bir nəfər şəxsin kobud və uca səslə ictimai qaydanı pozaraq nalayiq ifadələr işlətdiyini müşahidə etmişdir. O, və yanındakı digər sahə rəisi dərhal həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və pozuntunun qarşısını almağa, şəxsi nizam-intizama dəvət etməyə çalışsalar da, həmin şəxs qanuni tələblərə məhəl qoymayaraq qanunsuz əməllərini davam etdirmişdir. Qanunsuz əməllərini davam etdirən Şəxs Qaradağ RPİ-nin 10-cu PŞ-nə təmin edilmişdir. İş materiallarında olan Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin rəisi polis mayoru Sabir Həsənova ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində inzibati ərazidə xidmətdə olarkən Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, məcburi köçkünlər şəhərciyi ərazisində bir nəfər şəxsin kobud və uca səslə ictimai qaydanı pozaraq nalayiq ifadələr işlətdiyi müşahidə edilmişdir. Polis əməkdaşları dərhal həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və pozuntunun qarşısını almağa, şəxsi nizam-intizama dəvət etməyə çalışsalar da, həmin şəxs qanuni tələblərə məhəl qoymayaraq qanunsuz əməllərini davam etdirmişdir. Qanunsuz əməllərini davam etdirən şəxs Qaradağ RPİ-nin 10-cu PŞ-nə təmin edildi. Şöbədə məlum olmuşdur ki, inzibati pozuntunu törətmiş şəxs xx.xx.1968-ci ildə doğulmuş Şəxsdır. İş materiallarında olan tutulma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 19:50-də tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN 17971649 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Müşfiqabad qəsəbəsi, məcburi köçkünlər şəhərciyi ərazisində ictimai qaydanı kobud surətdə pozmuş, polis əməkdaşlarını nalayiq söyüşlərlə söyərək onların qanuni tələbinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir İş materiallarında olan AZEMİS Elektron Məhkəmə sistemindən əldə edilmiş məlumatdan görünür ki, Şəxs İ dərəcə əlilliyi olan şəxsdir. Həmçinin himayəsində 2 azyaşlı övladı var. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, xx.xx.2024-cü il tarixli raport, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidin və protokol tərtib etmiş şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Müşfiqabad qəsəbəsi, məcburi köçkünlər şəhərciyi ərazisində ictimai qaydanı kobud surətdə pozaraq nalayiq söyüşlər söyərək, polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış, onlarla bərabər polis şöbəsinə getməkdən imtina edərək etiraz nümayiş etdirmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əlillik dərəcəsini, himayəsində azyaşlı övladlarının və xəstə valideynlərinin olmasını, əməlindən səmimi peşman olmasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası hədləri daxilində İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alnmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 ( yüz əlli ) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar