Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-3152/2024 16.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN-in BDYPİ tərəfindən qəbul edilmiş 03 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayətə Qaradağ rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında yaşayan X2 ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək barəsində 03 oktyabr 2023-cü il tarixli, EQ/17263299 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, 3(004)- 6353/2024 saylı qərardadına əsasən X1 verdiyi şikayətin aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətdə göstərilmişdir ki, mülkiyyətində olan “Honda Pilot” markalı, ** VS *** dövlət qeydiyyat nişanlı avtomobili satmaq istəyərkən, Baş Dövlət Yol Polis İdarəsində bildirdilər ki, barəsində çoxlu elektron protokollar əsasında qəbul edilmiş qərarlar mövcuddur. Qeyd olunan qərarlardan məlumatı olmamışdır, xx.xx.2024-cü il tarixdə bu qərarlar barədə ona şifahi məlumat verildikdən dərhal sonra, yəni növbəti gün xx.xx.2024-cü il tarixdə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollarla bağlı qəbul edilmiş qərarların surətlərinin ona təqdim edilməsi ilə bağlı rəsmi olaraq ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə ona cavab məktubu göndərilsə də, qoşma olaraq hər hansı qərar əlavə edilməmişdir. Bundan sonra bir neçə dəfə telefon əlaqəsi yaratdıqdan sonra xx.xx.2024-cü il tarixdə ona qərarların surətləri təqdim edilmişdir. Qərarların surətlərini aldıqdan sonra ona məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixli, EQ/17263299 saylı inzibati xəta haqqında elektron protokola əsasən, yolda müəyyən edilmiş hərəkət surətini 10-20 km/saat həddində aşmağa görə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 328.1 və 332.3-cü maddələrinə əsasən 300 manat məbləğində cərimə olunması barədə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-nin mərkəzi informasiya sistemində olan məlumatdan görünür ki, xx.xx.2023-cü il tarixli, EQ/17263299 saylı inzibati xəta haqqında elektron protokol əsasında elə həmin gün 300 manat məbləğində cərimə olunmuş və hazırda həmin cərimənin üstünə 180 manat məbləğində dəbbə pulu hesablanaraq cəmi 480 manat olmuşdur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatda müəyyən edilməli və sübuta yetirilməli olan hallardan biri də inzibati xəta törətmiş şəxsin və onun təqsirinin müəyyən edilməsidir. Göründüyü kimi barəsində tərtib edilmiş bu və ümumiyyətlə bütün protokollar texniki cihazlardan istifadə edilməklə elektron qaydada tərtib edildiyindən aşkarlanmış inzibati xəta pozuntularının həqiqətən də onun tərəfindən edilib- edilmədiyi, yaxud da inzibati xəta pozuntusu baş verən zaman mülkiyyətimdə olan Honda Pilot markalı, ** VS *** dövlət qeydiyyat nişanlı avtomobildə onun ümumiyyətlə olub-olmadığı səlahiyyətli orqan tərəfindən müəyyən edilməsi istiqamətində heç bir araşdırma aparılmayaraq birtərəfli qaydada qanunsuz olaraq barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə Azərbaycan Respublikası İXM-nin 328.1 və 332.3-cü maddələrinə əsasən 300 manat məbləğində cərimə olunması barədə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri həmin məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunan şəxs təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Göstərilən maddədən göründüyü kimi, şəxsin təqsiri müəyyən edilmiş qaydada sübut edilməlidir. Sübutetmə vəzifəsi işə baxan orqan (vəzifəli şəxs) üzərinə qoyulub. Nəzərə alınması vacibdir ki, icraat zamanı obyektiv həqiqətin müəyyən edilməsi və yekunda ədalətli qərarın qəbul edilməsi üçün bəzən əlavə məlumatların toplanması zərurəti yaranır. Qanunvericinin mövqeyinə görə icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin həll edilməsi üçün zəruri olan əlavə məlumatların tələb edilməsi barədə qərardad qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmənin iclasında iştirak edən şikayət vermiş şəxs X2 öz izahatında verdiyi şikayəti müdafiə edərək göstərmişdir ki, o barəsində tərtb edilmiş cərimələrdən xəbərdar olmayıb. Belə ki, qeydiyyat ünvanında yaşamadığından sürücülük hüqununun məhdudlaşdırılmasından xəbəri olmayıb. Həmçinin sürücülük hüququ məhdudlaşdırıldıqdan sonra avtomobli o idarə etməyib. Buna görə də barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlar əsassızdır. Odur ki, təqsirli olmadığına görə barəsində qəbul edilmiş 03 oktyabr 2023-cü il tarixli, EQ/17263299 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq qeyd olunan təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş, bunun səbələri barədə də məhkəməyə heç bir məlumat verilməmiş və iş üzrə materiallar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin 03 oktyabr 2023-cü il tarixli, EQ/17263299 saylı inzibati protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana geri qaytarılmalıdır. Şikayətə əlavə edilmiş 03 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X2 03 oktyabr 2023-cü il tarixdə, saat 21:45-də Bakı-Şamaxı- Yevlax yolunun 25.2-ci kilometrində, Bakı istiqamətində "Honda Pilot minik" markalı ** VS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə İXM 328.1-ci və 332.3-cü maddələri ilə təqsirli bilinərək elektron qaydada 300 manat məbləğində cərimə edilmişdir. Qeyd olunan qərarda X1 ünvanı ünvan 3əmə araşdırması zamanı qeyd olunan inzibati pozuntu törədilərkən həmin nəqliyyat vasitəsini X1 idarə etməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X1 pozulmuş hüquqlarının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası DİN-in BDYP tərəfindən 03 oktyabr 2023-cü il tarixli EQ/17263299 saylı inzibati protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İXM-nin 128, 129, 133-137 ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 03 oktyabr 2023-cü il tarixli, EQ/17263299 saylı protokol üzrə inzibati tənbeh edilməsinə dair qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılıb baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-3152/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-3152/2024
16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver