Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-3155/2024 09.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, İnzibati protokolu tərtib edən şəxs Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsinin böyük təhqiqatçısı X3 iştriakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələrilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara və inzibati xəta haqqında protokodan görünür ki, 25 oktyabr 2024-cü il tarixində Aktau-Bakı aviareysi ilə gələn Rusiya Federasiyası vətəndaşı X2 məxsus olan və “Zərifə Əliyeva” gəmi-bərəsi ilə Qazaxıstan Respublikasından Azərbaycan Respublikasına gələn “X15” markalı “T426AO196” dövlət nömrə nişanlı avtomobilə gömrük əməkdaşları tərəfindən gömrük baxışı keçirilmişdir. Gömrük baxışı zamanı, E.X.Dadashova məxsus avtomobilin salonunda olan qabaq və arxa oturacaqlarının altından kartonların arasına yerləşdirilmiş formada gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, kağız üzərində yazılı və elektron formada bəyan olunmamış Azərbaycan Respublikası aksiz markası ilə markalanmayan 28 ədəd “Mamont Vodka 0.7L” markalı, 12 ədəd “X21 Export 0.7 L” markalı, 1 ədəd “X21 Export 1 L” markalı, 1 ədəd “X21 Export 0.5 L” markalı içkilər, avtomobilin hər iki ön oturacağının alt hissəsində yerləşən və ehtiyyat hissələrini yerləşdirmək üçün nəzərdə tutulan qapaq açıldıqda isə oradan gömrük nəzarətindən gizlədilmiş Azərbaycan Respublikası aksiz markası ilə markalanmayan 10 qutu “X16” markalı, 8 qutu “Winston X style” markalı, 10 qutu “Winston XS” markalı, 20 qutu “LD compact 100 S” markalı və 13 qutu “X22” markalı siqaretlər aşkar olunmuşdur. Daha sonra nəqliyyat vasitəsinin yük yeri yoxlanılmış və orada aşkar olunan bağlamalar “X-Ray” aparatından keçirilmişdir. Bu bağlamalardan 5 ədəd karton qutu və 2 ədəd əl çantasında şübhəli təsvirlər əks olunduğu üçün sonunculara yoxlama həyata keçirilmiş və onların içərisindən şokolad, konfet, kolbasa və digər ərzaq məhsullarının arasından sellofan paketlərə və parçalara bükülmüş şəkildə gömrük nəzarətindən gizlədilmiş Azərbaycan Respublikası aksiz markası ilə markalanmayan 2 ədəd “X7 0.5 L” markalı, 1 ədəd “X17 Scotch Whisky 12 years aged 0.75 L” markalı, 2 ədəd “X11 Scotch Whisky 0.5 L” markalı, 1 ədəd “X13 Spiced 0.7 L” markalı, 1 ədəd “X5” 0.7 L, 1 ədəd “X18 Bitter 1 L” markalı, 1 ədəd “Beluga Celebration 1 L” markalı, 1 ədəd “Onegin St. Petersburg 1831 1 L” markalı, 1 ədəd “Onegin St. Petersburg 1831 0,7 L” markalı, 1 ədəd “X20 Vodka 0.7 L” markalı içkilər, 6 qutu “X23” markalı, 5 qutu “X16” markalı, 1 qutu “X12” markalı, 1 qutu “X8” markalı, 5 qutu “X14” markalı, 1 qutu “X9 Ruby” markalı, 1 qutu “X9 Sapphire” markalı, 1 qutu “Marlboro Gold” markalı və 1 qutu “X19” markalı siqaretlər aşkar olunmuşdur. Araşdırma zamanı X1 aşkar olunmuş 14 adda müxtəlif markalı spirtli içkilər (38,05 litr) və 13 adda (83 qutu) müxtəlif markalı siqaretlərin ümumilikdə dəyəriin 4497.90 (dörd min dörd yüz doxsan yeddi) manat, (doxsan) qəpik olduğu müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsinin böyük təhqiqatçısı X6 protokolu müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini xahiş etmişdir.O, əlavə olaraq bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikası vətəndaşı olmadığından həmin malların Azərbaycan Respublikası ərazisində rəsmiləşdirilməsi mümkün deyildir. Məhkəmə iş materiallarını araşdırıb, tərəfin fikrini dinləyib hesab edir ki, Şəxs tərəfindən törədilmiş əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat zamanı toplanmış sənədləri tədqiq edərək hesab edir ki, hüquqi şəxs olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin maddələr ilə müəyyən edilmiş sanksiya çərçivəsində barəsində müsadirə inzibati tənbeh növü tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan mallar – 2 ədəd “X7 0.5 L” markalı, 1 ədəd “X17 Scotch Whisky 12 years aged 0.75 L” markalı, 2 ədəd “X11 Scotch Whisky 0.5 L” markalı, 1 ədəd “X13 Spiced 0.7 L” markalı, 1 ədəd “X5” 0.7 L, 1 ədəd “X18 Bitter 1 L” markalı, 1 ədəd “Beluga Celebration 1 L” markalı, 1 ədəd “Onegin St. Petersburg 1831 1 L” markalı, 1 ədəd “Onegin St. Petersburg 1831 0,7 L” markalı, 1 ədəd “X20 Vodka 0.7 L” markalı içkilər, 6 qutu “X23” markalı, 5 qutu “X16” markalı, 1 qutu “X12” markalı, 1 qutu “X8” markalı, 5 qutu “X14” markalı, 1 qutu “X9 Ruby” markalı, 1 qutu “X9 Sapphire” markalı, 1 qutu “Marlboro Gold” markalı və 1 qutu “X19” markalı siqaretlər müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-3155/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-3155/2024
09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver