Məhkəmə qərarları › İş №3(002)-316/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-316/2022

30.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-316/2022 30.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, X1, Azərbaycan Respublikası DİN-in Baş X4 İdarəsinin 20 mart 217-ci il tarixli, MMX ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında qeydiyyatda olan X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-in Baş X4 İdarəsinin 20 mart 217-ci il tarixli, MMX ******* saylı elektron qərarın ləğv edilərək əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş DİN-in Baş X4 İdarəsinin 20 mart 2017-ci il tarixli, MMX ******* saylı qərarından aydın olur ki, X2 19 mart 2017-ci il tarixdə, saat 17:18 radələrində idarə etdiyi Mercedes 230 minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomibil ilə Bakı-Ələt yolunun 48.2-ci kilometrində, Bakı istiqamətində hərəkətdə olarkən yolda müəyyən edilmiş hərəkət sürətini 18 km/saat həddində aşmış və nəticədə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsinin tələblərini pozduğuna görə 10 manat məbləğində cərimə edilmişdir. X2 öz şikayətində göstərmişdir ki, etibarnamə əsasında idarə etdiyi “Mercedes 230 minik” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə guya 19 mart 2017-ci il tarixdə Bakı-Ələt Yolunun 48.2-ci km-də Bakı istiqamətində hərəkət edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 18 km/saat həddindjə aşmışdır. Buna görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 20 mart 2017-ci il tarixli № MMX ******* saylı elektron protokoluna əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1 -ci maddəsi ilə təqsirli bilinmiş və buna görə 10.0 manat məbləğində cərimə edilmişdir. Lakin həmin protokol barədə ona məlumat verilmədiyi üçün qanuna müvafiq olaraq protokoldan şikayət edə bilməmiş və 10 gün sonra qeyd olunan protokol inzibati tənbeh vermə haqqında qərar hesab edilmişdir. Həmin protokolun (qərarın) surəti qeydiyyatda olduğu və daimi yaşadığı ünvana göndərilmədiyi üçün qeyd olunan qərarla bağlı vaxtında məhkəməyə şikayət verə bilməmişdir. Qeyd olunan protokol (qərar) barədə ona yalnız 2020-ci ilin fevral ayında Kürdəmir rayonuna yas mərasimində iştirak etmək üçün gedərkən onun etibarnamə əsasında idarə etdiyi ** BD *** dövlət nömrə nişanlı avtomobili Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin əməkdaşı saxlatdıraraq yol hərəkəti qaydalarını pozması ilə bağlı barəsində çoxlu sayda inzibati protokol tərtib edildiyini və xeyli miqdarda cərimə ödəməli olduğunu bildirmişdir. O bu barədə məlumatının olmadığını, bununla bağlı nə istifadə etdiyi mobil telefona SMS gəlmədiyini, nə də qeydiyyatda olduğu və daimi yaşadığı ünvana bununla bağlı hər hansı məktub göndərilmədiyini bildirmişdir. Bu barədə dəqiqləşdirmə aparılması üçün yaşadığı Binəqədi Rayon Polis İdarəsinin Yol Polisi Bölməsinə müraciət etmiş, orada ona konkret məlumat verən, köməklik edən olmadığı üçün məcburiyyət qarşısında qalıb, 20 fevral 2020-ci ildə Prezidentimiz cənab İlham Əliyevə yazılı müraciət etmişdir. Onun müraciətinə cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 27 mart 2020-ci il tarixli məktubunda göstərilmişdir ki, həmin müraciət araşdılması üçün Binəqədi Rayon Polis İdarəsinə göndərilmiş və nəticəsi barədə 15 gün müddətinə ona və Baş X4 İdarəsinə cavab verilməlidir. Məcbur qalıb, 01 iyun 2021-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi barəsində Bakı inzibati Məhkəməsində iddia qaldırmışdır. İddia əsasında Bakı İnzibati Məhkəməsinin hakimi cənab Nəriman Abıyevin köməkliyi ilə 16 oktyabr 2021-ci il tarixdə qeyd olunan elektron protokolun surəti məhkəmədə ona verilmişdir. O, 21 oktyabr 2021-ci il tarixdə barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta protokolları və qərarları barədə Binəqədi Rayon Məhkəməsinə şikayət etmişdir. Amma şikayəti Binəqədi Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli İş № 3(001)-3779/2021 saylı qərardadı əsasında baxılmamış saxlanılmış və şikayətinə əlavə etdiyi sənədlərin özünə qaytarılması qərara alınmışdır. Amma həmin qərardad və qoşma sənədlərin surətini o yalnız 13 yanvar 2022-ci ildə qəbul etmişdir. O öz şikayətində daha sonra qeyd etmişdir ki, əgər qeyd olunan qərar və protokollar vaxtında ona təqdim edilərdisə və ya İXM-nin 125.4-cü maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarın bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi vasitəsilə ona rəsmi çatdırılmış olsaydı o indiyədək qeyd olunan cərimələri ödəyərdi və ona qeyd olunan cərimələri ödəyə bilmədiyi üçün texniki baxışla bağlı əlavə cərimələr, eləcə də faizlər hesablanmazdı. Odur ki, barəsində tərtib edilmiş 20 mart 2017-ci il tarixli MMX ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilsə də, qeyd olunan tərəflər məhkəmə iclasına gəlməmiş, iştirak etməmələrinin səbəbləri barədə də heç bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu, qərarı və ona əlavə olunmuş sənədləri, şikayət ərizəsində göstərilən dəlilləri araşdıraraq hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası DİN-in Baş X4 İdarəsinin 20 mart 217-ci il tarixli, MMX ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş üzrə müvafiq sübutların təqdim edilməsi, yəni şikayət ərizəsində göstərilən etirazların əsaslı olub-olmamasını müəyyən etmək üçün zəruri material və sübutların tədqiq edilməsi məqsədilə Azərbaycan Respublikası DİN-in BDYPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, lakin həmin təşkilatdan məhkəmə iclasında nümayəndə iştirak etmədiyi üçün məhkəmə iclasları sonradan iki dəfə təxirə salınaraq yenidən DİN-in BDYPİ-nə rəsmi məlumat verilmiş, məhkəmə bildirişləri BDYPİ tərəfindən qəbul edilsə də məhkəmə iclaslarına nümayəndə gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycn Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə, yuxarıda qeyd olunanlara əsasən və İXM-in 114, 115, 128-131-ci və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-in 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-in Baş X4 İdarəsinin 20 mart 2017ci il tarixli, MMX ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar