Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-3186/2024 05.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın iştirakları ilə, xx xxxxxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X3, borclu Şəxs barəsində protokol tərtib edərək, Qaradağ rayon Məhkəməsinin 2(002)-434/2023 saylı, 09 fevral 2023-cü il tarixli icra vərəqəsini, Bakı şəhəri 45 saylı Notariat Kontorunun 8İ-2030 saylı, 28 mart 2023-cü il tarixli icra qeydiyini və Bakı şəhəri 17 saylı Notariat Kontorunun 8İ-3232 saylı, 18 aprel 2023-cü il tarixli icra qeydi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X3 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin e-2(002)-434/2023 saylı, 09 fevral 2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs ilə başlanılmış kredit müqaviləsi ləğv edilmiş, cavabdeh Şəxs iddiaçı "xxxx" ASC-nin xeyrinə 11432.92 manat məbləğində əsas borc, 1183.65 manat məbləğində faiz borcu, 14.88 manat məbləğində cərimə borcu, cəmi 12631.45 manat borc və 129 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Bundan başqa Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusunun 18 aprel 2023-cü il tarixli icra qeydinə əsasən “AZ1069, Bakı şəhəri, Nərimanov rayonu, X4, ev 42 ünvanında yerleşen "xxxx" ASC/VÖEN:********** xeyrinə ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs (AZE 15060538, xx.xx.2016 Qaradağ: FİN: xxxxxxx; d/t: xx.xx.1990) DK/73657/83/1 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 275 manat 00 qəpik (iki yüz yetmiş beş manat sıfır qəpik) tutulması, bundan əlavə borcludan Şəxs 30 manat 00 qəpik (otuz manat sıfır qepik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 330 manat 00 qəpik (üç yüz oluz manat sıfır qəpik) pul tutulması təklif edilmişdir. Həmçinin Bakı şəhəri 45 saylı notariat ofisinin 'Notarial haqqında' Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən AZ1069, Bakı şəhəri, Nərimanov rayonu, X4, ev 42 ünvanında yerləşən "xxxx" ASC / VÖEN:********** xeyrinə ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs (AZE15060538, xx.xx.2016 - Qaradağ: FİN: xxxxxxx; d/t: xx.xx.1990) AL/30836/83/1 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1224 manat 91 qəpik (min iki yüz iyirmi dörd manat doxsan bir qəpik) tutulması, bundan əlavə borcludan Şəxs 142 manat 48 qəpik (yüz qırx iki manat qırx səkkiz qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 1392 manat 39 qəpik (min üç yüz doxsan iki manat otuz doqquz qəpik) pul tutulması təklif edilmişdir. İcra sənədləri icraata daxil olduqdan sonra 10 aprel 2023-cü il tarixdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. 03 oktyabr 2024-cü il tarixdə o digər icra məmurları və hal şahidləri ilə birlikdə Şəxs icra sənədində qeyd olunan ünvan 4 ünvanında olmuş, lakin borclunun həmin ünvanda yaşamadığı aşkar olunmuşdur. Nəticədə 14 oktyabr 2024-cü il tarixdə “borclunun axtarışı haqqında” qərarı qəbul olunaraq qərar icra edilməsi üçün Qaradağ rayon Polis İdarəsinə göndərilmişdir. Bu gün, yəni 05 dekabr 2024-cü il tarixdə borclu Suvarov X2 rayonunun inzibati ərazisində saxlanılaraq Qaradağ rayon İcra Şöbəsinə təhvil verilmişdir. Beləliklə borclunun bu günə hər üç icra sənədi üzrə 14684 manat manat borcu vardır. Yaranmış borclardan hal-hazıradək heç bir ödəniş edilməmişdir. Buna görə də borclunun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 05 dekabr 2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. İcra məmuru öz izahatında borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, əvvəllər "xxxx" MMC-də işləmiş, orada əməkhaqqısı təxminən üç min manata yaxın olmuşdur. Bu səbəbdən orada işlədiyi dövrdə yeddi-səkkiz ay müddətində ödəniş etmişdir. Sonradan işdən çıxması nəticəsində borcunu ödəyə bilməmişdir. Təxminən iki ilə yaxındır ki, işsizdir. Bu yaxınlarda Ələt limanında mühafizəçi işləmək üçün müraciət etmiş, işə girməklə əlaqədar lazımi sənədləri toplamaq üçün “Asan Xidmət”də olarkən barəsində axtarış işi olduğunu öyrənmişdir. Ailəli olmaqla bir yetkinlik yaşına çatmayan oğlu onun himayəsindədir. Hal-hazırda qalan borcundan ödəniş etmək üçün heç bir imkanının olmadığını, şərait yaradılcağı təqdirdə yuxarıda qeyd olunan borclarından kifayət qədər ödənişlər edəcəyini bildirərək iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxsnın yaranmış borcundan xəbəri olsa da heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdir ki, icra etməmişdir. Bundan başqa icra məmurunun çağırışlarına da məhəl qoymaraq gəlməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tərəflərin izahatları, inzibati xəta haqqında tərtib edilmiş 05 dekabr 2024-cü il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-3186/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-3186/2024
05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver