Məhkəmə qərarları › İş №3(002)-3189/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-3189/2024

06.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-3189/2024 06.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Qaradağ rayon Pİ 10-cu Polis Şöbəsinin sahə inspektoru X2, Zərəçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxx 1989-cu ildə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Qaradağ rayon Pİ 10-cu PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs 23 avqust 2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Binə TM-də X3 ilə aralarında yaranmış mübahisə zamanı onu döyərək fiziki ağrı yetirmişdir. Qeyd edilənlərlə bağlı Qaradağ rayon Pİ 10-cu Polis Şöbəsinin sahə inspektoru X5 tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair MN serialı ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, ailəsini dolandırmaq üçün idarə etdiyi “Mercedes” markalı **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı Neftçala xətti ilə taksi fəaliyyəti ilə məşğul olur. 23 avqust 2024cü il tarixdə Lökbatan qəsəbəsi, Binə TM-nin qarşısında müştəri gözləyərkən həmyerlisi Həmzəağa da orda müştəriləri gözləmiş, növbə onun olduğu üçün, Həmzəağa növbədənkənar müştəri yığmaq istəmişdir. Həmzəağaya onun növbəsi olduğunu demişdir. Bundan sonra aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Həmzəağanı sinəsindən itələmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs X3 bildirmişdir ki, 23 avqust 2024-cü il tarixdə Lökbatan qəsəbəsi, Binə TM-nin qarşısında olan zaman həmkəndlisi Şəxs ilə aralarında rayona aparmaq üçün müştəri götürmək üstündə mübahisə yaranmışdır. Mübahisə zamanı Elmir onun sinəsindən itələmişdir. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edib şikayət etmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan 20 sentyabr 2024-cü il tarixli qərardan göründüyü kimi, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 540 №li ekspert rəyindən görünür ki, X1 bədən səthində aşkar olunmuş xəsarət – döş qəfəsinin ön səthinin qançırı bərk küt əşya təsirindən müayinədən bir neçə saat əvvəl törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə, Şəxs hərəkətlərinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə düzgün tövsif olunduğu qənaətinə gəlir və hesab edir ki, ona həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxsnın ilk dəfə inzibati xəta törətməsi məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən olunur. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, inzibati xəta törədən Şəxs ilk dəfə inzibati xəta törətməsini nəzərə alaraq onun barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar