Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-319/2023 20.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, İnzibati protokolu tərtib etmiş şəxs Vİ Tağım Yol patrul xidməti inspektoru X2, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Lənkəran rayonu, Girdəni kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Lənkəran rayonu, Girdəni kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs 20 fevral 2023-ci il tarixdə saat 09:38 radələrində Bakı şəhəri, Sanqaçal qəsəbəsi, Dəmiryolçular küçəsi 3-də idarə etdiyi “Kia Optima minik” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkət zamanı saxlanılmış və yoxlama zamanı sürücünün avtomobili narkotik vasitədən istifadə nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Vİ Tağım Yol patrul xidməti inspektoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Vİ Tağım Yol patrul xidməti inspektoru X1 bildirmişdir ki, Şəxs 20 fevral 2023-ci il tarixdə saat 09:38 radələrində Bakı şəhəri, Sanqaçal qəsəbəsi, Dəmiryolçular küçəsi 3-də idarə etdiyi “Kia Optima minik” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkət zamanı saxlanılmış və yoxlama zamanı sürücünün avtomobili narkotik vasitədən istifadə nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında əməlini etiraf etmişdir. Vətən müharibəsi iştirakçısıdır və qazidir. Qəlpə yarası almışdır. “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü”, medalları ilə təltif edilmişdir. Törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” aktdan görünür ki, müayinə nəticəsində Şəxs narkotik vasitədən istifadə nəticəsində sərxoşluq müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə düzgün tövsif edilmişdir və ona həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” akt, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunması, əməlini etiraf etməklə səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halın müəyyən edilməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinməli həmin maddənin sanksiyası hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-319/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-319/2023
20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver