Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-3194/2024 16.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ /23399456 nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ /23399456 saylı qərara xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırılmışdır ki, "Hyundai Sonata” minik markalı **-ZV- *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən onun mülkiyyətimdədir və hazırkı vaxta kimi avtomobil tərəfindən idarə edilir. 08 avqust 2021-ci il tarixdə həmin avtomobilə dair keçmiş kürəkəni X3 etibarnamə vermişdir. Etibarnamə ilə Elnur avtomobili 1-2 ay idarə etmiş, sonradan isə avtomobili özünə qaytarmışdır. Belə ki, X5 ilə qızının arasında olan münasibət pozulmaqla onlar faktiki olaraq ayrılmışlar və nikahları xx.xx.2023-cü il tarixdə ləğv edilmişdir. Bundan sonra o, avtomobili keçmiş kürəkənindən almışdır. Lakin, etibarnamə onun tərəfindən ləğv edilməmiş və hazırda etibarnamənin müddəti başa çatmışdır. Maşın onun istifadəsində olduğu müddətdə onun tərəfindən törədilmiş inzibati xətalar üzrə cərimələri ödəmişdir. Lakin, hazırda ona mesaj gəlmişdir ki, avtomobilin üzərinə həbs qoyulmuşdur. Bundan sonra o, öyrənmişdir ki, eyni inzibati xətalarla bağlı həm ona, həm də keçmiş kürəkəni X2 adına inzibati xətalara görə cərimələr gəlmiş və bu səbəblərə görə Məmmədov Elnurun nəqliyyat vasitəsini idarə etmək hüquq məhdudlaşdırılan şəxs olduğu halda sonuncu nəqliyyat vasitəsini idarə edilməsinə görə xx.xx.2024-cü il tarixdə İXM-nin 339.1-1 və 332.3-cü maddəsi ilə 400 manat məbləğində cərimə edilmişdir. Halbuki həmin tarixdə avtomobili özü idarə etmişdir və buna dair foto görüntülər də vardır. Əsassız olaraq Məmmədov Elnurun adına qərar tərtib edilmişdir. Eyni xətaya görə iki qərar qəbul edilmişdir. Belə ki, qərarın biri onun adına, digəri isə əsassız olaraq keçmiş kürəkəninin adına tərtib edilmişdir. Göründüyü kimi əsassız olaraq tərib edilmiş qərara görə ona məxsus avtomobilin üzərinə məhdudiyyət qoyulmuşdur. Bununla da qanunla qorunan mülkiyyət (istifadə və sərəncam) hüquqları pozulmuşdur. Göstərdiyi faktları nəzərə alaraq, qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ /23399456 saylı qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 şikayətini müdafiə etdiyini, barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ /23399456 saylı qərarın ləğv edilməsini xahiş etdi. O, əlavə olaraq bildirmişdir ki, keçmiş kürəkəni ilə münasibətləri pis olduğundan bu problemi daha öncədən həll edə bilməmişdir. Həmin avtomobil 3 ildir ki, özünün istifadəsindədir. Etibarnamənin müddəti isə xx.xx.2024-cü il tarixdə başa çatmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi rəsmi bildirişlə məlumatlandırılmasına baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, üzrlü səbəbəri barədə məlumat verilməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, EQ /23399456 saylı qərarla şikayətçi X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İXM-nin 339.1-1 və 332.3-cü maddələrinə əsasən 400 manat cərimə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin nəzarət kameraları ilə çəkilmiş xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli şəkillərdən qeyd olunan tarixlərdə "Hyundai Sonata” minik markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilini kimin idarə etdiyi dəqiq müəyyən etmək mümkün olmamışdır. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, qeyd olunan inzibati xətaların həqiqətən kimin tərəfindən törədilməsi müəyyən edilmir. Eyni zamanda məhkəmə qeyd edir ki, inzibati xətanın törədildiyi tarixdə X4 tərəfindən X3 verilmiş etibarnamə qüvvədən düşmədiyinə görə həmin qərar haqlı olaraq etibarnamə verilmiş sürücünün adına qəbul olunmuşdur. Belə ki, şikayətçi X4 xx.xx.2024-cü il tarixdə saat 12:23-də yolda yolun piyada zolağı olmayan hissəsindən keçməklə və yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxmaqla nəticədə inzibati xəta hadisəsini törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 10-cu maddəsinə əsasən dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 10-cu maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ /23399456 saylı inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilməsin. Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ /23399456 saylı inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-3194/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-3194/2024
16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver