Məhkəmə qərarları › İş №3(002)-3195/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-3195/2024

19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-3195/2024 19.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin polis pokovnik-leytenantı X6 tərəfindən qəbul edilmiş 20 iyul 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə Qaradağ rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında yaşayan X4 ərizə ilə ünvan 2əsinə müraciət edərək X5 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ polis polkovnik leytenantı X6 tərəfindən tərtib edilmiş 20 iyul 2024-cü l tarixli qərarın icrasına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, "Hyundai Sonata minik" markalı, ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən onun mülkiyyətindədir və hazırkı vaxta kimi avtomobil onun tərəfindən idarə edilir. 08 avqust 2021-ci il tartixdə həmin avtomobilə dair keçmiş kürəkəni X3 etibarnamə vermişdir. Etibarnamə ilə Elnur avtomobili 1-2 ay idarə etmiş, sonradan isə avtomobili onun özünə qaytarmışdır. Belə ki, X5 ilə qızının arasında olan münasibət pozulmaqla onlar faktiki olaraq ayrılmışlar və nikahları xx.xx.2023-cü il tarixli məhkəmə qətnaməsinə əsasən ləğv edilmişdir. Bundan sonra avtomobili o, keçmiş kürəkənindən almışdır. Lakin etibarnamə onun tərəfindən ləğv edilməmiş və hazırda etibarnamənin müddəti başa çatmışdır. Maşın onun istifadəsində olduğu müddətdə onun tərəfindən yol nəqliyyat xətaları baş vermiş, buna görə də ona cərimələr edilmiş və o həmin cərimələri ödəmişdir. Lakin hazırda ona mesaj gəlmişdir ki, ona məxsus avtomobilin üzərinə həbs qoyulmuşdur. Bundan sonra ona məlum olmuşdur ki, avtomobili o, idarə etdiyi halda onun törətdiyi yol nəqliyyat xətalarına görə həm ona və həm də keçmiş kürəkəni X2 adına onun törətdiyi inzibati xətalara görə cərimələr gəlmiş və Məmmədov Elnuru nəqliyyat vasitəsini idarə etmək hüquq məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etməsinə görə xx.xx.2024-cü il tarixdə İXM-nin 339.1-1 və 332.3-cü maddəsi ilə 300 manat məbləğində cərimə edilmişdir. Halbuki həmin tarixdə avtomobili o idarə etmiş və buna dair foto görüntülər də vardır ki, avtomobili o idarə etmişdir. Əsassız olaraq Məmmədov Elnurun adına qərar tərtib edilmişdir. Eyni xətaya görə iki qərar qəbul edilmişdir. Belə ki, qərarın biri onun adına, digəri isə əsassız olaraq keçmiş kürəkəninin adına tərtib edilmişdir. Göründüyü kimi əsassız olaraq tərib edilmiş qərara görə ona məxsus avtomobilin üzərinə məhdudiyyət qoyulmuşdur. Bununla da onun qanunla qorunan mülkiyyət (istifadə və sərəncam) hüquqları pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatm təmin edilməsi tədbirləri tətbiq edilərkən Qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanlarının və vəzifəli şəxslərinin idarə nəzarəti ilə, məhkəmə prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalat Məcəlləsinin 129.1.3-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilər. Məhkəmənin iclasında iştirak edən şikayət vermiş şəxs X4 öz izahatında verdiyi şikayəti müdafiə edərək göstərmişdir ki, məhkəməyə təqim etdiyi foto görüntülər də görsənir ki, avtomobili o idarə etmişdir, lakin əsassız olaraq Məmmədov Elnurun adına qərar tərtib edilmişdir. Odur ki, X5 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ polis polkovnik leytenantı X6 tərəfindən tərtib edilmiş 20 iyul 2024-cü il tarixli, EQ/22453038 saylı qərarın icrasına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq qeyd olunan təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş, bunun səbələri barədə də məhkəməyə heç bir məlumat verilməmiş və iş üzrə materiallar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin 20 iyul 2024-cü il tarixli, EQ/22453038 saylı inzibati protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana geri qaytarılmalıdır. Şikayətə əlavə edilmiş 20 iyul 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X5 20 iyul 2024-cü il tarixdə, saat 03:06-da Bakı-Qazax yolunun 29.5-ci kilometrində, Bakı istiqamətində "Hyundai Sonata minik" markalı ** ZV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə İXM 339.1-1-ci və 332.3-cü maddələri ilə təqsirli bilinərək elektron qaydada 300 manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı qeyd olunan inzibati pozuntu törədilərkən həmin nəqliyyat vasitəsini X2 idarə etməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X1 pozulmuş hüquqlarının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası DİN-in BDYP tərəfindən 20 iyul 2024-cü il tarixli EQ/22453038 saylı inzibati protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İXM-nin 128, 129, 133-137 ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 20 iyul 2024-cü il tarixli, EQ/22453038 saylı protokol üzrə inzibati tənbeh edilməsinə dair qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılıb baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində ünvan 2əsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar