Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-32/2025 27.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru, polis baş leytenantı X3, Şikayət vermiş şəxs X1 iştrakları ilə, X1, DİN-in BDYPİ-nin X7 tərəfindən qəbul edilmiş 29 noyabr 2024-cü il tarixli, EQ 24826776 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan X2 şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİnin X5 29 noyabr 2024-cü il tarixli qərarın ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ X5 xx.xx.2024-cü il tarixli qərarı əsasında o, Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyimə görə 80 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, o, xx.xx.2024-cü il tarixsə idarə etdiyi "Hyundai Sonata minik" markalı **-NN- *** dövlət qeydiyyat nişanlı avtomobillə Lökbatan qəsəbəsi, Binə ticarət mərkəzinin qabağında qardaşını avtomobilə mindirərəkən avtomobilinin şəkilini çəkmişlər və əsassız olaraq onu cərimə etmişlər. Bununla əlaqədar bildirir ki, həmin qərarda hadisənin baş vermə saatı 19:06 göstərilsə də həmin vaxt təxminən saat 16:30 və ya 17:00 radələri olmuşdur. O dayandığı yolda cərgələr göstərilməmiş və qərarda qeyd edildiyi kimi onun ikinci və ya sonrakı cərgədə dayanmağım hansı əsasa görə ikinci və başqa cərgə müəyyən edilməsi məlum deyildir. Həmin vaxt o yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmamış və avtomobilimi orada saxlamamışdır. Yalnız avtomobilini müvəqqəti saxlayıb qardaşını avtomobilə götürmüşdür. Heç bir dayanma qaydasını pozmamışdır. O avtomobili əyləcini basıb qardaşının avtomobilə minməsini gözləyib dərhal da hərəkət etmişdir. Bu proses heç on saniyə belə çəkməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində qeyd edilir ki, yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatm təmin edilməsi tədbirləri tətbiq edilərkən Qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanlarının və vəzifəli şəxslərinin idarə nəzarəti ilə, məhkəmə prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 129.1.3-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli Sexsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və a hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta aqqında iş üzrə qərardan şikayət verə bilər. Yuxarıda sadaladığı normalardan da görünür ki, kimi tam əsasız olaraq barəsində protokol tərtib edilmiş və əsasız olaraq inzibati qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən X2 öz izahatında vermiş olduğu şikayətini müdafiə edərək bildirmişdir ki, həmin gün avtomobili idarə edərkən heç bir qanunsuzluğa yol verməmişdir. Belə ki, o, “Hyundai Sonata” minik markalı ** NN *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edir. 29 noyabr 2024-cü il tarixdə, saat 16:30 və ya 17:00 radələrində Lökbatan qəsəbəsi, Binə ticarət mərkəzinin qabağında qardaşını avtomobilə mindirərəkən avtomobilinin şəkilini çəkmişlər. O dayandığı yolda cərgələr göstərilməmiş və qərarda qeyd edildiyi kimi onun ikinci və ya sonrakı cərgədə dayanması hansı əsasa görə ikinci və başqa cərgə müəyyən edilməsi məlum deyildir. Həmin vaxt o yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmamış və avtomobilini orada saxlamamışdır. Yalnız avtomobilini müvəqqəti saxlayıb qardaşını avtomobilə götürmüşdür. Odur ki, 29 noyabr 2024-cü il tarixli, EQ 24826776 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru, polis baş leytenantı X6 öz izahatında şikayəti qəbul etməyərək bildirmişdir ki, X2 29 noyabr 2024-cü il tarixdə Lökbatan qəsəbəsi “Binə” TM-nın qarşısında idarə etdiyi «Hyundai Sonata» minik markalı, ** NN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən dayanma və durma qadağan olunan işarənin təsiri altında olan ərazidə yolun hərəkət hissəsində avtomaşını saxlamış və sərnişin düşürmüşdür. Bununla da sürücü İXM-nın 346.4-cü maddəsinin tələblərini pozmuşdur. Odur ki, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, şikayəti, iş materiallarını araşdırararq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 29 noyabr 2024-cü il tarixli, EQ 24826776 saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X2 29 noyabr 2024-cü il tarixdə Lökbatan qəsəbəsi “Binə” TM-nın qarşısında idarə etdiyi «Hyundai Sonata» minik markalı, ** NN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə İXM-nın 346.4-cü maddəsinin tələblərini pozmuş və 80 manat məbləğində cərimə edilmişdir. Məhkəmə baxışında tərəflərin mübahisələndirmədiyi fotoşəkillərdən də aydın olur ki, qeyd olunan avtomobil dayanma-durma qadağan olunan sahədə, yolun hərəkət hissəsində dayanaraq sərnişin daşıma fəaliyyəti ilə məşğul olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinin tələbinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Məhkəmə baxışı zaman şikayətçi X2 öz etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. O cümlədən şikayət araşdırılarkən onun təqsirsiz olmasına dair hər hansı bir mötəbər sübut da aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 DİN-in BDYPİ-nin X7 tərəfindən qəbul edilmiş 29 noyabr 2024-cü il tarixli, EQ 24826776 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-32/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-32/2025
27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver