Məhkəmə qərarları › İş №3(002)-3202/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-3202/2024

24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-3202/2024 24.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şəxs etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, AZ1003, Bakı şəhəri, Qaradağ rayonu, Sahil ştq, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Qaradağ RPİ-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Qaradağ RPİ-nin DYPŞ-sı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İşdə olan İXP ******* №-li 02 dekabr 2024-cü il tarixli protokoldan və işə əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin yol vərəqəsi və sürücü haqqında məlumat Qaradağ RPİ-nin DYPŞ-na beş gün müddətində təqdim edilmədiyi üçün həmin təşkilat barəsində İXM-nin 347-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs etibarnamə üzrə nümayəndəsi X4 öz izahatında təmsil etdiyi şirkət barəsində tərtib edilmiş protokolu qəbul etməyərək məhkəmə iclasında yazılı etiraz təqdim etmiş və bildirmişdir ki, şirkətlərinə məxsus “HOWO ZZ 5255GJBM3245B yük” markalı, ** JL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 02 iyul 2024-cü il tarixdə Beyləqan rayon ərazisində xarab olmuşdur. Bu səbəbdən şirkətin ustası X3 03 iyul 2024-cü il tarixdə həmin nəqliyyat vasitesinin təmir edib şirkətin ərazisinə gətirilməsi məqsədi ilə 03 iyul 2024-cü il tarixli, 000037 saylı yol vərəqəsi verilmişdir. Eyni ilə də yol vərəqəsi yazılan zaman sürücü barədə məlumat Baş Dövlət Yol Polisi İdarəsinə verilmişdir. Sözü gedən ** JL *** dövlet qeydiyyatlı nəqliyyat vasitəsi təmir edilərək şirkətin ərazisinə qayıdarkən sürücü tərəfindən yolda inzibati hüquq pozutusuna yol vermişdir. 2024-cü ilin noyabr ayının 23-də Qaradağ DYPŞ tərəfindən sürücü barədə onlardan məlumat istənilmişdir. Onlar da öz növbələrində təkrarən 26 noyabr 2024-cü il tarixdə HOWO ZZ 5255GJBM3245B YÜK markalı ** JL *** dövlət qeydiyyatlı nəqliyyat vasitəsinin 03 iyul 2024-cü il tarixdə sürücüsü barədə məlumatı təqdim etmişlər. Daha sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ DYPŞ tərəfindən 02 dekabr 2024-cü il tarixli inzibati barədə Yol hərəkəti qaydalarının tələblərinə uyğun olaraq mütəmadi məlumatlar təqdim olunur. Lakin, Qaradağ RPİ-nin DYPŞ əməkdaşları qanunsuz olaraq barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərmişlər. Aşağıdakı səbəblərdən hesab edirlər ki, Qaradağ RPİ-nin DYPŞ-sının tərtib etdiyi protokol qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitesini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Onların isə hazırda yuxarıda qeyd etdiyi kimi, həmin nəqliyyat vasitəsinin kimin idarə etməsi barədə məlumat 03 iyul 2024-cü il tarixdə Baş Dövlət Yol Polisi İdaresinə və (təkrarən isə 26 noyabr 2024-cü il tarixdə) Qaradağ RPİ-nin DYPŞ-na məlumat verilmişdir. Odur ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Qaradağ RPİ-nin DYPŞ-na rəsmi məlumat verilsədə həmin təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də heç bir məlumat verməmişlər. Məhkəmə işə İXM-nin 61.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməldir. Belə ki, Şəxsnə məxsus olan «Howo ZZ5255GJBM3245B yük» markalı, ** JL *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən şəxs 03 iyul 2024-cü il tarixdə, saat 06:51də Hacıqabul-Bəhramtəpə-Mincivan yolunun 108-ci kilometrində, Hacıqabul istiqamətində mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamadığına görə İXM-nin 469.3-cü maddəsinin tələblərini pozmuşdur. Şəxs etibarnamə üzrə nümayəndəsi X1 məhkəmə iclasının gedişində təqdim etdiyi Şəxs direktoru M.Ə.Zöhrabova tərəfindən Qaradağ RPİ-nin DYPŞ-na ünvanlanmış və 02 dekabr 2024-cü il tarixdə Qaradağ RPİ-nin DYPŞ-sı tərəfindən qəbul edilmiş 26 noyabr 2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, “tərəfinizdən xx.xx.2024 ci il tarixdə göndərilmiş bildiriş müəssəmizə xx.xx.2024 cü il tarixdə daxil olmuş və məktubunuza müəssəmizdə tərəfimizdən baxılmışdır. Bununla əlaqədar bildiririk ki, bildirişdə göstərilən HOWO ZZ5255GJBM3245B YÜK markalı ** JL *** dğvlət qeydiyyatlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdə X5 idarə etmişdir. "Cənubsonayetikinti" şirkətinin rəhbərliyi Sizdən xahiş edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən törədilmiş xǝtaya görǝ nəzərdə tutulan məsuliyyət X2 adına rəsmiləşdirilsin.” Bundan başqa X1 məhkəmə iclasının gedişində təqdim etdiyi 03 iyul 2024-cü il tarixli, 02 nömrəli məktubun məzmunundan da görünür ki, Şəxs sürücü (X5) barəsində məlumatları və DİN BDYPİ-nə vermişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsinə - hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 (beş) gün müddətinə verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: AZ1003, Bakı şəhəri, Qaradağ rayonu, Sahil ştq, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (VÖEN: **********) İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 02 dekabr 2024-cü il tarixli, İXP ******* nömrəli protokol üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar