Məhkəmə qərarları › İş №3(002)-3204/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-3204/2024

25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-3204/2024 25.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, “Holcim (Azərbaycan)” ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “Holcim (Azərbaycan)” ASC tərəfindən tabeliyində olan nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatla bağlı ünvanlanmış xx.xx.2024-cü il tarixli sorğuya 5 gün müddətində səlahiyyətli orqana cavab verilməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş barəsində inzibati icraat aparılan hüquqi şəxs “Holcim (Azərbaycan)” ASC-nin nümayəndəsi X1 bildirdi ki, həmin sorğu ASC-yə xx.xx.2024-cü il tarixdə çatdırılsa da, ASC tərəfindən faktla bağlı zəruri araşdırmalar aparılması ilə əlaqədar səlahiyyətli orqana sorğu üzrə verilən cavab xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq, inzibati xəta haqqında iş materiallarının səlahiyyətli orqana geri qaytarılmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati icraat aparılan hüquqi şəxsə və inzibati protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildiriş göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə “Holcim (Azərbaycan)” ASC-yə məxsus “HOWO TX 115257GWH46GE15” xüsusi təyinatlı markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətdə səlahiyyətli orqana təqdim etməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin DYPŞ tərəfindən “Holcim (Azərbaycan)” ASC-yə ünvanlanmış bildirişdən görünür ki, “Holcim (Azərbaycan)” ASC-nin balansında olan “HOWO TX 115257GWH46GE15” xüsusi təyinatlı markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə rəsmi məlumat verilməsi, əks halda ASC barəsində Azərbaycan Respublikası İXM-nin 347ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndəriləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsi DYPŞ tərəfindən “Holcim (Azərbaycan)” ASC-yə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən xəbərnamədən görünür ki, qeyd olunan sorğu məktubu “Holcim (Azərbaycan)” ASC-nin ünvanına göndərilmiş və xx.xx.2024-cü il tarixdə çatdırılmışdır. İş materiallarına əlavə olunmuş Holcim (Azərbaycan)” ASC tərəfindən səlahiyyətli orqana ünvanlanmış məktubdan və bu məktubub göndərişinə dair poçt xəbərnaməsindən görünür ki, həmin sorğu üzrə müvafiq cavab səlahiyyətli orqana xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsinə-hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Hüquqi şəxsin nümayəndəsinin balansda olan nəqliyyat vasitələri barədə siyahı şəklində baş idarəyə məlumat verilməsinə münasibətdə məhkəmə qeyd edir ki, bu hal inzibati xəta törətmiş sürücü barədə sorğu ünvanlamış səlahiyyətli orqana məlumat verilməsini istisna etmir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs “Holcim (Azərbaycan)” ASC-dən sorğu ilə səlahiyyətli orqan tərəfindən müəyyən olunmuş müddətdə “HOWO TX 115257GWH46GE15” xüsusi təyinatlı markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə inzibati xəta törətmiş fiziki şəxs barədə məlumat verilməsi tələb edilmiş, xx.xx.2024-cü il tarixdə hüquqi şəxsə çatdırılsa da, ASC tərəfindən sorğuya cavab gecikmə ilə səlahiyyətli orqana göndərilmişdir. Bununla da “Holcim (Azərbaycan)” ASC hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “Holcim (Azərbaycan)” ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: “Holcim (Azərbaycan)” ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar