Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-321/2021 15.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, X2 iştirakı ilə, X2, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5, şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək Qaradağ RPİ-nin 10-cu PB-nin sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X5 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun və xx xxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətlərindən aydın olur ki, vətəndaş X5 xx xxxxx 2020-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsində karantin qaydalarını pozmuşdur. Məhkəmə iclasında iştirak edən X5 öz izahatında verdiyi şikayəti müdafiə edərək göstərmişdir ki, Bakı şəhəri, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə rəisi X3 tərəfindən xx xxxxx 2020- ci il tarixli MN ******* saylı qərar qəbil edilərək o, İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. O, “xxxx” ASC-nin Qaradağ rayon X8 və kanalizasiya şəbəkəsində gözətçi vəsifəsində işləyir və xx xxxxx 2020-ci il tarixdə ona xususi karantin dövründə buraxılış vərəqəsi verilmişdir. xx xxxxx 2020-ci il tarixdə o, saat 17:00 radələrində işdən evə qayıdarkən polis əməkdaşları onu evinin yaxınlığında saxlamış və onun xüsusi icazəsinin olub-olmamasını yoxlamışlar. Polislər onun icazəli olduğunu müəyyən etsələr də, ona narahat olmamağını, barəsində xəbərdarlıq olunacağını bildirərək protokola imza etməli olduğuna inandırmışlar. O, xüsusi karantin dövründə buraxılış vərəqəsi olduğu üçün protokola imza edərək çıxıb getmişdir. Həmin hadisədən təxminən 10 gün sonra onu 10-cu polis bölməsinə çağıraraq bu hadisə ilə əlaqədar cərimə ödəməli olduğunu bildirmişlər. Polis bölməsində tanımadığı polis əməkdaşlarına heç bir pozuntuya yol vermədiyini bildirərək həmin vaxt xüsusi buraxılışının olduğunu göstərmişdir. Bundan sonra polis bölməsində ona bu işə xitam veriləcəyini və çıxıb gedə biləcəyini bildirmişlər. Bu hadisədən uzun müddət keçdikdən sonra təxminən 10-15 gün bundan əvvəl onu Qaradağ rayon icra şöbəsinə çağıranda ona məlum olmuşdur ki, xx xxxxx 2020-ci il tarixdə onun barəsində İXM-nin 211-ci maddəsi ilə protokol tərtib edilmiş və həmin protokol əsasında o 100 manat məbləğində cərimə edilmişdir. Buna görə də yenidən 10-cu PB-nə gedərək barəsində qəbul edilmiş protokol və qərarın surətini çətinliklə də olsa alaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona rəsmi olaraq arayış verilmiş və arayış əsasında da o karantin dövründə işə gedib gəlmişdir. Odur ki, onun barəsində Qaradağ RPİ-nin 10-cu PB-nin sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq Qaradağ RPİ-nin 10-cu PB-dən nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasıı mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu, qərarı və ona əlavə olunmuş sənədləri, şikayətçinin izahatını araşdıraraq hesab edir ki, X5 barəsində Qaradağ RPİ-nin 10-cu PBnin sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda İXM-nin 100-cü maddəsinin tələbləri kobud şəkildə pozulmaqla inzibati xəta törətmiş X1 törətdiyi inzibati pozunutunun nədən ibarət olması (o cümlədən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, protokol tərtib edilərkən şəxsin iştirak edib-etməməsi, onun hüquq və vəzifələrinin izah edilməsi, inzibati xətanın törədilməsinin hansı sübutlarla müəyyən edilməsi və sair bir çox halları) müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Bundan başqa X2 məhkəməyə təqdim etdiyi və “xxxx” ASC-nin Qaradağ rayon Sukanal idarəsi tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli 24 saylı buraxılış vərəqəsinin surətindən aydın olur ki, “xxxx” ASC-nin Qaradağ rayon Sukanal idarəsinin su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin gözətçisi vəzifəsində işləyən X4 xüsusi karantin dövründə Qaradağ rayonunun inzibati ərazisində xidməti vəzifəsinin və tapşırıqların icrası ilə əlaqədar icazə verilir. “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli, 124 nömrəli Qərarının 1.1.8.-ci bəndinin tələbindən aydın olur ki, “dövlət əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin əməkdaşlarına (1 nömrəli əlavə)” xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarına 1 nömrəli əlavə : Əməkdaşları məhdud sayda işə cəlb edilməli olan dövlət əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin Siyahısı : 1. “xxxx” Açıq Səhmdar Cəmiyyəti. Göründüyü kimi, “xxxx” ASC-nin əməkdaşının həmin vaxt xidməti vəsiqəsi və ya iş yeri barədə arayışla hərəkət etməsinə icazəsi olmuşdur. Azərbaycn Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən və İXM-in 114, 115, 128-131ci və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikası İXM-in 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Qaradağ RPİ-nin 10-cu PB-nin sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-321/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-321/2021
15.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver