Məhkəmə qərarları › İş №3(002)-3224/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-3224/2024

26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-3224/2024 26.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 508-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Bakı Baş Gömrük İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X3 tərəfindən xx.xx.2024-cü il tarixdə az miqdarda , yəni ümumilikdə gömrük dəyəri 147.43 (bir yüz qırx yeddi manat qırx üç qəpik) olan 48 ədəd rusiya mənşəli, “Mors” nişanlı, 48 ədəd çin mənşəli Lost Mary” nişanlı, 25 ədəd rusiya mənşəli “Corgi” nişanlı, 56 ədəd rusiya mənşəli “Mişka” markalı, 16 ədəd rusiya mənşəli, “Elfbar” nişanlı, 03 ədəd rusya mənşəli “Hotspot markalı elektron siqaretlər üçün mayelər məcburi nişanlanmadan idxal edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və səlahiyyətli orqanın nümayəndəsi, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə, inzibati xəta haqqında materiala inzibati xəta haqqında protokolu tərtib edən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında materialı araşdıraraq məhkəmə hesab edir ki, X3 inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə hesab edir ki, X3 tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla və digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 508-ci maddəsinə əsasən Aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malların nişanlanmadan az miqdarda idxal edilməsinə görə-aksiz markası və ya məcburi nişanı olmayan mallar müsadirə edilməklə fiziki şəxslər səksən manatdan yüz iyirmi manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, X2 istinad edilən əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 508-ci maddəsi ilə düzgün tövsif edilmişdir vəonun barəsində həmin maddə ilə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat zamanı toplanmış sənədləri tədqiq edərək hesab edir ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 508-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində cərimə inzibati tənbeh növü tətbiq edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 508-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın predimeti olan mallar - ümumilikdə gömrük dəyəri 147.43 (bir yüz qırx yeddi manat qırx üç qəpik) olan 48 ədəd rusiya mənşəli, “Mors” nişanlı, 48 ədəd çin mənşəli Lost Mary” nişanlı, 25 ədəd rusiya mənşəli “Corgi” nişanlı, 56 ədəd rusiya mənşəli “Mişka” markalı, 16 ədəd rusiya mənşəli, “Elfbar” nişanlı, 03 ədəd rusya mənşəli “Hotspot markalı elektron siqaretlər üçün mayelər müsadirə edilməklə 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar