Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-323/2022 28.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis kapitanı X2, Qaradağ DYPŞ YPX inspektoru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə 11 avqust 1981-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad rayonu, Məmmədrzalı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-dən daxil olmuş materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan aydın olur ki, Şəxs 26 fevral 2022-ci il tarixdə, saat 17:15 radələrində Qaradağ rayonu, Lökbatan dairəsində YPX-nin əməkdaşının qanuni tələbinə tabe olmayaraq nəqliyyat vasitəsini dayanma qadağandır yol nişanı olan yerdən hərəkət etdirməyərək tabesizlik göstərmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 26 fevral 2022-ci il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis kapitanı X4 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 26 fevral 2022-ci il tarixdə, saat 17:15 radələrində Qaradağ rayonu, Lökbatan dairəsində YPX-nin əməkdaşının qanuni tələbinə tabe olmayaraq nəqliyyat vasitəsini dayanma qadağandır yol nişanı olan yerdən hərəkət etdirməyərək polisin qanuni tələbinə tabesizlik göstərmişdir. Nəticədə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 26 fevral 2022-ci il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ DYPŞ YPX inspektoru X3 bildirmişdir ki, 26 fevral 2022-ci il tarixdə 255 çağırışlı patrul avtomaşınında Bakı-Qazax yolunun 14-cü kilometrində xidmətdə olduğu zaman saat təxminən 17:15 radələrində “dayanmaq qadağandır” yol nişanının tələbini pozan sürücülərə protokol tərtib edərkən “Lada Priora” markalı P 869BB 71 dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsündən dəfələrlə maşının götürməsini tələb etsə də sürücü polisin qanuni tələblərinə tabe olmamışdır. Bundan əlavə sürücü onun şərəf və ləyaqətini alçaldan ifadələr işlətmiş, nəticədə hadisə yerinə ÇPA-nın əməkdaşları çağırılaraq sürücü 10-cu PB-ya aparılmışdır. Polis bölməsində həmin sürücünün Şəxs olduğu aydınlaşmışdır. Bütün bunlara əsasən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs öz izahatında qeyd etmişdir ki, 26 fevral 2022-ci il tarixdə etibarnamə ilə idarə etdiyi “Lada Priora” markalı P 869BB 71 dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhərinə gəlmiş, işlərini bitirdikdən sonra Bakı-Salyan şossesinin 14-cü kilometrində benzin pulunu çıxartmaq məqsədilə sərnişin götürmək qərarına gəlmişdir. Həmin yerdə dayanmaq qadağandır yol nişanı olsa da o, bu nişanı görməmişdir. YPX əməkdaşları bu əməlinə görə ona yaxınlaşaraq cərimə yazmışlar. O cərimə yazıldıqdan beş dəqiqə sonra müştərini götürmək istədikdə polis əməkdaşları ona polisin qanuni tələbinə tabe olmamasına görə irad bildirmiş və ÇPA əməkdaşlarını hadisə yerinə çağıraraq 10-cu PB-ya aparmışlar. O səhvini başa düşdüyünü, peşiman olduğunu və gələcəkdə belə hallara bir daha yol verməyəciyinə söz vermişdir. Bütün bunlara əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun şəhid ailəsinin üzvü olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-323/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-323/2022
28.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver