Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-323/2023 07.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük idarəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 492.1ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük idarəsindən "xxxx" MMC-nin (Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Babək, ev 27C) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara və inzibati xəta haqqında protokola əsasən, xx.xx.2022-ci il tarixdə Xocasən gömrük postunda, Belarus Respublikasından AZ1090, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanına daxil olmuş və **********7173 nömrəii, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yükü gətirən RENAULT markalı 42CG541/42ZA641 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirmək məqsədi ilə yaxınlaşan zaman nəqliyyat vasitəsinin yük bölməsində olan gömrük təminatının pozulduğu, yəni “AZ DGK 194” nömrəli plombun qırıq olduğu aşkar olunmuşdur. Daha sonra Xocasən gömrük postunda nəqliyyat vasitəsinin yük yeri açılaraq **********173 nömrəli, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş “ərzaqlıq kartof” yükünə baxış keçirilməsi zamanı mallar gömrük bəyannaməsi ilə eyniləşdirilmiş və malların gömrük bəyannaməsi iiə uyğun olduğu müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib edən orqan işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə AR İXM-nin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki "xxxx" MMC tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallarla tam təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat zamanı toplanmış sənədləri tədqiq edərək hesab edir ki, hüquqi şəxs olan "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin maddə ilə müəyyən edilmiş sanksiya çərçivəsində barəsində cərimə inzibati tənbeh növü tətbiq edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 1000 (min) manat məbləğində cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-323/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-323/2023
07.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver