Məhkəmə qərarları › İş №3(002)-3230/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-3230/2024

26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-3230/2024 26.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, X1 DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X3 DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, idarə etdiyi **-UT-*** qeydiyyat nişanlı X5 markalı nəqliyyat vasitəsi onun mülkiyyətindədir. DİN Baş Dövlət Yol Polisi İdarəsi Mərkəzi İnformasiya Sisteminin xx.xx.2024-cü il tarixli EQ 24212346 nömrəli protokolu və həmin protokolun əsasında qəbul edilmiş inzibati tənbehvermə haqqında qərara əsasən o Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, mopedlər və kiçik elektrik nəqliyyat vasitələrini idarə etmək, başqa vasitələrin yolun hərəkətindən kənarda ikinci və bir yerdə cərgələrdə dayanmasına və ya durmasına görə Lökbatan qəsəbəsi, Binə Ticarət Mərkəzinin qarşısında 80 manat məbləğində cərimə edilmişdir. Eyni zamanda 2 cərimə balı yazılmışdır. Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinə şikayət ərizəsi ünvanlasa da şikayəti nəticəsiz qalmışdır. İnzibati tənbehvermə haqqında qərarın surətini 09 dekabr 2024-cü il tarixdə əldə etmişdir. Hesab edir ki, tərtib edilmiş protokol qanunsuz və əsassızdır. Belə ki, onun avtomobilinin texniki nasazlıq səbəbindən həmin ərazidə dayanmışdır. Bu müddət cəmi 2 dəqiqə çəkmişdir. Avtomobilin mühərrikində nasazlıq yaranmış və avtomobil işə düşməmişdir. O yaxınlıqda dayanmış şəxsdən bununla bağlı köməklik istədiyi üçün ona bir neçə kəlmə söz demişdir. Daha sonra avtomobilini təkrartəkrar işə saldıqdan sonra avtomobilin mühərriki işə düşmüş və o da hərəkətinə davam etmişdir. Buna əsasən də hesab edir ki, barəsində protokol tərtib edilməsi qanunsuz olmuşdur. O həmin ərazidə özündən asılı olmayan səbəbdən, avtomobildə olan nasazlıq səbəbindən dayanmışdır. Qeyd edilənlərə əsasən barəsində tərtib edilmiş qərar əsassız olduğundan ləğv edilməsini və icraata xitam verilməsini xahiş edir. İnzibati protokol tərtib edən orqana və qərardan işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati protokol tərtib edən orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlərr. Məhkəmə AR İXM-nin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında şikayət ərizəsi təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar