Məhkəmə qərarları › İş №3(002)-3239/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-3239/2024

16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-3239/2024 16.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1957-ci ildə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 16 dekabr 2024-cü il tarixli MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, vətəndaş Şəxs 16 dekabr 2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, “Sədərək” TM-də polis əməkdaşlarının qanuni tələblərini pozmuşdur. Məhkəmə baxışı zamanı Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə rəisi, polis kapitanı X2 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, vətəndaş Şəxs barəsində dəfələrlə İXM-nin 442-ci maddəsi ilə protokol tərtib edilməsinə baxmayaraq o, yenə də pirotexniki vasitələrin satışı ilə məşğul olmuşdur. Qaradağ RPİ-nin 10-cu PŞ-nın əməliyyat müvəkkilləri onu 10-cu PŞ-na dəvət etmişlər. Şöbədə məlum olmuşdur ki, həmin şəxs vətəndaş Şəxsdur. Hazırda da protokolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında barəsində tərtib olunmuş protokolu qəbul etməyərək göstərmişdir ki, o, polisə heç bir müqavimət göstərməmiş, polisin hər hansı qanuni tələbini yerinə yetirməkdən imtina etməmişdir. Sadəcə pirotexniki vasitələrin satışı ilə məşğul olmuş və buna görə də barəsində İXM-nin 442-ci maddəsi ilə protokol tərtib edilmişdir. 16 dekabr 2024-cü il tarixdə 10-cu PŞ-nın əməkdaşları yaxınlaşaraq onu polis şöbəsinə aparmışlar. O, polislərə qarşı heç bir nalayiq ifadələr işlətməmiş və hər hansı bir qanunazid hərəkətlər törətməmişdir. Odur ki, barəsində olan inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında Şəxs yuxarıda qeyd olunan inzibati xətanı törətməsi öz təsdiqini tapmamış və bu barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Əksinə iş materiallarına əlavə edilmiş və inzibati protokolun yazılmasına əsas olmuş Qaradağ RPİ-nin 10-cu PŞ-nın baş əməliyyat müvəkkilləri Rəfail İmamverdiyevin və Rəşad Cavadzadənin 16 dekabr 2024-cü il tarixdə Qaradağ RPİ-nin 10-cu PŞ-nın rəisinə ünvanladığı raportda göstərilmişdir ki, 16 dekabr 2024-cü il tarixdə inzibati ərazidə xidmət aparan zaman xx.xx.1957-ci il təvəllüdlü vətəndaş Şəxs polisin qanuni tələblərinə tabe olmayaraq yenidən “Sədərək” TM-də pirotexniki vasitələrin satışı ilə məşğul olduğu müəyyən olunmuş və buna görə də həmin şəxsin barəsində tədbir görülməsi xahiş edilmişdir. Göründüyü kimi şəxsin barəsində faktiki aşkar edilmiş inzibati pozuntu ilə əlaqədar deyil, törətmədiyi inzibati xəta ilə əlaqədar barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin tələblərinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edildiyindən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar