Məhkəmə qərarları › İş №3(002)-324/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-324/2023

15.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-324/2023 15.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, X2 Bakı şəhər X6 İdarəsinin polis mayoru X1 tərəfindən tərtib olunmuş TP ******* saylı, 16 aprel 2022-ci il tarixli qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X3 Bakı şəhər X6 İdarəsinin polis mayoru X1 tərəfindən tərtib olunmuş TP ******* saylı, 16 aprel 2022-ci il tarixli qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər X6 İdarəsinin polis mayoru X1 tərəfindən protokol tərtib olunmuş və inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında TP ******* saylı, 16 aprel 2022-ci il tarixli qərarı ilə o, İXM-nin 332.2 və 327.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyildir. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində Yol Patrul Xidməti onun idarə etdiyi “Dacia Loğan” markalı, ** RJ *** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili saxlamışdır. Sənədi xarici olduğundan pandemiya ilə əlaqədar gedib yenisini ala bilməmişdir deyə sənəd təqdim edən bilməmişdir. Polis serjantı Əlikişiyev Nahid məlumat vermədən yerində protokol tərtib etmədən zorla maşını apararaq, baxış keçirtmədən akt tərtib etməmiş dayanacağa yerləşdirmişdir. İXM-nin 53.1.11 və 125.8-ci maddələrinə əsasən protokol 24 saat ərzində yazılmamışsa, sonradan cərimə və dəbbə pulu tələb edilə bilməz. Qeyd edilənlərə əsasən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş qərar əsassız olduğundan ləğv edilməsini və icraata xitam verilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2 və 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 Bakı şəhər X6 İdarəsinin polis mayoru X1 tərəfindən tərtib olunmuş TP ******* saylı, 16 aprel 2022-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi haqqında şikayət ərizəsi təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar