Məhkəmə qərarları › İş №3(002)-325/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-325/2023

04.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-325/2023 04.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, X1 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş EQ 11618927 saylı, 05 oktyabr 2022-ci il tarixli qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X2 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş EQ 11618927 saylı, 05 oktyabr 2022-ci il tarixli qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən protokol tərtib olunmuş və inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında EQ 11618927 saylı, 05 oktyabr 2022-ci il tarixli qərarı ilə o, İXM-nin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyildir. Belə ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xəqani-Rəşid Behbudov küçələrinin kəsişməsində hərəkətdə olduğu zaman elektron kamera onun “Dacia Loğan” markalı, ** RJ *** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilinə vəziyyəti nəzərə almayaraq cərimə yazılmışdır. Elektron poçt bölməsinə protokol göndərmişdir. Yolda tıxac olduğundan nizamlayıcı polisin göstərişi ilə avtobus yoluna girmişdir, lakin həmin yolda zibil maşınının iş gördüyünü görüb yolunu dəyişmiş və sonra sağ dönmə işığını yandırıb yola davam edərkən elektron kamera ona protokol göndərib, lakin vəziyyəti nəzərə almayıb. Qeyd edilənlərə əsasən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş qərar əsassız olduğundan ləğv edilməsini və icraata xitam verilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş EQ 11618927 saylı, 05 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi haqqında şikayət ərizəsi təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar