Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-326/2024 06.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X12 və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3, X14 Monitorinq İdarəsinin baş məsləhətçi müfəttişi Şakir Quliyevin, "xxxx" MMC-nin vəkili X4 iştirakları ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində (bundan sonra-”VYR Group” MMC) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1, 237.2 və 266.2-ci maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X12 və Təbii Sərvətlər İdarəsi "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1, 237.2 və 266.2-ci maddələri ilə MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərmişdir. Həmin inzibati xəta haqqında protokola əsasən "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1, 237.2 və 266.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X12 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 izahatında bildirmişdir ki, "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi ünvanında metal emalı sexin fəaliyyəti zamanı ətraf mühitə atılan tullantıların atmosfer havasının təmizlənməsi üçün qurğunun mövcud olmaması və bu qurğudan istifadə qaydalarının pozulması, eləcə də qurğudan istifadə edilməməsi nəticəsində tulantıların qalaqlanması və miqdarının normadan artıq olması müəyyən edilmişdir. Eyni zamanda 23 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında protokolda yanlışlıqla hüquqi şəxsin direktorunun adının qeyd edilməsinin Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarı ilə texniki səhv kimi qiymətləndirildiyini nəzərə alaraq, məhz hüquqi şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X14 Monitorinq İdarəsinin baş məsləhətçi müfəttişi Şakir Quliyev bildirmişdir ki, onun tərəfindən tərtib edilmiş 23 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında protokolda hüquqi şəxsin direktorunun adı texniki səhv nəticəsində qeyd olunmuşdur. Əlavə olaraq qeyd etmişdir ki, o, aparılan ilkin araşdırmalarda şəxsən iştirak etmiş, metal əritmə sexində ("xxxx" MMC) əmələ gələn tullantılar zərərsizləşdirilmədən atmosferə atıldığını müəyyən etmişdir. Bundan əlavə hüquqi şəxsə məxsus həmin sexdə müvafiq qurğunun mövcud olunmasına baxmayaraq, qurğu ümumiyyətlə quraşdırılmamış, bu halı onlar inzibati xətanın baş verdiyi sexə baxış keçirərkən hüquqi şəxsin direktoru bilavasitə etiraf etmiş, həmin vaxt ondan alınmış izahat isə inzibati iş üzrə icraat materiallarına əlavə olunmuşdur. Beləliklə, onlar tərəfindən aparılan araşdırma zamanı hüquqi şəxsə məxsus sexin fəaliyyəti nəticəsində ətraf mühitə atılan və axıdılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması, buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğudan aümumiyyətlə istifadə olunmaması və yaranmış tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi və həmin tullantıların ətrafa dağıdılması müəyyən edilmiş, bu barədə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin vəkili X7 inzibati orqanın nümayəndəsinin və X14 Monitorinq İdarəsinin baş məsləhətçi müfəttişinin izahatlarını qəbul etməyərək, sexin ətrafında müəyyən edilmiş metal məmulatlarının tullantı olmadığını, onların təkrar emal üçün nəzərdə tutulduğunu, bununla bağlı isə məhkəmədən ekspertiza təyin edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, sexdə olan qurğunun quraşdırılmamasına səbəb Azərbaycan Respublikasında müvafiq mütəxəssisin olmaması olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 11 X12 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1, 237.2 və 266.2-ci maddələri ilə MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi ünvanında metal emalı sexin fəaliyyəti zamanı ətraf mühitə atılan tullantıların atmosfer havasının təmizlənməsi üçün qurğunun mövcud olmaması və bu qurğudan istifadə qaydalarının pozulması, eləcə də qurğudan istifadə edilməməsi nəticəsində tulantıların qalaqlanması və miqdarının normadan artıq olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 11 X12 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 80941 nömrəli, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin KY ********* saylı xx.xx.2023-cü il tarixli çıxarışına və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X12 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli 230 saylı sərəncamına əsasən X8 məxsus metal sexində “Ətraf mühitin mühafizəsi” haqqında, “İstehsalat və məişət tullantıları” haqqında və “Atmosfer havasının mühafizəsi” haqqında qanunların tələblərinin yerinə yetirilməsi ilə bağlı növbədənkənar araşdırma aparılmışdır. X1 iştirak etmiş və araşdırma zamanı müəyyən edilmişdir ki, X13 8 saylı ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2017-ci ildə qeydiyyata alınaraq hüquqi şəxs kimi- "xxxx" MMC-nin (VÖEN: **********) Qaradağ rayonu, Salyan şosesi 63 ünvanında metal əritmə işləri ilə məşğul olur. Araşdırma aparılarkən "xxxx" MMC-yə məxsus metal əritmə sexində əmələ gələn atmosferə atılan tullantıların zərərsizləşdirərək atmosferə atılması təmin edilməmiş, buna səbəb isə müvafiq qurğudan istifadə edilməmə olmuşdur. Ətraf mühitin qorunmasına nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismarı qaydalarının pozulmasına və ya istifadə edilməməsi müəyyən edilmişdir. Belə ki, "xxxx" MMC-nin fəaliyyəti zamanı əmələ gələn təhlükəli və təhlükəsiz tullantı üçün hər hansı bir müqavilə mövcud deyildir. Hüquqi şəxsin fəaliyyətinə dair X10 rəyi yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 11 X12 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 000972 nömrəli, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, aparılan analiz ölçmə işləri sabit hava şəraitində saat 12:30-dan 13:15-dək “Ankat 64M3-03” səyyar cihazı vasitəsilə həyata keçirilmişdir. Ölçmənin nəticələrinə görə hüquqi şəxsə məxsus sexin sağ tərəfində CO-157 mq/m3 (norma 5,0mq/m3), sol tərəfində CO-19,1 mq/m3 (norma 5,0mq/m3) təşkil etmişdir və bu da ətraf mühit üçün yol verilən hədd normasından artıqdır, həmçinin araşdırma zamanı "xxxx" MMC-nin metal əritmə zavodunda qaz-toz tutucu təmizləyici qurğu quraşdırılmaması halə müəyyən edilmişdir. İş materiallarında olan 11 X12 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “Ətraf mühitin mühafizəsi haqqında” Azərtbaycan Respublikasının qanununun tələblərinin pozulması hallarının aradan qaldırılması üçün məcburi göstərişdən görünür ki, verilmiş tapşırıqların yerinə yetirilməsi barədə xx.xx.2023-cü il tarixədək idarəyə məlumat verilməsi öhdəliyi "xxxx" MMC-nin üzərinə qoyulmuş, əks təqdirdə inzibati qanunvericiliyə uyğun olaraq barəsində tənbeh tədbiri tətbiq ediləyəcinə dair xəbərdarlıq edilmişdir. İş materiallarında olan 28 noyabr 2023-cü il tarixli, MN №1440755 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 rayonu, Salyan şossesi ünvanında, "xxxx" MMC-yə verilmiş C-MG/2623-057 nömrəli, xx.xx.2023-cü il tarixli icrası məcburi olan məcburi göstərişin tələblərinin yerinə yetirilməməsinə görə Azərbaycan Respublikası İXM-in 541.1-ci maddəsilə təqsirli bilinib 3000 (üç min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan X5 izahatından görünür ki, o, müəssisədə qaz-toz təmizləyici qurğunun mövcud olduğunu, lakin hazırda istismara verilmədiyini, həmçinin müəssisənin fəaliyyəti zamanı tullantıların təkrar emala verildiyini, bu səbəbdən yaranan tullantıların miqdarının çox olmadığını, həmin tullantıların da tullantı urnalarına atıldığını qeyd etmişdir. Həmçinin, göstərmişdir ki, çirkab su istehsalatda yaranmır, məişət tullantı suları kanalizasiyaya axıdılır, az miqdarda olan tullantı üçün isə müvəqqəti saxlama yeri mövcud deyildir. Bundan başqa qeyd etmişdir ki, müəssisənin fəaliyyətinə dair "X10" rəyi yoxdur, müəssisənin təbii su hövzələrinə hər hansı bir çirkab su axıdılmır. İş materiallarında olan fotoşəkillərdən görünür ki, "xxxx" MMC-yə məxsus metaləritmə sexində daş, dəmir və digər növ tullantılar ətrafa dağıdılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2203/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Qaradağ rayon məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli qərardadı "xxxx" MMC barəsində tərtib olunmuş protokolda göstərilən hərəkətlərə yol verilib-verilməməsinin aydınlaşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün inzibati xəta haqqında protokolda qeyd olunan halların araşdırılmasının mühüm əhəmiyyət kəsb etməsi nəzərə alınaraq ləğv edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 3(103)-31/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarına əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(002)-1934/2023 saylı qərardadı ləğv edilmiş, inzibati xəta haqqında işin baxılması üçün maraqlı tərəflərin arqumentlərinə onların iştirakı ilə hüquqi qiymət verilməsi qaçınılmaz olduğundan, apelyasiya mərhələsində həmin hüquqi dəyərləndirmənin aparılması istisna edilməklə, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə hər iki tərəfin məhkəmə icraatında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X12 və Təbii Sərvətlər İdarəsinin təqdim etdiyi inzibati xəta haqqında iş üzrə icraat materialları müqayisəli təhlil olunaraq iş üzrə zəruri hallar araşdırılmalı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirliliyi və ya onun təqsirsizliyi məhkəmədə müəyyən edilib, əldə edilən nəticədən asılı olaraq qərar qəbul edilməsi üçün Qaradağ Rayon Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə- vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 237.2-ci maddəsinə əsasən ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə- fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə- vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1, 237.2 və 266.2-ci maddələrində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Məhkəmə ilk növbədə qeyd edir ki, təqdim olunmuş iş materiallarından və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla "xxxx" MMC-yə məxsus metaləritmə sexinin fəaliyyəti zamanı yaranan tullantıların qalaqlanmadığı, onların zərərsizləşdirilməsi məqsədilə xüsusi yerlərin mövcud olmaması faktı təsdiqini tapmışdır. Bundan əlavə həmin sexin fəaliyyəti zamanı ətraf mühitə buraxılan tullantının qarşısının alınması məqsədilə müvafiq qurğu mövcud olsa da həmin qurğu ümumiyyətlə quraşdırılmamış, bu halı hüquqi şəxsin nümayəndəsi izahatı zamanı da etiraf etmişdir. Həmçinin, inzibati araşdırma zamanı səlahiyyətli orqan tərəfindən rəsmi qaydada hüquqi şəxs "xxxx" MMC-yə məlumat verilmiş və 28 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 rayonu, Salyan şossesi ünvanında, "xxxx" MMC-yə verilmiş C-MG/2623-057 nömrəli, xx.xx.2023-cü il tarixli icrası məcburi olan məcburi göstərişin tələblərinin yerinə yetirilməməsinə görə Azərbaycan Respublikası İXM-in 541.1-ci maddəsilə təqsirli bilinib 3000 (üç min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmçinin, inzibati xəta haqqında iş üzrə icraat materialına əlavə olunmuş "xxxx" MMC-nin direktoru X5 ərizəsindən görünür ki, o, səlahiyyətli orqan tərəfindən aparılan araşdırma zamanı aşkar edilmiş pozuntu hallarını etiraf edir. Bundan başqa məhkəmə "xxxx" MMC-nin məhkəmə iclasında iştirak etdiyi nümayəndəsinin ekspertiza keçirilməsi barədə vəsatəti ilə bağlı hesab edir ki, səlahiyyətli orqanın araşdırma apardığı vaxtdan məhkəmə iclasının keçirildiyi vaxtadək 6 aydan artıq müddət keçmiş, həmin vaxt sexin ərazisində müəyyən edilmiş, məhz həmin tullantıların ekspertizaya təqdim edilməsi və ekspertlərin doğru nəticəyə gəlmələrinin mümkünlüyü az inandırıcıdır. Həmçinin, inzibati xəta hadisəsinin törədildiyi ərazidə şəraitin və vəziyyətin dəyişməsini nəzərə alaraq, məhkəmə vəsatətin təmin edilməməsi qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X12 və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi ünvanında metal emalı sexin fəaliyyəti zamanı ətraf mühitə atılan tullantıların atmosfer havasının təmizlənməsi üçün qurğunun mövcud olmaması və bu qurğudan istifadə qaydalarının pozulması, eləcə də qurğudan istifadə edilməməsi nəticəsində tulantıların qalaqlanması və miqdarının normadan artıq olması halları müəyyən edilərək, aparılmış araşdırma nəticəsində xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1, 237.2 və 266.2-ci maddələri ilə təqsirli bilinərək onun barəsində 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1, 237.2 və 266.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən 20000 (iyirmi min) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-326/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-326/2024
06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver