Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-327/2023 22.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru X2, DİN-in BDYPİ-nə bilavasitə tabe olan komendant xidmətinin polis nəfəri, polis serjantı X8, ƏÇPA-nın 10-cu patrul bölüyünün polis nəfərləri, polis serjantı X1 və X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1963-cü ildə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət X4 Mərkəzində əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 22 fevral 2023-cü il tarixli MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, vətəndaş Şəxs 22 fevral 2023-cü il tarixdə, saat 14:10 radələrində Bakı şəhəri, Qaradağ rayonu, “Meyvəli” TM-nin yaxınlığında yerləşən BDYPİ-nin Qİİ-in binasında polis əməkdaşlarının iş rejimi pozmuşdur. Məhkəmə baxışı zamanı Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis mayoru X6 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, ƏÇPA-nın 10-cu patrul bölüyünün polis nəfərləri, polis serjantı X5 və X7 22 fevral 2023-cü il tarixdə, saat 14:10 radələrində DYPİ-nin imtahan qeydiyyat şöbəsindən verilən şikayətlə əlaqədar həmin ünvana yaxınalaşarkən bir nəfər vətəndaşın səs küy saldığını və polisin iş rejimini pozduğunun şahidi olmuşlar. Onlar həmin şəxsin 10-cu PB-ya gətirilməsini təmin etmiş, bölmədə həmin vətəndaşın Şəxs olduğu müəyyən olunmuşdur. Hazırda da protokolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan komendant xidmətinin polis nəfəri, polis serjantı X11 öz izahatında göstərmişdir ki 22 fevral 2023-cü il tarixdə, işlədiyi Qaradağ rayonu, “Meyvəli” TM-nin yaxınlığında yerləşən BDYPİnin Qİİ-in binasında nahardan öncə növbəliliyi təmin edərkən Şahin adlı vətəndaş növbə gözləməyərək dörd-beş nəfər şəxsdən qabağa keçmiş, ona növbəsini gözləməsini bildirdikdə isə özünün İqtisadiyyat Nazirliyinin əməkdaşı olmasını bildirmiş, ona qarşı kobudluq edərək hədələyici ifadələr işlətmişdir. O da məcbur olub ƏÇPA-nın əməkdaşlarını hadisə yerinə çağırmışdır. O öz izahatında daha sonra göstərmişdir ki, qeyd olunan inzibati bina təhlükəsizlik kameraları ilə təchiz edilsə də hadisəni özündə əks etdirən videogörüntü müəyyən edilərək iş materiallarına əlavə edilməmişdir. Hal-hazırda inzibati xəta törədən şəxsə qarşı şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən ƏÇPA-nın 10-cu patrul bölüyünün polis nəfəri, polis serjantı X5 öz izahatında qeyd etmişdir ki, 22 fevral 2023-cü il tarixdə, saat təxminən 14:10 radələrində inzibati ərazidə xidmət apararkən daxil olmuş məlumatla əlaqədar BDYPİ-nin Qaradağ rayonunun “Meyvəli” TM-nin yaxınlığında yerləşən Qİİ-in binasına yaxınlaşmış, ona verilən məlumata görə idarədə səs-küy yaradan və iş rejimini pozan vətəndaşa yaxınlaşaraq özlərini təqdim edərək onu 10-cu Polis Bölməsinə aparmışlar. Bölmədə həmin şəxsin Şəxs İsgəndər oğlu olduğu məlum olmuşdur. Lakin onlar həmin əraziyə yaxınlaşarkən şəxsin inzibati pozuntusunun şahidi olmamışlar. Məhkəməcə iclasında iştirak edən ƏÇPA-nın 10-cu patrul bölüyünün polis nəfəri, polis serjantı X7 oxşar ifadə verərək göstərmişdir ki, daxil olmuş məlumat əsasında qeyd olunan əraziyə yaxınlaşarkən sonradan adını bildiyi Şəxs İsgəndər oğlunu bölməyə dəvət etmişlər. Lakin həmin şəxsin inzibati pozuntu törətməsinin şahidi olmamışdır. Məhkəmə iclasında iştirak edən Şəxs barəsində tərtib olunmuş prtokolu qəbul etməyərək izahatında göstərmişdir ki, o X9 Publik Hüquqi şəxsində əməyin mühafizəsi üzrə mühəndis işləyir. 22 fevral 2023-cü il tarixdə BDYPİ-nin Qaradağ rayonunun, “Meyvəli” TM-nin yaxınlığında yerləşən BDYPİ-nin Qİİ-nə işlədiyi İqtisadiyyat Nazirliyinə məxsus olan maşını qeydiyyata salmaq üçün getmişdir. Saatlarla gözləməsinə baxmayaraq orda növbəliliyi təşkil edən polis əməkdaşı ona növbə verməmişdir. Həmin polis əməkdaşı istədiyi şəxsləri tanışlıq əsasında növbədənkənar önə salaraq digərlərini gözlədirmiş, o da bundan təngə gələrək polis əməkdaşına yaxınlaşmış və sıravi vətəndaşları da növbəyə salmasını xahiş etmişdir. Bu zaman polis əməkdaşı onu yandakı, içərisində kamera olmayan otağa salaraq yaxasından tutmuş və ona hədə-qorxu gəlmişdir. O bu zaman polisə heç bir müqavimət göstərməmiş, sadəcə sonradan ona yaxınlaşaraq onun ad və soyadını soruşmuş və onunla bağlı 102 xidmətinə xəbər verəcəyini bildirmişdir. Bundan hiddətlənən polis isə “sənin üstünə naryad çağıracam” deyərək onu hədələmişdir. Bundan az sonra ona ƏÇPA əməkdaşları yaxınlaşaraq onu polis bölməsinə aparmışlar. O, polislərə qarşı heç bir nalayiq ifadələr işlətməmiş və hər hansı bir qanunazid hərəkətlər törətməmişdir. Odur ki, barəsində olan inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında Şəxs yuxarıda qeyd olunan inzibati xətanı törətməsi öz təsdiqini tapmamış və bu barədə məhkəmə heç bir sübut təqdim edilməmişdir. O cümlədən videogörüntülər də iş materiallarına əlavə edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin tələblərinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edildiyindən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-327/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-327/2023
22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver