Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-3280/2024 24.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinin böyük icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala baxaraq, m ü ə y y ə n e t d i m: Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara və inzibati xəta haqqında protokola əsasən, Bakı şəhəri 8 saylı Notariat Kontorunun 8İ-9092 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Şəxs 3525 manat məbləğində borc tutularaq X1 xeyrinə ödənilməlidir. Qaradağ rayon İcra şöbəsinin icra məmuru X3 məhkəmə iclasında bildirmişdir ki, Şəxs dəfələrlə icra sənədinin icrası tələb edilsə də imkanı olmadığı üçün borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Borclu icra sənədini qərəzli şəkildə icra etməkdən yayınır. Şəxs 3525 manat borcu vardır. Zərərçəkmiş borcunu tam olaraq tələb edir. Qeyd olunanlara əsasən Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, icra məmurundan vəkillə təmin edilməsini bildirsə də, müdafiə hüququ pozulmuşdur. Qeyd edilənlərin nəzərə alınmasını və barəsində tərtib edilmiş protokolun geri qaytarılmasını xahiş edir. Məhkəmə verilmiş izahatları nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, inzibati araşdırılma zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkillə təmin edilmədiyi və onun müdafiə hüququ pozulduğu müəyyən edilmişdir. Bundan başqa MN ******* saylı xx.xx.2024-cü il tarixli protokol nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, həmin protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumatlar, zərərçəkmiş şəxs haqqında məlumatlar qeyd edilməmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinə müvafiq olaraq protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, zərərçəkmiş şəxs haqqında məlumatlar, yəni ünvanı qeyd edilməlidir. İXM-in 109.1.6-cı maddəsinə müvafiq olaraq protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, məhkəmə, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 109 və 111-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə görə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-3280/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-3280/2024
24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver