Məhkəmə qərarları › İş №3(002)-3286/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-3286/2024

26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-3286/2024 26.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, X1, Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1971-ci ildə Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Qubadlı rayonu, Aşağı Cibikli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 26 dekabr 2024-cü il tarixli MN ******* saylı protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Qeyd olunan protokoldan aydın olur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1479/2016 saylı 16 avqust 2016-cı il tarixli icra sənədinə əsasən Şəxs X3 xeyrinə 34583,35 ABŞ dolları tutularaq ödənilməlidir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X5 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1479/2016 saylı 16 avqust 2016-cı il tarixli icra sənədinə əsasən Şəxs və X6 34583,35 ABŞ dolları məbləğində borcun tutularaq X4 ödənilməsi qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada 02 may 2017-ci il tarixdə icraata başalamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu Şəxs məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyi üçün Qaradağ rayon məhkəməsinin 09 yanvar 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Qeyd olunan hökmdən apellyasiya şikayəti verilsə də Bakı Apellyasiya Məhkəməsinin 15 aprel 2019-cu il tarixli qərarına əsasən Qaradağ rayon Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra da borclu dəfələrlə iznibati məsuliyyətə cəlb olunmuş, sonuncu dəfə, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 3(002)-2825/2024 saylı, 25 sentyabr 2024-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borclunun bu günə təqribən 8425 ABŞ dolları məbləğində borcu vardır. Belə ki, borclu inzibati həbsdən çıxdıqdan sonra yüz əlli manat ödəniş etmişdir. Bundan başqa borclu müharibə veteranı kimi 80 manat pensiya aldığına görə həmin pensiya məbləğinin 50 %-nin yarısı, yəni 20 manatı bu iş üzrə, qalan 20 manatı isə digər bank borcuna görə tutulur. Lakin bundan başqa dəfələrlə ona xəbərdarlıq edilməsinə baxmayaraq borclu yaranmış borcunun ödənilməsi üçün heç bir cəhd göstərməmişdir. Odur ki, protokolu müdafiə edərək borclu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X7 öz izahatında bildirmişdir ki, Şəxs məqsədli şəkildə borcun ödənilməsinən yayınır, ona olan borcunu ödəmək fikri yoxdur. Sonuncu dəfə inzibati həbsdən çıxdıqdan sonra borclu tərəfindən yüz əlli manat məbləğində pulun ödənilmiş, o isə bu pul məbləğinin qəbul bir daha borclunun yaranmış borcunu ödəməyəcəyini və onun bu işə ümumiyyətlə laqeyd yanaşmasını göstərir. İndiyədək ödənilmiş borcu isə digər borclu X9 tərəfindən ödənilmişdir. Odur ki, borclunun barəsində ən ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, sonuncu dəfə inzibati həbsdən çıxdıqdan sonra borcundan 150 manat ödəniş etmişdir. Bundan başqa müharibə veteranı kimi aldığı 80 manat pensiya məbləğinin 50 %-nin yarısını, yəni 20 manatı hər ay yuxarıda qeyd olunan borcun ödənilməsinə yönəldilir. Bütün bu qeyd etdiklərinin nəzərə alınaraq iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs barəsində eyni fakt üzrə inzibati tənbeh etmək haqqında qərar olduğundan başlanmış icraata isə xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında il ərzində bir neçə qərar artıq mövcuddur. O cümlədən sonuncu dəfə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 3(002)-2825/2024 saylı, 25 sentyabr 2024-cü il tarixli qərarından aydın olur ki, Şəxs yuxarıda qeyd olunan icra işi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilmiş, həbs müddətinin əvvəli 25 sentyabr 2024-cü il tarixdən, saat 17:45-dən hesablanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törtəməsinə dair iş üzrə icraata İXM-nin 53.1.7-ci maddəsinə əsasən xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar