Məhkəmə qərarları › İş №3(002)-329/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-329/2021

04.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-329/2021 04.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis mayoru X1, Müdafiəçi- Bakı şəhəri 10 saylı Vəkil bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixində Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Kürdəmir rayonunda qeydiyyatda olmaqla, Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsindən daxil xx xxxxxx 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2021-ci il tarixdə Şəxs oğlu qanunsuz olaraq narkotik vasitə olan istehlak etmiş, xx.xx.2021-ci il tarixində saat 13:40-da keçirilən tibbi müayinə nəticəsində onun sidiyində AMP, MET (metamfetamin) aşkar edilmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PBnin sahə inspektoru, polis leytenantı X2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Qaradağ RPİ-nin 10-cu polis bölməsinin sahə inspektoru polis leytinantı Əfqan Əliyev və bölmənin CAŞ üzrə baş əməliyyat müvəkkili polis mayoru Emin İsmayılov xx.xx.2021-ci il tarixdə əməliyyat qrupunda xidmətdə olan zaman daxil olmuş məlumat əsasında Lökbatan qəsəbəsi, Heybət stansiyası adlanan əraziyə yaxınlaşmışlar. Bu zaman orada bir nəfər şəxsin münaqişə yaratdığını görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər, həmin şəxs əməkdaşlara verilən sualları dolğun cavablandıra bilməmiş, həmçinin həmin şəxsin narkoloji sərxo olması onlarda şübhə yaratdığı üçün həmin şəxsi bölməyə dəvət edilmişdir. Sonra polis əməkdaşları onu Respublika Narkoloji Mərkəzinə aparmışlar və müayinə nəticəsində onun sidiyindən götürülən nümunələrdən onun AMP, MET, OPİ istifadə etməsi müəyyən edilmişdir. Şəxs üzərindən narkotik maddə aşkar edilmədiyindən və tibbi müayinə nəticəsində onun sidiyində AMP (+)müsbət, MET (+)müsbət, OPİ (+) aşkar edildiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə protokol tərtib edolərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heybət stransiyasının yanında meyvəli bazarında adını bilmədiyi mühafizəçi ilə söz mübahisəsi olmuş, bir neçə dəqiqədən sonra polis işçiləri ona yaxınlaşıb özlərini təqdim etmiş və onu 10-cu polis bölməsinə dəvət etmişlər. Sonra polis əməkdaşları onu Respublika Narkoloji Mərkəzinə aparmışlar və müayinə nəticəsində onun sidiyindən götürülən nümunələrdən onun narkotik vasitə istifadə etməsi müəyyən edilmişdir. O, narkotik maddəni müayinə edilməmişdən əvvəl həmin gün Lökbatan qəsəbəsində, Heybət stransiyasının yanında olduğu zaman istehlak etmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Bir daha belə hala yol verməyəcəyinə söz verir. Məhkəmədən onun barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis leytenantı Əfqan Əliyev və Cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Emin İsmayılov tərəfindən Qaradağ RPİ-nin 10-cu PB-nin rəisi, polis polkovniki Nizami Novruzova ünvanlanmış xx.xx.2021-ci il tarixli raportdan görünür ki, Qaradağ RPİ-nin 10-cu polis bölməsinin sahə inspektoru polis leytinantı Əfqan Əliyev və bölmənin CAŞ üzrə baş əməliyyat müvəkkili polis mayoru Emin İsmayılov xx.xx.2021-ci il tarixdə əməliyyat qrupunda xidmətdə olan zaman daxil olmuş məlumat əsasında Lökbatan qəsəbəsi, Heybət stansiyası adlanan əraziyə yaxınlaşmış, bir nəfər şəxsin münaqişə yaratdığını görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər, həmin şəxs ona verilən sualları dolğun cavablandıra bilməmiş, onun narkoloji sərxo olması onlarda şübhə yaratdığı üçün həmin şəxs bölməyə dəvət edilmişdir. narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli 350 nömrəli aktdan görünür ki, müayinə nəticəsində Şəxs sidiyində AMP (+)müsbət, MET (+)müsbət, OPİ (+)müsbət aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.2-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 31.4-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 206-cı maddəsinə əsasən Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati protokolu tərtib etmiş şəxsin izahatı, narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli 350 nömrəli aktdan, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli (İXM-nin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla). Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 48-51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 30 (otuz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli xx xxxxxx 2021-ci il tarixdən, saat 17:50-dən hesablanmaqla həbs müddətinin sonu xx xxxx 2021-ci il , saat 17:50 müəyyən edilsin. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon polis İdarəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar