Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-329/2023 03.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Naxçıvan MR, Şərur rayonu, Muğancıq Mehrab kənində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə Bakı şəhəri X2 üzrə Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə 15 fevral 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin 14 noyabr 2022-ci il tarixli “cinayət işinin başlanmasınını rədd edilməsi barədə” qərarına əsasən Şəxs tərəfindən qeydiyyata durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən olunmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin nümayəndəsi Nümayəndə çıxış edərək bildirmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair protokol tərtib edilərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirmişdir ki, Gömrük idarəsinin qarşısında broker xidmət ilə fəaliyyət göstərir. Ölkəyə maşın gətirən şəxslərin gömrükdə olan sənədləşmə işlərinə yardım etməklə məşğul olur. Əməkdaşlıq etdiyi şirkətin məhsullarını gömrükdən çıxarmışdır. Bundan sonra vergi xidmətindən ona bildiriş göndərilərək vergi orqanına çağrılmışdır. X3 Məcəlləsinin 398-ci maddəsi ilə dövlət qeydiyyatına alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün barəsində protokol tərtib edilmişdir. Ancaq rəsmi olaraq protokol ona təqdim edilməmişdir. Göstərilənləri nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edildiyi vaxtdan 3 ay keçdikdən sonra inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərildiyindən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14 noyabr 2022-ci il tarixli qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14 noyabr 2022-ci il tarixli qərara əsasən müəyyən edilir ki, Şəxs dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olması nəticəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə F.Cəfərlinin xəbəri olmadan onun adına ölkəyə 168.139,10 ABŞ dolları dəyərində müxtəlif malları idxal edib satmaqla gəlir əldə etmişdir. Həmin sahibkarlıq fəaliyyəti nəticəsində F.Cəfərlinin dövlət büdcəsinə vergilər üzrə ümumilikdə 18.148,86 manat (14.882,03 manat vergi, 3.266,83 manat faiz) borcu yaranmışdır. Dövlət büdcəsinə yayındırılmış məbləğ cinayət tərkibi yaratmadığından qərarın surəti Şəxs inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün Dövlət Vergi Xidmətinə göndərilmişdir. İş materiallarında olan 26 dekabr 2022-ci il tarixli qərardaddan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarında olan 15 fevral 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin 14 noyabr 2022-ci il tarixli “cinayət işinin başlanmasınını rədd edilməsi barədə” qərarına əsasən Şəxs tərəfindən qeydiyyata durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən olunmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları,eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar 14 noyabr 2022-ci il tarixdə qəbul edilsə də inzibati orqan tərəfindən inzibati xəta haqqında protokol qanunvericilikdə müəyyən olunmuş 3 ay müddət ötürülməklə yəni 15 fevral 2023-cü il tarixdə tərtib olunaraq məhkəməyə təqdim olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərədə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın qəbul edildiyi vaxtdan 3 ay müddət keçdikdən sonra inzibati xəta haqqında protokol tərtib edildiyindən, inzibati xəta haqqında iş üzrə icraatın başlanıla bilmədiyini nəzərə alaraq, icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40-43, 48-51, 53, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə təqsirli bilinsin və həmin Məcəllənin 53.1.6-cı maddəsinin tələblərinə əsasən başlanılmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-329/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-329/2023
03.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver