Məhkəmə qərarları › İş №3(002)-329/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-329/2024

08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-329/2024 08.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Şikayət vermiş şəxs X7 Azərbaycan Respublikası ƏƏSMN yanında X16 Xidməti Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X8 iştirakları ilə, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* saylı İnzibati tənbeh haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 X16 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh haqqında qərarın ləğv olunmasını barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı Qərarla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 4.000 (dörd min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. xx.xx.2023-cü il tarixdə X9 təsadüfən iş axtararaq onun işlətdiyi daş karxanasına gəlmişdir. O, X5 əvvəllər tanımamışdır. Ondan hansı işi bacardığını soruşmuş, o isə bildirmişdir ki, daş karxanasında şırımaçan qurğunu işlətməyi bacarır. Beləliklə, onunla razılaşdığı işin öhdəsindən gəlib-gəlməyəcəyindən əmin olmaq məqsədilə əmək müqaviləsini bağlamadan sınaq müddəti kimi işləməsinə sövdələşmişlər. İşinin öhdəsindən gələ biləcəyi təqdirdə onunla əmək müqaviləsi bağlamağı düşünmüşdür. xx.xx.2023-cü il tarixdə isə X10 onun işlətdiyi daş karxanasında xeyli uzaqda, ona aid olmayan ərazidə X4 idarə etdiyi "XCMG" ZL 50 markalı mini yükləyicini geriyə doğru hərəkət etdirən zaman altında qalaraq vəfat etmişdir. X6 işçi kimi götürməmiş və buna görə də aralarında əmək müqaviləsi bağlanmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq X16 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X2 çıxışı zamanı verilmiş şikayətin dəlillərinə uyğun surətdə izahat verərək, onun işlətdiyi daş karxanasına işləmək üçün gələn fəhlələrin günəmuzd və 2-3 günlük işləmək üçün müraciət etdiyini və bu səbəbdən onların hər biri ilə müvəqqəti rəsmi əmək müqaviləsi bağlaya bilmədiyini bildirdi. Həmçinin, X9 ilə də əmək müqaviləsi bağlamaq niyyətində olmuşdur. Sadəcə sınaq müddəti tətbiq etmək məqsədilə bunu ertələmişdir. Qeyd olunanları nəzərə alaraq, X16 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X16 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X15 izahatında bildirmişdir ki, X9 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X13 tərəfindən əmək müqaviləsi bağlanılmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmədən şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə proses iştirakçılarının izahatını dinləyib, xx.xx.2023-cü il tarixli 23-1- 2-2/313-0242-1 saylı inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı, inzibati xəta haqqında materialı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, X13 tərəfindən verilmiş şikayət rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 4000 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan xx.xx.2023-cü il tarixli 23-1-2-2/313-0242-1 saylı inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarından, inzibati tənbeh vermə haqqında qərar, qərardan şikayət vermiş şəxsin izahatı və digər iş materialları ilə sübuta yetirilmiş və şikayətçi tərəfindən qeyd edilən pozuntunun törədilməməsini təsdiq edən hər hansı əsaslı sübut məhkəməyə təqdim edilməmişdir. Şikayətdə göstərilən dəlillər iş materialları ilə təkzib olunduğundan məhkəmə verilmiş şikayəti əsassız hesab edir və təmin edilməsi üçün əsasların olmaması qənaətinə gəlir. Bununla yanaşı, məhkəmə X11 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təyin edilmiş inzibati cərimənin məbləğini törədilmiş inzibati xətanın xarakterinə, inzibati xəta törədən şəxsin əmlak vəziyyətinə uyğun hesab etməməklə onun məsuliyyətini ağırlaşdıran halların olmadığı halda ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş tənbehin maksimum həddinə yaxın tənbeh tətbiq edilməsini ədalətli hesab etmir və cərimənin məbləğinin azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edirəm ki, şikayət təmin edilməməli, X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərar dəyişdirilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137- ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar