Məhkəmə qərarları › İş №3(002)-330/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-330/2021

16.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-330/2021 16.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində İXM-nin 505-ci maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati materiala, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən “Şəxs MMCnin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş 00100-0152/21 saylı xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan və protokola əlavə edilmiş sənədlərdən aydın olur ki, ünvan 1 mənzil 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasının “X4 Dış. Tic. LTD. ŞTİ” şirkətindən 54H5874/54H5875 nömrə nişanlı yük avtomaşınında İHR**********002 nömrəli xx.xx.2021-ci il tarixli invoys sənədi ilə daxil olmuş mallar Bakı Baş Gömrük İdarəsində **********6587 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair təqdim edilmiş mal-müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİFMN üzrə **********, **********, **********, ********** kodlar altında “0” % gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİFMN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədi ilə Mərkəzi Gömrük Ekspertizası İdarəsinə 1400-012/0xx-xx/000439 nömrəli xx.xx.2021-ci il tarixli məktubla müraciət olunmuş, həmin İdarədən Bakı Baş Gömrük İdarəsinə göndərilmiş 2200-017/0xx-xx/000339 nömrəli xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs MMC-nin ünvanına İHR**********002 nömrəli xx.xx.2021-ci il tarixli invoys sənədi üzrə idxal olan yüklər XİFMN görə aşağıdakı kimi sinifləşdirilir: İnvoys Malın adı XİF MN kodu nömrəsi İHR**********002 nömrəli invoys 1, 19, 22, 26, 54, 56- Yük nəqliyyat vasitəsi üçün 8708 30 990 0 58, 60, 61-ci mövqelər əyləc sisteminin hissələriüzrə dartıcı halqalar 2, 4, 10-12, 14-17, 36, Qara metaldan iynəşəkilli 8482 40 000 0 37, 49, 55, 59, 64-cü diyircəkli diyirlənmə yastıqları mövqelər üzrə 3, 7-9, 13, 18, 20, Qara metaldan ötürücü qutu 8708 40 990 0 21, 23, 32-34, 50, üçün araqatlar 51, 66-ci mövqelər üzrə 5,62-cı mövqelər Razin araqat 4016 93 000 9 üzrə 6, 24, 25, 27-31, 35, Qara metaldan ötürücü qutu 36, 38-43, 47, 48, üçün dişli çarxlar 52, 53, 65-ci mövqelər üzrə Qara metaldan ötürücü 8708 40 990 0 44-46-cı mövqelər qutunun sürəti tənzimləyən üzrə hissələr 63, 67-ci Ötürücü qutu üçün üst mövqelər üzrə hərəkət rıçaqı Bununla da, Mərkəzi Gömrük Ekspertizası İdarəsinin rəyinə əsasən malların yuxarıda qeyd edilən cədvəldə göstərildiyi kimi sinifləşdirildiyi təqdirdə Şəxs MMC-nin idxal gömrük rüsumu üzrə 136,00 manat, ƏDV üzrə 24,48 manat, elektron gömrük xidməti haqqı üzrə 35,00 manat, elektron gömrük xidməti üzrə ƏDV 5,40 manat olmaqla ümumilikdə 200,88 manat məbləğində əlavə gömrük ödənişlərinə cəlb edilməli olduğu müəyyən edilmişdir. Beləliklə də, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MMC **********6587 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi üzrə ümumilikdə 200,88 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Bildirilir ki, **********5943 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə 5654,67 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınma faktına görə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100-2485/20 saylı iş üzrə icraat başlanılmışdır. İlk dəfə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs Şəxs MMC barəsində 00100-2485/20 nömrəli iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndinə əsasən 00100/2521 nömrəli xx.xx.2020-ci il tarixli Qərarla xitam verilmişdir. Beləliklə də, şəxsin ilk dəfə inzibati xəta törətmiş şəxs hesab edilməsi və inzibati məsuliyyətə cəlb edilməmiş sayılması üçün tələb olunan 1 il müddət keçmədən yenidən şirkət gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Məhkəmə iclasında iştirak edən Şəxs MMCnin nümayəndəsi X2 öz izahatında gğstərmişdir ki, Şəxs MMC-nin ünvanına xx.xx.2021-ci il tarixdə Türkiyə Respublikasının “X4 Dış. Tic. LTD. ŞTİ” şirkətindən 54H5874/54H5875 nömrə nişanlı yük avtomaşınında yük nəqliyyat vasitələrinin sürət qutusunun iç hissələri yükü daxil olmuş, həmin mallar Bakı Baş Gömrük İdarəsində **********6587 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, Türkiyə Respublikasının “X4 Dış. Tic. LTD. ŞTİ” şirkətindən 54H5874/54H5875 nömrə nişanlı yük avtomaşınında daxil olmuş mallar Bakı Baş Gömrük İdarəsində mal-müşayiət sənədlərində qeyd edilən məlumatlara əsasən **********6587 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, ixrac bəyannaməsində göstərilən kodlar **********6587 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsində öz əksini tapmış, lakin, malların rəsmiləşdirilməsi həyata keçirilən zaman Mərkəzi Gömrük Ekspertizası İdarəsinin rəyinə əsasən müəyyən edilmişdir ki, həmin mallar bəyan edilən **********, **********, **********, ********** kodlar altında deyil, fərqli kodlar altında sinifləşdirilir, Mərkəzi Gömrük Ekspertizası İdarəsinin rəyinə əsasən malların kodunun fərqli olması nəticəsində yaranmış əlavə gömrük ödənişlərini şirkət olaraq ödəməyə hazırdırlar. Odur ki, iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ödənilməli olan 200.88 (iki yüz manat səksən səkkiz qəpik) manat gömrük ödənişlərinin 100% (yüz faiz) məbləğində, yəni 200.88 (iki yüz manat səksən səkkiz qəpik) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar